Məhkəmə qərarları › İş №2(011)-8855/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8855/2025

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8855/2025 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “şəxsin ölüm faktının məyyən edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1915-ci il təvəllüdlü X3 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum nənəsi (anasının anası) xx.xx.1915-ci il təvəllüdlü X6 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində qəflətən vəfat etmişdir. Onun vəfatından sonra dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Faktiki olaraq onun vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmişdir. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Tərəflərin mövqeləri: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, ölüm faktının müəyyən olunması ölüm haqqında şəhadətnamənin alınması və vərəsəlik işi ilə bağlı lazımdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3-16-05/07-A-3339-69/25 nömrəli arayışın surətindən görünür ki, 2007-2008-ci illərdə Bakı şəhəri Xətai rayonunda ölü olmuş X3 bütün vətəndaşlıq vəziyyəti aktları üzə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16- 5/8-15-A-15/2208 nömrəli məktubundan görünür ki, X6 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Vİİ-OФ seriyalı 545495 nömrəli pasportun surətindən görünür ki, X6 xx.xx.1915-ci il tarixdə anadan olmuşdur. "Bakı Baş Səhiyyə Mərkəzi" X12 38 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-1-44/2-A-50-xx-xx/2025 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1915-ci il tarixdə anadan olmuş X3 38 nömrəli Şəhər Poliklinikasında adına heç bir tibbi sənəd olmadığı üçün TQS-106 verilməsi mümkün olmamışdır. Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 226 saylı arayışından görünür ki, X6 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Maştağa qəsəbəsi Daş karxanası ərazisində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, ərizəçi onun bibisinin qızıdır. X2 xx.xx.2007-ci il tarixdə oğlunun evində vəfat etmişdir. Vəfatından sonra X1 tərəflərdə olan qəbirstanlıqda dəfn olunmuş, dəfnində iştirak etmişdir. X6 yaşlı olduğundan vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, ərizəçi onun yoldaşının bibisi qızıdır. X6 ərizəçinin nənəsi olmuşdur, onu tanıyırdı. X6 xx.xx.2007ci il tarixdə vəfat etmişdir. Ramana Südçülük sovxozu tərəflərdə yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. İşin müəyyən edilən halları: Ərizəçi mərhum X3 nəvəsidir. X6 xx.xx.1915-ci il tarixdə doğulmuş və xx.xx.2007-ci il tarixində ölüm baş vermişdir. Bakı şəhəri Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin nənəsinin ölümünün qeydə alınmasından imtina edilmişdir. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamənin alınması və vərəsəlik işi ilə bağlı X2nın xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydası: Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan sübutlar əsasında X3 ölməsi faktı tam sübuta yetirilir. Baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquqmüəyyənedici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Məhkəmə hesab edir ki, xx.xx.1915-ci il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə nənəsinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2007-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla və şahid ifadələri ilə öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1915-ci il təvəllüdlü X3 xx.xx.2007-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar