Məhkəmə qərarları › İş №2(011)-884/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-884/2022

11.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-884/2022 11.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Xətai rayon Qeydiyyat şöbəsi maraqlı şəxs kimi cəlb edilməklə ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18.12.1983-cü il təvəllüdlü bacısı X1 12.11.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və bu əsasıa ölüm haqqında şəhadətnamənin verilməsi üçün Xətai rayon Qeydiyyat şöbəsinin üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.02.2022-ci il tarixli məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanmasını və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin ərizəsini iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, ərizəçi ərizənin qaytarılması barədə ərizə verdiyindən və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Xətai rayon Qeydiyyat şöbəsi maraqlı şəxs kimi cəlb edilməklə ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar