Məhkəmə qərarları › İş №2(011)-9329/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9329/2024

29.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9329/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında (mediator: X14) Maraqlı şəxs ilə Həsənzadə (Axundova) Songül İlqar qızı il arasında bağlanılmış və MSB/8/2024-00584 nömrə ilə qeydiyyatdan keçirilmiş barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, o, Maraqlı şəxs ilə xx.xx.20217-ci il tarixdə 2 saylı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsində 2727 nömrə ilə qeydiyyatdan keçməklə ailə qurmuşdur, birgə nikahdan xx.xx.20218-ci il təvəllüdlü X5 dünya gəlmişdir. Aralarındakı nikah Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3864/2024 saylı qətnaməsi ilə pozulmuşdur. xx.xx.2024-cü il tarixli Bakı şəhər 8 saylı Mediasiya təşkilatında xx.xx.2018-ci il təvəllüdlü X2 onun himayəsində qalmasına, xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək qızları Axundova Xuramanın yetkinlik yaşına çatana kimi 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində alimenti kart hesabıma ödəyəcəyini öz üzərinə öhdəlik götürmüşdür, qızının mənafeyi nəzərə alınmaqla vaxt məhdudiyyəti qoyulmadan atası ilə ünsiyyət yaratmasına (gecəni ata ilə qalmaq şərti ilə) razılıq vermişdir, bununla yanaşı nikah pozulduqdan 1 ay sonra qeydiyyatda olduğu ünvandan könüllü qaydada mənzilin pasport qeydiyyatından çıxacağını öz üzərimə götürmüşdür. Nikah pozulduqdan sonra üç ay müddətinə cehiz əşyalarını oradan çıxaracağını öz üzərinə götürmüşdür, xx.xx.2024-ci ildə barışıq sazişi bağlandığı tarixdən etibarən bu günə kimi borclu Maraqlı şəxs aliment ödəməyibdir. Bu müddət ərzində 2115 manat borcu yaranıb. Onunla əlaqə saxlamaq olmur, könüllü olaraq alimenti ödəmək istəmir. Ona görə də o, barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsində məcburi icrası üçün məhkəmə tərəfindən təstiq olunmasını istəyir, bu məqsədlə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli MSB/8/2024-00584 nömrəli Barışıq sazişi bağlanmışdır. Sazişin bəndlərindən görünür ki, 1.Birinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı X7 ilə 2 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə № 2727 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 2.Birinci tərəf:Maraqlı şəxs İkinci tərəf X7 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 İkinci tərəf (ananın) X4 yanında (himayəsində) qalmasına razıdır. 3.Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf X7 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək İkinci tərəf X6 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği Birinci tərəfin ona təqdim edəcəyi və ona məxsus olan bank hesabına ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 4.Birinci tərəf:Maraqlı şəxs İkinci tərəf X7 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 ilə uşağın mənafei nəzərə alınmaqla vaxt məhdudiyyəti qoyulmadan (gecəni ata ilə qalmaq şərti ilə) ünsiyyətdə olmasına dair İkinci tərəf X4 (ananın) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 5.Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: X4 nikah pozulduqdan sonra 1 (bir) ay müddətində (Daxili İşlər Nazirliyinin) müvafiq orqanında onun mülkiyyətində (adına) olan (daşınmaz əmlak) ünvan 1 yerləşən mənzilin pasport qeydiyyatından könüllü qaydada çıxacağına dair İkinci tərəf: X4 öz üzərinə götürdüyü öhdəliklə razıdır. 6.Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: X4 ona məxsus olan cehiz əşyalarını nikah pozulduqdan sonra 3 (üç) ay müddətində ünvan 1 ünvanında yerləşən mənzildən götürəcəyinə (çıxaracağına) dair İkinci tərəf: X4 öz üzərinə götürdüyü öhdəliklə razıdır. 7.Birinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. 1.İkinci tərəf: X3 Sazişi imzalandıqdan sonra Birinci tərəf Maraqlı şəxs ilə 2 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə No 2727 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 2.İkinci tərəf: X1 tərəf: Maraqlı şəxs ilə Birge nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3.İkinci tərəf: X1 tərəf: Maraqlı şəxs ile Birge nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən Birinci tərəf Maraqlı şəxs ona hər ayın 15-dək 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu məbləği Birinci tərəfə təqdim edəcəyi ona məxsus olan bank hesabına ödəniləcəyinə dair Birinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. 4.İkinci tərəf: X1 tərəf: Maraqlı şəxs ilə Birgǝ nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 Birinci tərəf: Maraqlı şəxs ilə uşağın mənafei nəzərə alınmaqla vaxt məhdudiyyəti qoyulmadan (gecəni qalmaq şərti ilə) ünsiyyətdə olmasına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 5.İkinci tərəf: X7 nikah pozulduqdan sonra 1 (bir) ay müddətində (Daxili İşlər Nazirliyinin, ASAN xidmət) müvafiq orqanında Birinci tərəf Maraqlı şəxs mülkiyyətində (adına) olan (daşınmaz əmlak) ünvan 1 ünvanından pasport qeydiyyatından könüllü qaydada çıxacağına dair öz üzərinə öhdəlik götürür. 6.İkinci tərəf: X7 nikah pozulduqdan sonra 3 (üç) ay müddətində ünvan 1 ünvanında yerləşən və özünə məxsus olan cehiz əşyalarını götürəcəyinə (çıxaracağına) dair öz üzərinə öhdəlik götürür. 7.İkinci tərəf: X3 mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən 20.112024-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3864/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi və Maraqlı şəxs arasındakı nikah pozulmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesi nəticəsində tərəflər Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli Barışıq sazişi bağlanmışdır, saziş hər iki tərəf və mediator tərəfindən imzalanmışdır, Sazişin bəndlərindən görünür ki, Maraqlı şəxs X7 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək İkinci tərəf X6 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği Birinci tərəfin ona təqdim edəcəyi və ona məxsus olan bank hesabına ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürməsi və digər ümumi şərtlər barədə razılığa gəlmişdirlər, ərizəçi barışıq sazişinin aliment hissəsində təsdiq edilməsini xahiş edir. Bununla belə, tərəflər arasında bağlanmış barışıq sazişinin qanuna zidd olmasına, onun mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmasına dair halar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, narışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq sazişi” aşağıdakı məzmunuda təsdiq edilsin: - birinci tərəf Maraqlı şəxs İkinci tərəf X7 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək İkinci tərəf X6 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği Birinci tərəfin ona təqdim edəcəyi və ona məxsus olan bank hesabına ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat Ərizəçi özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar