Məhkəmə qərarları › İş №2(011)-933/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-933/2025

07.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-933/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəliyin tanınması və miras əmlakdan məcburi payın ayrılması” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum 29 sentyabr 1937-ci il təvəllüdlü X4 mülkiyyətində olmuş ünvan 1 ünvanı İddiaçı Cavabdeh arasında paylara münasib şəkildə 1 /4 hissəyə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o 1937-ci il təvəllüdlü mərhum X4 övladıdır, mərhum atasının mülkiyyətində olmuş ünvan 2 ünvanda yaşamışlar, həmişə ata-analarına baş çəkmiş, onlara qulluq etmişlər, 06 mart 2024-cü il tarixdə atası X8 vəfat etmişdir, atasının mülkiyyətində olan ünvan 2 ünvandan məcburi payını tələb edirlər, bu barədə qardaşı X5 müraciət etmiş, atalarının evindən paylarını istəmişlər, qardaşı Knyaz isə bundan imtina edərək mənzilin ona qaldığını bildirmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi ilə razı deyil, çünki atası evi bütövlüklə ona vəsiyyət etmişdir, atası yaşadığı dövrdə onun yanında olmuş, ona qulluq etmiş, onun qayğısına qalmışdır, digər bacısı da buna görə öz payından imtina etmişdir, ev bütövlüklə ona qalmalıdır, digərlərinin evdən hər hansı pay alması üçün əsas yoxdur. Sonda Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Rəfiqə Həsənova cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 53, 6 saylı mənzil xx.xx.1995-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 415281 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X4 qızıdır. İş materiallarında olan 6 saylı Bakı Maraqlı şəxsndə notariat ofisinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 tərəfindən Cavabdeh vəsiyyətnamə qoyulduğundan və İddiaçı vərəsə olaraq, vəsiyyətnamə ilə, o cümlədən qanunla müəyyən edilmiş məcburi payla razı olmadığından məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarında olan **********756 nömrəli ərizədən görünür ki, X2, X4 xx.xx.2024cü il tarixli vəfatı ilə əlaqədar X3 qalan miras əmlakın ona çatası payından xx.xx.2024-cü il tarixdə Cavabdeh xeyrinə imtina etmişdir. AR MM-nin 1256, 1261, 1268 və 1269-cu maddələri ona izah olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2024-cü il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə Arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan 6 saylı Bakı Maraqlı şəxsndə notariat ofisinin məhkməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 4 nəfər vərəsəsi vardır: 1. X15, 2. X14, 3. Qızı İddiaçı, 4. X10. X11 tərəfindən xx.xx.2013-cü il tarixdə X15a miras əmlakla bağlı vəsiyyətnamə qoyulmuş və mərhumun X10 miras əmlakdan qardaşı Knyaz Həsənovun xeyrinə imtina etmişdir. Miras əmlakla bağlı vəsiyyətnamə olduğundan, İddiaçı qanunla müəyyən edilmiş qaydada mirasdan məcburi pay tələb etmək hüququ izah edilmiş və belə olan halda onun payının miras əmlakın 1/8 hissəsi təşkil edəcəyi bildirilmişdir. (Vəsiyyət üzrə vərəsə Knyaz Həsənova 6/8, məcburi pay üzrə vərəsələr Firudin Həsənova 1/8, İddiaçı 1/8 hissə). Lakin İddiaçı qeyd olunan qaydada mirasın bölüşdürülməsi ilə, o cümlədən vəsiyyətnamə ilə razı olmadığını və ona 14 hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini bildirmişdir. İş materiallarında olan 6 saylı Bakı Maraqlı şəxsndə notariat ofisinin məhkməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vərəsələr arasında həmin vəsiyyətnamə ilə bağlı fikir ayrılığı olduğundan, vərəsələrə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Vəsiyyətnamədən görünür ki, X8 ölən günədək ona məxsus oaln bütün daşınar və daşınmaz əmlakını oğlu Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan 0305.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfa etmiş X8 vəfat etdiyi zaman onun birinci dərəcədən 4 qanun üzrə vərəsəsi – oğlu Cavabdeh, X14, X10 və qızı İddiaçı olmuş, miras qoyan Rüstəm Həsənov xx.xx.2013-cü il tarixli Vəsiyyətnamə ilə özünə məxsus əmlakları oğlu X5 vəsiyyət etmiş, miras qoyan Rüstəm Həsənovun adına xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 53, 6 saylı mənzil qeydiyyata alınmışdır, Firuzə Cəbrayılova miras əmlakdan qardaşı Cavabdeh xeyrinə imtina etmişdir, vərəsələr arasında həmin vəsiyyətnamə ilə bağlı fikir ayrılığı olduğundan, vərəsələrə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir, iddiaçı mirasdan payını tələb edir, cavabdeh iddia tələbini qəbul etmir və atasının bütün əmlakını ona vəsiyyət etdiyini bildirir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, miras qoyan X8 özünə məxsus əmlakları oğlu Cavabdeh vəsiyyət etdiyindən və iddiaçının vərəsəlik hüququnu istisna edən hallar olmadığından, onun, miras qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 53, 6 saylı mənzildə 1/8 hissədə (yarısının 1/4-i) məcburi payı vardır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 53, 6 saylı mənzildən ibarət əmlakın 1/8 hissəsinə miras payı tanınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, irasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1197-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 53, 6 saylı mənzildən ibarət əmlakın 1/8 hissəsinə miras payı tanınmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 53, 6 saylı mənzildən ibarət əmlakın 1/8 (səkkizdə bir) hissəsinə miras payı tanınsın. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar