Məhkəmə qərarları › İş №2(011)-902/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-902/2022

01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-902/2022 01.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi anası X3 xx.xx.2021-ci il tarixdə yaşadıqları ünvanda ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə X4 xx.xx.1936-cı il tarixdə Ermənistan Respublikası, Spitak rayonu, Saral kəndində doğulmuşdur. X2 ərizəçinin anasıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2021-ci il tarixli, 3873-05/15 saylı məktubu ilə ərizəçinin anasının ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə onlar tərəfindən təcili tibbi yardım çağırış edilmiş, lakin təcili tibbi yardımın həkimləri gələnə qədər anası vəfat etmişdir. Anasının anidən ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından anasının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Buna görə evin sənədləşdirilməsi ilə əlaqədar olaraq anasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Anasının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək bildirdi ki, mərhum anası yaşlı idi, təcili yardım gəldikdə başına qan sızdığını bildirdi. Anası şəxsiyyət vəsiqəsini daima özündə saxladığına görə o, öləndən sonra şəxsiyyət vəsiqəsini axtarıb tapa bilmədilər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X12 izahat verərək bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin anası Cavahir Hüseynova xx.xx.2021-ci il tarixdə ölmüşdür. Mərhumun yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş ərizəçinin arvadı X7 izahat verərək bildirdi ki, mərhum onlarla birlikdə yaşayırdı. 3 gün xəstə yatdı, xəstəliyinin dördüncü günü, xx.xx.2021-ci il tarixdə öldü. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Təcili və X6 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə görə xx.xx.2021-ci il tarixdə, saat 05:54 radələrində Mehmandarov küçəsi 14, mənzil 25 ünvanında X3 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Həmçinin, Bakı şəhər Suraxanı Rayonu Hövsan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixdə verdiyi 1841 saylı Arayışdan müəyyən olunur ki, X4 xx.xx.2021-ci il tarixdə Hövsan qəsəbəsi Zeytun yaşayış sahəsi qəbirstanlığında dəfn olunmuşdur. Bundan başqa, iş materillarında olan 7 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 827 saylı Arayışdan müəyyən olunur ki, X1 Cavahir Qurban qızının ölüm arayışının verilməsi məqsədiylə 7 nömrəli şəhər poliklinikasına müraciət etmiş, mərhum xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən və poliklinikaya gec müraciət olunduğundan ölüm haqqında tibbi şəhadətnamənin (Forma № 106) verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 3873-05/15 saylı məktubunda ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər. Məhkəmə iclasında dindirilmiş şahidlər də X9 01 avqust 2021-ci il tarixində öldüyünü bildirmişlər. Beləliklə, ərizəçinin izahatı və iş materiallarında olan sübutlar əsasında X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il tarixdə Ermənistan Respublikası, Spitak rayonu, Saral kəndində doğumuş X3 xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar