Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9158/2025 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X4 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1966-cı il tarixdə doğulmuş X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X8 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, xx.xx.2025-ci il tarixində Əhmədli metrostansiyasında qəflətən vəfat etmişdir (işemik infarkt, insult və şəkər xəstəliyi var idi). Onun vəfatından sonra həmin gün Bakı şəhəri Kürdəxanı qəbiristanlığında dəfn olunmuşdur. Ölümü haqqında şəhadətnamə alınması üçün 6 saylı “Asan Xidməti” X5 müraciət edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından mərhumun həyat yoldaşı X7 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin materialları: İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 16744638 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X12 xx.xx.2025-ci il tarixində Sabunçu rayon Kürdəxanı qəsəbəsi Hüsü Hacıyev küçəsincə yerləşən 2 saylı qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X2 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-12xx-xx/2025 saylı məktubundan görünür ki, X12 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmağı xahiş olunmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1966-cı ildə anadan olmuş, onun atası X3, anası X1r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X12 və Ərizəçi arasında nikah xx.xx.1988-ci il tarixdə 1663 saylı akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X23 "Bakı Baş Səhiyyə Mərkəzi" X16 38 nömrəli şəhər poliklinikasının 5 dekabr 2025-ci il tarixli, 18-1-1/2—B-55-xx-xx/2025 saylı məktubuna əsasən ünvan 1 ünvanında yaşamış, 1966-cı il təvəllüdlü X13 xx.xx.2025-ci ildə metro stansiyasında vəfat etmişdir. Çağırılmış Təcili yardım briqadası ölüm faktını təsdiq etmişdir. X13 38 nömrəli Şəhər Poliklinikasında “Beyin qan dövranının pozulması və ÜİX”-i ilə qeydiyyatda olmuşdur. Lakin ölüm hadisəsi ictimai yerdə naməlum şəraitdə baş verdiyi üçün TQS-106 verilməsi mümkün olmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, ərizəçini 2004-cü ildə tanıyır, qonşudurlar. Ərizəçinin yoldaşında tanıyır. Qonşu kimi yaxşı insan idi. Yasında da iştirak etmişdim, 1 ay əvvəl rəhmətə gedib, Kürdaxanı qəbirsanlığında dəfn edilib. Sürücü kimi işləyirdi. 2 qızı var idi və nəvələri də var. Rəhmətə getdiyini qonşudan öyrənib, metroda rəhmətə gedib. Əvvəllər insult keçirib. İşdə problemləri olub, ona görə əsəbləşib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, ərizəçini 2017-ci ildən tanıyır, qızının yoldaşıdır. Şəxs rəhmətə gedəndə iştirak edib. Zəng gələndə dekabrın 1 idi. Polis əməkdaşları yoldaşına zəng edərək bildiriblər ki, atasının vəziyyəti pisdi. Sonradan yenidən zəng edərək bildiriblər ki, artıq rəhmətə gedib. Ordan götürüb Kürdəxanı qəbirsanlığında dəfn edilib. Bakıda, Əhmədli metrosunda vəfat edib. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X7 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X7 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı və işin digər mötəbər sübutları ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixində anadan olmuş X7 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-9158/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9158/2025
04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver