Məhkəmə qərarları › İş №2(011)-927/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-927/2023

08.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-927/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Bundan sonra – iddiaçı), onun vəkili və nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (Bundan sonra – cavabdeh) vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçının cavabdehə qarşı “vərəsəlik hüququnun tanınması və digər” tələbi barədə ilkin, cavabdehin iddiaçıya qarşı “vərəsəlik hüququnun tanınması və digər” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı miras qoyan anası Halat (Abdullayevə) Həbibə Sədrəddin qızının Bakı şəhəri, Xətai rayonu,Yusif Səfərov küçəsi, ev 24, mənzil 11-də birinci mərtəbəsində sahəsi 75,80 kv.metr olan qeyri-yaşayış sahəsi əmlakda olan payına vərəsəlik hüququnun tanınması, miras əmlakda payların müəyyən edilməsi, bölünməsi, mülkiyyət hüququnun tanınması və hüquqularının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi barədə ilkin, cavabdeh Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi ev 24, mənzil 11-in birinci mərtəbəsində yerləşən 75,5 kv.m ibarət olan sahəyə, atası Kemal Halat ilə Həbibə (Abdullayevanın) Halatın birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən ayrı-ayrılıqda hər biri 0,10 ha torpaq sahələrinə, atası Kemal Halat ilə Həbibə (Abdullayevanın) Halatın birgə nikah dövründə əldə etdikləri “Mercedes E350“ markalı ** VZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair vərəsəlik hüquqlarının tanınması, vərəsəlik üzrə payların müəyyənləşdirilməsi, mirasın bölüşdürülməsi, daşınmaz əmlaklar üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi, məhkəmə iclasında bildirdi ki, cavabdehlə aralarında bütün əmlaklar barədə barışıq əldə olunmuşdur. Buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə aralarında barışıq əldə olunmuşdur. Buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar həll edərək, xx.xx.2023-cü il tarixdə barışıq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin, cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı ilə Cavabdeh (Zeliha Taştan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən 75,5 kv.m. qeyri-yaşayış sahəsi (daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli xx.xx.2011-ci il tarixli Cıxarış); Topağın alqı-satıqısına dair Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə/10-1858 nömrəli reyestrlə qeydə alınmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsi; Abşeron rayonu, Hökməli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 26 saylı qərarına əsasən AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (hazırda DƏDRX-nin Abşeron 4 saylı Ərazi dairəsi) xx.xx.2007-ci il tarixli, 4246 nömrə ilə qeydiyyata alınmış Topağın alqı-satıqısına dair Akta əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsi üzərində İddiaçı ½ hissədə və Halat (Taştan) Zeliha Kamal qızının ½ hissədə vərəsəlik payları müəyyən edilsin və həmin nisbətdə aralarında bölünsün.

2. İddiaçı tərəfindən satılmış “Mersedes-E350” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtobilin satışından əldə edilmiş 17000 manat pulun İddiaçı ½ hissədə və Halat (Taştan) Zeliha Kamal qızının ½ hissədə vərəsəlik payları müəyyən edilsin və 8500 manat İddiaçı tərəfindən Halat (Taştan) Zeliha Kamal qızına ödənilsin.

3. Tərəflər öhdələrinə götürürlər ki, bu Barışıq sazişi üzrə eyni predmet barəsində və eyni əsaslarla bir-birlərinə qarşı iddia tələbi irəli sürməyəcəklər.

4. Bu Barışıq sazişi üzrə tərəflər saziş şərtlərinin pozulması halında mübahisə predmetinə dair məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunsun və İddiaçı Cavabdeh (Zeliha Taştan) qarşı “vərəsəlik hüququnun tanınması və digər” tələbi barədə ilkin, Cavabdeh (Zeliha Taştan) İddiaçı qarşı “vərəsəlik hüququnun tanınması və digər” tələbi barədə qarşılıqlı iddiasısı ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-927/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflər Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunurlar və onlar bu nəticələrlə razılaşırlar. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar