Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8878/2025 06.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X3 qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:
1. Tərəflər arasında xx.xx.2025-ci il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır.
2. Həmin bağlanmış barışıq sazişinin aliment hissəsinə görə maraqlı şəxs birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər ay hər uşağa 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür.
Ərizəçinin tələbi:
3. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00652 nömrəli barışıq sazişinin "X6 Tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ayın 10-na qədər, hər birinə 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür" hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
5. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-6430/2025 saylı qətnaməsinə əsasən, iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə AR Zaqatala RİHB-nın Aşağı Tala kənd inzibatı ərazi dairəsində 10 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.
13. xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00652 nömrəli barışıq sazişinə əsasən, 2.3. X6 Tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.
14. Digər sənədlər.
Tətbiq edilən hüquq: 15.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iş materiallarını, tərəfin izahını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
19. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00652 nömrəli Barışıq Sazişinin “2.3. X6 Tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.” məzmunda həmin hissəsində təsdiq edilməsidir.
20. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin qeyd edilən bəndini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin 2.3-cü bəndinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil.
21. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir.
22. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
23. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, maraqlı şəxsdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin hər bir uşaq üçün 0,62 misili (246 manat (tələb edilən aliment) : 400 (2025-ci il üzrə minimum əmək haqqı) = 0,615; “0”-dan sona tam hissə yüzlüyədək yuvarlaşdırlıqda – 0,62) həddində tutulmalıdır.
24. Beləliklə, məhkəmə Barışıq sazişinin “2.3. X6 Tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.” hissəsində təsdiq edilməsini mümkün hesab edir və ərizənin təmin edilməsi qənaətinə gəlir.
Məhkəmə xərcləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış MŞB/11/2025-00652 saylı, xx.xx.2025ci il tarixli barışıq sazişinin aşağıdakı bəndi (2.3-cü bəndi) bu məzmunda təsdiq edilsin: “X6 tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.” (xx.xx.2011-ci il doğum tarixli X1 və xx.xx.2017-ci il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ayın 10-na qədər, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı Ərizəçi ödənilsin.)
3. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova