Məhkəmə qərarları › İş №2(011)-8980/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8980/2025

21.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8980/2025 21.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X8 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi XX.XX.1947-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X7 onun anasıdır. O, həyat yoldaşı və üç uşağı anası ilə birgə ünvan 1 ünvanında yaşayırlar. Anası 78 yaşında, xroniki asma xəstəliyi olan, o cümlədən ürək çatışmazlığından əziyyət çəkən yaşlı qadın idi. Noyabr ayının 11-dən 12-nə keçən gecə səhər oyandıqda anasının artıq vəfat etdiyini aşkar etmişlər. Səhər anasının vəfat etdiyini aşkar etdikdən dərhal sonra X16 zəng etmişlər. Təcili Tibbi yardım briqadası saat 08:13 radələrində evə çatmış və ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib edərək ölümün ilkin səbəbini "həkimə qədər qadın cinsli meyid aşkar olunması" qeyd etmişdir. O cümlədən 3 gün ərzində poliklinikaya müraciət etməklərini məsləhət görmüşdürlər. xx.xx.2025-ci il tarixdə 6 nömrəli şəhər Poliklinikasına müraciət etdikdə isə Poliklinika 18-1-1-40/2-236/2025 saylı məktubu ilə X2 ölüm səbəbini təsdiq edən sənədin olmamasına görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığını bildirmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmadığına görə müvafiq Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə Qeydiyyat Şöbəsi xx.xx.2025-ci il tarixli məktubu ilə ölümün dövlət qeydiyyatına alınmasından imtina etmişdir. X1 Qaradağ rayonu Ümumşəhər (Qurd qapısı) qəbiristanlığında xx.xx.2025-ci ildə dəfn etmişlər və dəfn xərcləri tərəfindən çəkilmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin materialları: İş materiallarında olan AZE seriyalı 02135963 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 XX.XX.1947-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə anadan olmuş, onun atası X11, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 20 noyabr 2025-ci il tarixli, 3-52-13-18/2-R-154-42-154/2025 saylı arayışına əsasən, X7, Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbiristanlığında, dəfn xərcləri Ərizəçi tərəfindən ödənilməklə dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 "Bakı Baş Səhiyyə Mərkəzi" X14 6 nömrəli şəhər poliklinikasının 14 noyabr 2025-ci il tarixli, 18-1-40/2-236/2025 saylı məktubuna əsasən xx.xx.2025-ci il tarixində TTTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 2 ünvanında XX.XX.1947-ci il təvəllüdlü X7 vəfat etmişdir. ünvan 2 ünvanında qeydiyyatda olan mərhum X2 ölüm səbəbini təsdiq edən sənəd olmadığına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018- ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyasının xx.xx.2025-ci il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 1 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2025-ci il tarixində X2 meyiti aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X6 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-11xx-xx/2025 saylı məktubundan görünür ki, X7 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmağı xahiş olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, ərizəçi onun onun qonşusudur. Gəncə prospekti 23B ünvanında 9 saylı mənzildə yaşayır. 1991-ci ildən orada yaşayır. X7 çox zəifləmiş idi, xəstə idi. Rəhmətə gedəndə təcili tibbi yardım çağırmışdılar. O da orda idi. Qadın o vaxta artıq vəfat etmişdir. Yas mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, ərizəçi onun qonşusudur. Gəncə prospekti ünvanında qonşudurlar. X7 12 noyabr 2025-ci il tarixdə axşamdan can verməyə başlayıb. Onlar yaxın qonşu olub, qadın xəstə idi, gedib-gəlirdilər. Axrıncı gün səhərə kimi onun evdə yanında olublar. Dəfndə iştirak etməyib, amma yas mərasimində olub. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı və işin digər mötəbər sübutları ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1947-ci il tarixində anadan olmuş X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar