Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9332/2025 27.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Kazımova Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi “şəxsin ölmüş hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1944-cü il tarixdə doğulmuş atası X3 xx.xx.2025-ci tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyənləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X8 xx.xx.1944-cü il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuşdur. O, xx.xx.2025-ci il tarixdə qəflətən ünvan 1 ünvanda vəfat etmişdir.Onun vəfatından sonra növbəti gün Bakı şəhəri, Yasamal rayonu, Dağüstü 1 qəbrstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Xətai rayon 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət edilmi., lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum atası X3 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, xx.xx.1944-cü il təvəllüdlü X8 4 ilə yaxın insult xəstəsi olub, son bir il yarım yataq xəstəsi idi, xx.xx.2025-ci il tarixdə Bakı şəhər Xətai rayonunda vəfat edib, təcili tibbi yardım gəlib qeydlər aparmışdır,mərhum Yasamal qəbiristanlığında dəfn edilmişdir, müvafiq orqanlara müraciət etməsinə baxmayaraq, ölüm haqqında şəhadətnaməni ala bilməmişlər, lazımi sənədləri toplayaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar, odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan şəxiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1944-cü il tarixdə Ermənistan, Basarkeçər rayonunda anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-cı il tarixdə anadan olmuşdur, ata adı qrafasında X8 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X15 "Bakı Baş Səhiyyə Mərkəzi" X15 28 Nömrəli Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan atası X8 (AZE №08201702, Fin 2J6PZAE ) xx.xx.2025-ci il tarixdə vəfat etmişdir, mərhum 28 nömrəli Şəhər Poliklinikasına heç vaxt müraciət etməmiş və ambulator kartası olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atanızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X8 (xx.xx.1944-xx.xx.2025) Bakı şəhəri, Yasamal rayonu X14 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təcili və X5 Mərkəzi “PHŞ” ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında ölmüşdür, kişi cinsli meyit aşkarlanmış, həkimə qədər ölüm diaqnozu qoyulmuş,37-inci polis bölməsi baş leytenant Quliyevə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, ərizəçi məhkməyə müraciət edərkən tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, mərhumun gəlinidir, 4 ilə yaxın insult xəstəsi olmuşdur, xx.xx.2025-ci il tarixdə Xətai rayonunda yaşadığı evdə ölmüşdür, Badamdar qəbiristanlığında dəfn edilmişdir,lakin işi ilə əlaqədar dfən mərasimində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, mərhumun həyat yoldaşının bacısının gəlinidir,mərhum X8 uzun müddət xəstə olub, o xx.xx.2025-ci il tarixdə təxminən saat dörd radələrində Xətai rayonunda vəfat etmişdir, Badamdar qəbiristanlığında dəfn edilmişdir, dəfn mərasimində iştirak etmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin və işin digər materialları ilə xx.xx.1944-cü il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1944-cü il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-9332/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9332/2025
27.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver