Məhkəmə qərarları › İş №2(011)-8977/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8977/2025

02.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8977/2025 02.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X4, İddiaçı cavabdehlər “ETN” Yüksək Texnologiyalar Parkı” MMC-yə və AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “ETN” Yüksək Texnologiyalar Parkı” MMC-yə və AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AR ƏMDK yanında DƏDRX tərəfindən "xxxx" MMC-yə Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci məhəllədə 20,02 ha torpaq sahəsinə dair çıxarışın verilməsi tamamilə qanunsuzdur. AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. Məhkəmə iddia ərizəsini və ərizənin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair AR Ali Məhkəməsi Plenumunun xx.xx.2015-X7 Qərarı:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Məhkəmənin mövqeyi: İddia ərizəsinin məzmunundan aydın olur ki, iddianın əsasını Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci məhəllə ünvanında yerləşən 20,02 ha torpaq sahəsinin “AMEA” Yüksək Texnologiyalar Parkı” MMC-nin istifadəsinə verilməsi ilə bağlı çıxarışın etibarsız hesab edilməsi durur. Lakin, iddiaçının etibarsız hesab edilməsini xahiş etdiyi reyestrdəki qeydiyyatın-çıxarışın etibarsızlığı hər hansı mülki hüquqi əsasla (müqavilənin etibarsızığı və s.) əsaslandırılmamış, əksinə, çıxarışdan görünür ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci məhəllə ünvanında yerləşən 20,02 ha torpaq sahəsinin “AMEA” Yüksək Texnologiyalar Parkı” MMC-nin istifadəsinə verilməsinə əsas AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli sərəncamı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, çıxarışın etibarsızlığının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və inzibati orqanın hərəkətlərinə qiymət verilməklə yoxlanılmasından irəli gələn münasibətlər publik hüquqi münasibətlərdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya məhkəmə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinin qəbulundan imtina edildiyindən dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı cavabdehlər “ETN” Yüksək Texnologiyalar Parkı” MMC-yə və AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. xx.xx.2025-X7, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçınə qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar