Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8866/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, ərizəçi X4 iştirakı ilə, ərizəçi X4 Bakı Şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi X6 XX.XX.1935-ci il tarixində anadan olmuş anası Xanməmmədova Muslimat XXX qızı xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası Xanməmmədova Muslimat XXX qızı XX.XX.1935-ci il tarixdə Rusiya Federasiyası, Dağıtan Respublikası, Kurax rayonunda anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfat etdiyi gün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Lökbatan qəbirstanlığında dəfn olunmuşdur. Hal-hazırda vərəsəliyin müəyyənləşdirilməsi, dəfn pulunun alınması üçün anası Xanməmmədova Muslimat XXX qızı ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Ölüm haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum anası Xanməmmədova Muslimat XXX qızı adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AZE seriyalı 02185078 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Xanməmmədova Muslimat XXX qızı XX.XX.1935-ci il tarixdə Rusiya Federasiyası, Dağıtan Respublikası, Kurax rayonunda anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1972-ci ildə anadan olmuş, onun atası X8, anası isə Xanməmmədova Muslimatdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 07 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2024-cü il tarixində Xanməmmədova Muslimat XXX qızının meyiti aşkar edilmişdir. İş materiallarında olan 6 nömrəli Şəhər Poliklinikasının 18-1-1-40/2-167/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xanməmmədova Muslimat XXX qızının poliklinikaya ölümə səbəb xəstəliklə müraciəti olmadığı üçün ölüm haqqında şəhadətnamə verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-15-X- 15-1835 saylı məktubundan görünür ki, Xanməmmədova Muslimat barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmağı xahiş olunmuşdur. Lökbatan bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02/316 saylı arayışına əsasən, X3 nənəsi Xanməmmədova Muslimat XXX qızı həqiqətəndə xx.xx.2024-cü il tarixində Lökbatan qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun qaynanasıdır. O, xx.xx.2024-cü ildə qəfildən vəfat etmişdir. Təcili yardım gəlmişdir, onlar gələnə qədər rəhmətə getmişdir. Qəfildən olmuşdur. Mağazaya gedib gələndən sonra şahidin qızı ona çay vermişdir. Ondan sonra yatmaq istədiyini bildirib və gedib yatmışdır. Səhər duranda görüblər ki, rəhmətə gedib. Onun hərəkətləri rahat olduğun, özü kömək almadan gəzdiyini bildirmişdir. Bakı şəhəri, General Şıxlinski küçəsi, ev 49, mənzil 197-də rəhmətə getdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında qeyd etmişdir ki, X2 qonşusudur. Rəhmətə gedən Xanməmmədova Muslimat XXX qızını çoxdan tanıyır. Onunla üzbəüz qonşu olublar. xx.xx.2024-cü ildə, Bakı şəhəri, General Şıxlinski küçəsi, ev 49, mənzil 197-də rəhmətə getdiyini və Lökbatan qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə Xanməmmədova Muslimat XXX qızının xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Xanməmmədova Muslimat XXX qızının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Xanməmmədova Muslimat XXX qızının xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1935-ci il tarixində Rusiya Federasiyası, Dağıtan Respublikası, Kurax rayonunda anadan olmuş Xanməmmədova Muslimat XXX qızının xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8866/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8866/2024
25.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver