Məhkəmə qərarları › İş №2(011)-911/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-911/2025

22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-911/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1936-cı il təvəllüdlü atası X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Qafar İsmayılov ərizəni müdafiə edərək izahatında bildirdi ki, atası X6 xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası, ünvan 1 ünvanında dünyasını dəyişmişdir. Belə ki, atası dünyasını dəyişmədən öncə, yəni vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X4 Stansiyasını çağırılmış, xəstənin vəziyyəti barədə xəbərdar etmişlər. Lakin Təcili və X4 Stansiyası gəldikdə atası artıq dünyasını dəyişmişdi. Buna görə də Təcili və X5 Stansiyasının 7 saylı təcili yardım briqadası tərəfindən atası X2 xx.xx.2024-cü il tarixində ölməsinə dair ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Qeyd edir ki, o yaxın qohumları ilə birlikdə mərhum atası Qasımov Mülkǝdar Əhməd oğlunu xx.xx.2024-cü il tarixində Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlıqda dəfn etmişik (buna dair müvafiq sənədlər tərəfindən məhkəməyə təqdim olunacaqdır). Onun dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlib. Buna görə də Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X11 6 nömrəli şəhər poliklinikasına müraciət etsəm də, xx.xx.2024-cü il tarixli, 18-1-1-40/2-185/2024 saylı cavaba əsasən, mərhum atam X6 xəstəliklə əlaqədar 6 nömrəli şəhər poliklinikasına müraciət etmədiyi üçün 1936-cı il təvəllüdlü mərhum atam X2 ölümü haqqında sənədinin (Forma 106) verilməsi mümkün olmamışdır. Bundan sonra, mərhum atam dünyasını dəyişdikdən sonra buna dair ölüm haqqında şəhadətnamənin verilməsi üçün 6 saylı Bakı "ASAN Xidmət" mərkəzində Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət etdim. Lakin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1383/2024 saylı cavaba əsasən, Qeydiyyat Şöbəsi mənə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İmtina məktubunda sözü gedən ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Bildirmək istəyir ki, mərhum atası X2 ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirilməsi mümkün deyildir. Belə ki, sənədləşdirmə işləri aparılması zamanı, sözü gedən hüquqmüəyyənedici sənəd tələb edilir. Odur ki, yuxarıda qeyd olunanları əsas götürərək, xx.xx.2024-cü il tarixində atası Qasımov Mülkǝdar Əhməd oğlunun ölməsi faktının müəyyən edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X2 vəfat etməsini şahidlər də təsdiq edirlər. Həmin şahid ifadələrini məhkəmə iclasında təqdim edəcək. Sonda Ərizəçi ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi xx.xx.2025ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq bildirmişlər ki, xx.xx.2025-ci il tarixə, saat 12:20-yə təyin edilmiş məhkəmə prosesinə onların iştirakı olmadan baxilmasını xahiş etmişlər. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1971-ci il təvəllüdlü X1 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum Qasımov Mülkədar onun atası olmuşdur. Gəlinləri zəng vurub xəbər verib ki, atanız vəfat etdi. 88 yaşı var idi, qocalıqdan dünyasını dəyişdi oktyabr ayının 30-u vəfat edib, Hövsanda dəfn edilib.. Məhkəmə iclasında xx.xx.1997-ci il təvəllüdlü X8 şahid qismində iştirak edərək bildirdi ki, mərhum Qasımov Mülkədar onun babası olub, mərhum son vaxtlar xəstə idi, tək yaşayırdı hər gün gedib ona qulluq edirdi. Günorta gedib yemək hazırlayıb verib çox zəif yeyirdi. Səhər 10:30 da gedib evə səslənib səs gəlməyib, baxıb görüb ki, hərəkət yoxdu, soyumuşdu. xx.xx.2024-cü ildə vəfat edib, Hövsanda dəfn edildi, dəfndə iştirak etmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 XX.XX.1936-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan ******* №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuş, atası X3r. İş materiallarında olan Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 3-16-5/8-15-1383/2024 saylı məktubundan görünür ki, X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, 1936-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. X6 6 nömrəli Şəhər Poliklinikasına hər hansı bir ölümə səbəb xəstəliklə bağlı müraciəti olmadığı üçün ölüm haqqında şəhadətnamə (Forma 106) verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanına çağırışa gələn TTY əməkdaşları tərəfindən X2 “həkimə qədər ölüm faktı” qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında vəfat etmiş və Hövsan qəsəbəsi ərazisində yerləşən “Dədə Qorqud qəbrstanlığında” dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, 1936-cı il təvəllüdlü vətəndaş X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmiş, Hövsan qəsəbəsi ərazisində yerləşən “Dədə Qorqud qəbrstanlığında” dəfn olunmuşdur, ərizəçi mərhumun oğludur, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri aşqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 1936-cı il təvəllüdlü vətəndaş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1936-cı il təvəllüdlü vətəndaş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar