Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9401/2025 25.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X8 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs MMC cəlb etməklə “barışıq sazişinin təsdiqlənməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs MMC arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025- 02650 saylı “Barışıq Sazişi’-nin məhkəmə qaydasında təsdiq edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs MMC-nin ilə ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2025-02650 saylı "Barışıq Sazişi"-nə əsasən Ərizəçi (Ş/V AA 7065179, FİN. xxxxxxx, 11.03. 1978-ci il təvəllüdlü) cavabdeh "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X9 (ŞİV: AA0704137, FİN:1NS6QX5, xx.xx.1982-ci il təvəllüdlü) ona 14.000 (on dörd min) AZN əmək haqqı və 11.000 (on bir min) AZN şirkətin sifarişi ilə əlavə gördüyü işlərin müqabilində ona çatası pul olaraq, ümumilikdə 25 000 (iyirmi beş min) manat borcunun olduğunu hüquqi şəxsin nümayəndəsi tərəfindən etiraf etməsi ilə razıdır, eyni zamanca cavabdeh "xxxx" MMC-nin balansında olan daşınar əmlakın 99PN336 dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH0A1825, Ağ mirvari rəngli, "MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobilin mübahisəsiz qaydada borcun əvəzi olaraq Birinci tərəf: Ərizəçi (onun) mülkiyyətinə keçməsinə razıdır və bununla bağlı cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarında bu saziş imzalandıqdan sonra 3 (üç) gün ərzində onun adına özgəninkişləşmə prosesinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədlərə imza atmaq və digər qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətləri etməyi öhdəsinə götürdüyü ilə razıdır. Ərizəçi (Ş/V AA 7065179, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) cavabdeh "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi tərəfindən 99PN336 dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH0A1825, ağ mirvari rəngli, "MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobilin daşınar əmlakın Ərizəçi adına özgəninkiləşdirildikdən sonra 99PN336 dövlət qeydiyyat nişanın (avtomobilin nömrəsinin) cavabdeh "xxxx" MMCnin mülkiyyətində qalacağına razıdır. Ərizəçi (Ş/V: AA*******, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) cavabdeh "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi tərəfindən bu daşınar əmlaklar (avtomobillər) Ərizəçi adına özgəninkiləşdirildikdən sonra bu borc məbləğ ilə bağlı cavabdehə qarşı heç bir tələbdə çıxış etməyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu saziş, 99PN336 dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL 10PHOA1825, Ağ mirvari rəngli, "MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobilin daşınar əmlakın avtomobillərlə bağlı hər hansı məhdudiyyətlərin götürülməsinə əsasdır, aidiyyəti məhkəmə və İcra Orqanlarına mötəbər sübut kimi birinci və ikinci tərəfin təqdim ediləcəkdir, aparılan icra işlərinə xitam verilməsinə və avtomobil üzərində olan hər hansı yüklülüyün götürülməsinə əsasdır. Ərizəçi (Ş/V: AA 7065179, HİN: xxxxxxx. xx.xx.1978-ci il təvəllüdlü) və cavabdeh "xxxx" MMC-nin (VOKN: **********) nümayəndəsi şəxsində təmsil olunan X1 üzrə ödənilən pul vəsaitinin və əvəzləşən əmlakın "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olmadığını təsdiq edir və şəxsən məsuliyyət daşıyırlar. Ərizəçi və cavabdeh "xxxx" MMC hazırki mübahisənin məhkəmə qaydasında həll olunması qərarına gəldikləri təqdirdə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən öz aralarında yazılı şəkildə bu saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsini müəyyən edirlər. X12 (Ş/V AA 7065179, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) və cavabdeh "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X4 mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu sazişin bəndlərində öz üzərlərinə götürdükləri öhdəlikləri pozduqları təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək barışıq sazişini təsdiq etdirmək hüququnu öz üzərlərində saxlayırlar. Maraqlı şəxs tərəfindən Barışıq Sazişinin şərtlərinə əməl etməmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X13 məhkəmə iclasında izahatında bildirmişdir ki, barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilmir. Buna görə də barışıq sazişinin məhkəmə qətnaməsi ilə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi ilə Maraqlı şəxs MMC arasında xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-02650 saylı Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişindən görünür ki: 1) Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V: AA 7065179, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs MMC-nin (VÖEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X9 (Ş\V: AA0704137, FİN:1NS6QX5, xx.xx.1982-ci il təvəllüdlü) ona 14.000 (on dörd min) AZN əmək haqqı və 11.000 (on bir min) AZN şirkətin sifarişi ilə əlavə gördüyü işlərin müqabilində ona çatası pul olaraq, ümumilikdə 25 000 (iyirmi beş min) AZN borcunun olduğunu hüquqi şəxsin nümayəndəsi tərəfindən etiraf etməsi ilə razıdır, eyni zamanda İkinci tərəf: Maraqlı şəxs MMC-nin balansında olan daşınar əmlakın 99PN336 dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH0A1825, Ağ mirvari rəngli, “MİTSUBİSHİ L200 Minik” markalı, “Pikap” tipli avtomobilin mübahisəsiz qaydada borcun əvəzi olaraq Birinci tərəf: Ərizəçi (onun) mülkiyyətinə keçməsinə razıdır və bununla bağlı İkinci tərəf: Maraqlı şəxs MMC -nin nümayəndəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarında bu saziş imzalandıqdan sonra 3 (üç) gün ərzində onun adına özgəninkişləşmə prosesinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədlərə imza atmaq və digər qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətləri etməyi öhdəsinə götürdüyü ilə razıdır. 2) Tərəflər: Birinci tərəf: Ərizəçi (ŞA/: AA 7065179, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs MMC-nin (VÖEN: **********) nümayəndəsi tərəfindən 99PN336 dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH0A1825, Ağ mirvari rəngli, “MİTSUBİSHİ L200 Minik” markalı, “Pikap” tipli avtomobilin daşınar əmlakın Birinci tərəf:Ərizəçi adına özgəninkişləndirikdən sonra 99PN336 dövlət qe/diyyat nişanın (avtomobilin nömrəsinin) İkinci tərəf: Maraqlı şəxs MMC nin mülkiyyətində qalacağına razıdır. 3) Tərəflər: Birinci tərəf: Ərizəçi (ŞA/. AA 7065179, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs MMC-nin (VÖEN: **********) nümayəndəsi tərəfindən bu daşınar əmlaklar (avtomobillər) Birinci tərəf: Ərizəçi adına özgəninkiləşdirildikdən sonra bu borc məbləği ilə bağlı İkinci tərəfə qarşı heç bir tələbdə çıxış etməyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 4) Bu saziş, 99PN336 dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH0A1825, Ağ mirvari rəngli, “MİTSUBİSHİ L200 Minik” markalı, “Pikap” tipli avtomobilin daşınar əmlakın avtomobillərlə bağlı hər hansı məhdudiyyətlərin götürülməsinə əsasdır, aidiyyəti məhkəmə və İcra Orqanlarına mötəbər sübut kimi birinci və ikinci tərəfin təqdim ediləcəkdir, aparılan icra işlərinə xitam verilməsinə və avtomobil üzərində olan hər hansı yüklülüyün götürülməsinə əsasdır. 5) Tərəflər: Birinci tərəf: Ərizəçi (ŞA/: AA 7065179, FİN: xxxxxxx, xx.xx.1978-ci ci il təvəllüdlü) və İkinci tərəf: “Ricon’ MMC-nin (VÖEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X2 üzrə ödənilən pul vəsaitinin və əvəzləşən əmlakın “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olmadığını təsdiq edir və şəxsən məsuliyyət daşıyırlar. 6) Tərəflər: Birinci tərəf: Ərizəçi və İkinci tərəf: Maraqlı şəxs MMC hazırki mübahisənin məhkəmə qaydasında həll olunması qərarına gəldikləri təqdirdə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən öz aralarında yazılı şəkildə bu saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsini müəyyən edirlər. Birinci tərəf: Ərizəçi (ŞA/: AA 7065179, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) və İkinci tərəf: Maraqlı şəxs MMC-nin (VÖEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X5 mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu sazişin bəndlərində öz üzərlərinə götürdükləri öhdəlikləri pozduqları təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək barışıq sazişini təsdiq etdirmək hüququnu öz üzərlərində saxlayırlar. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs MMC arasında xx.xx.2025-ci il tarixində barışıq sazişi imzalanmışdır. Məhkəmə xüsusilə qeyd edir ki, barışıq sazişinin 6-cı bəndi prosessual əhəmiyyət daşıyır və həmin bəndin məcburi icrası üçün məhkəmə qətnaməsi ilə təsdiq edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355- 26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs MMC arasında xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-02650 saylı Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1) Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V: AA 7065179, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs MMC-nin (VÖEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X9 (Ş\V: AA0704137, FİN:1NS6QX5, xx.xx.1982-ci il təvəllüdlü) ona 14.000 (on dörd min) AZN əmək haqqı və 11.000 (on bir min) AZN şirkətin sifarişi ilə əlavə gördüyü işlərin müqabilində ona çatası pul olaraq, ümumilikdə 25 000 (iyirmi beş min) AZN borcunun olduğunu hüquqi şəxsin nümayəndəsi tərəfindən etiraf etməsi ilə razıdır, eyni zamanda İkinci tərəf: Maraqlı şəxs MMC-nin balansında olan daşınar əmlakın 99PN336 dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH0A1825, Ağ mirvari rəngli, “MİTSUBİSHİ L200 Minik” markalı, “Pikap” tipli avtomobilin mübahisəsiz qaydada borcun əvəzi olaraq Birinci tərəf: Ərizəçi (onun) mülkiyyətinə keçməsinə razıdır və bununla bağlı İkinci tərəf: Maraqlı şəxs MMC -nin nümayəndəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarında bu saziş imzalandıqdan sonra 3 (üç) gün ərzində onun adına özgəninkişləşmə prosesinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədlərə imza atmaq və digər qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətləri etməyi öhdəsinə götürdüyü ilə razıdır. 2) Tərəflər: Birinci tərəf: Ərizəçi (ŞA/: AA 7065179, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs MMC-nin (VÖEN: **********) nümayəndəsi tərəfindən 99PN336 dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH0A1825, Ağ mirvari rəngli, “MİTSUBİSHİ L200 Minik” markalı, “Pikap” tipli avtomobilin daşınar əmlakın Birinci tərəf:Ərizəçi adına özgəninkişləndirikdən sonra 99PN336 dövlət qe/diyyat nişanın (avtomobilin nömrəsinin) İkinci tərəf: Maraqlı şəxs MMC nin mülkiyyətində qalacağına razıdır. 3) Tərəflər: Birinci tərəf: Ərizəçi (ŞA/. AA 7065179, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs MMC-nin (VÖEN: **********) nümayəndəsi tərəfindən bu daşınar əmlaklar (avtomobillər) Birinci tərəf: Ərizəçi adına özgəninkiləşdirildikdən sonra bu borc məbləği ilə bağlı İkinci tərəfə qarşı heç bir tələbdə çıxış etməyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 4) Bu saziş, 99PN336 dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH0A1825, Ağ mirvari rəngli, “MİTSUBİSHİ L200 Minik” markalı, “Pikap” tipli avtomobilin daşınar əmlakın avtomobillərlə bağlı hər hansı məhdudiyyətlərin götürülməsinə əsasdır, aidiyyəti məhkəmə və İcra Orqanlarına mötəbər sübut kimi birinci və ikinci tərəfin təqdim ediləcəkdir, aparılan icra işlərinə xitam verilməsinə və avtomobil üzərində olan hər hansı yüklülüyün götürülməsinə əsasdır. 5) Tərəflər: Birinci tərəf: Ərizəçi (ŞA/: AA 7065179, FİN: xxxxxxx, xx.xx.1978-ci ci il təvəllüdlü) və İkinci tərəf: “Ricon’ MMC-nin (VÖEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X2 üzrə ödənilən pul vəsaitinin və əvəzləşən əmlakın “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olmadığını təsdiq edir və şəxsən məsuliyyət daşıyırlar. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-9401/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9401/2025
25.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver