Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9477/2025 06.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının anası X3 xx.xx.2025-ci il tarixində İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi və dövlət qeydiyyatına alınması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının anası X5 xx.xx.2025-ci il tarixində İmişli rayonu, N. ünvan 1 ünvanında vəfat etmişdir. Vəfat etmiş şəxsin ölüm faktının müvafiq qaydada dövlət qeydiyyatına alınması və ölüm haqqında şəhadətnamənin əldə edilməsi mümkün olmamışdır. İmişli rayon Təcili və X2 Stansiyası tərəfindən təqdim edilmiş ölüm haqqında Xəbərdarlıq Vərəqəsinə əsasən X3 "həkimə qədər ölüm” faktı təsdiq edilmişdir. İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış ilə təsdiq edilir ki, xx.xx.2025-ci il tarixində vəfat etmiş X5 xx.xx.2025-ci il tarixində İmişli rayonunun Göbəktala kənd qəbiristanlığında dəfn edilmişdir. AR “TƏBİB" X9, “İmişli rayon Mərkəzi Xəstəxanası” X9-dən verilmiş “müraciətə baxılması haqqında" xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən vəfat etmiş xx.xx.1941-ci il təvəllüdlü X3 adına ölüm şəhadətnaməsinin (TQS- 106) verilməsi üçün Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarında göstərilən “İnsan ölüm anın müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”na uyğun olaraq həkim rəyi olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün deyildir. AR “TƏBİB” X9, "Bakı Baş Səhiyyə Mərkəzi" X9 6 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən, vəfat etmiş xx.xx.1941-ci il təvəllüdlü X5 6 nömrəli şəhər Poliklinikasında tibbi qeydiyyatı, ambulator kitabçası və ölümünə səbəb olan hər hansı bir sənəd olmadığına görə AR Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. AR Ədliyyə Nazirliyi 6 saylı Bakı "Asan” Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən, ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən, ölümün dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Ölüm faktının dövlət qeydiyyatına alınmaması səbəbindən vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi, əmlak və digər hüquqi münasibətlərin tənzimlənməsi mümkün olmur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun yoldaşının xalası qızıdır. O, Rusiya Federasiyasında olarkən Elmira xanımın xx.xx.2025-ci il tarixində vəfat etdiyini eşitmişdir. O, yas və dəfndə iştirak etməyib. Azərbaycana yeni gəlib. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, ərizəçi onun xalası qızıdır. O, ərizəçinin anasının xəstə olduğunu və xx.xx.2025-ci il tarixində İmişli rayonunda rəhmətə getdiyini bildirmişdir. O, dəfn və yasda iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən Ərizəçi ünvanlanmış müraciətə baxılması haqqında məktubun surətindən görünür ki, mərhumə 1941-ci il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamə (TQS-106) verilməsi üçün Səhiyyə Nazirliyinin Kollegiyasının 31.01 2018-ci il tarixli 05 nömrəli qərarında göstərilən "insan ölüm anın müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”-na uyğun olaraq, həkim rəyi olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X9 6 nömrəli Şəhər Poliknikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-1-40/2-199/2025 nömrəli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixində İmişli rayon TTTYS tərəfindən verilmiş məlumata əsasən, İmişli şəhəri, N.ünvan 4 ünvanında qeydiyyatda olmuş, xx.xx.1941-ci il təvəllüdlü X5 vəfat etmişdir. Vəfat etmiş xx.xx.1941-ci il təvəllüdlü X5 6 nömrəli Şəhər Poliklinikasında tibbi qeydiyyatı, ambulator kitabçası və ölümünə səbəb olan hər hansı bir sənəd olmadığına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi anası X3 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1941-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1941-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-9477/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9477/2025
06.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver