Məhkəmə qərarları › İş №2(011)-8826/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8826/2025

05.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8826/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X3, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini ayrıca akt şəklində nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini və iş materiallarını araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizəçinin ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti müəyyən edən norması olaraq 37-ci maddəsi təsbit edir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Ərizəçi qeydiyyat ünvanı kimi ünvan 1 məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Ərizəçi qeydiyyat ünvanı ünvan 2lmişdir. Göründüyü kimi ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Hesab edirəm ki, ərizədə irəli sürülən tələb ilə bağlı qanunvericilik başqa halı nəzərdə tutmadığı üçün həmin ərizə ərizəçinin ünvanı üzrə Naxçıvan Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova İş № 2(011)-8826/2025 BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X3, “ölüm faktının müəyyən edilməsi” tələbinə dair Ərizəçi ərizəsini nəzərdən keçirərək 05 dekabr oktyabr 2025-ci il tarixdə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 15:30-da başlandı. Müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizənin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət 05 dekabr 2025-ci il tarixdə saat 15:40-da qurtardı. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar