Məhkəmə qərarları › İş №2(011)-9478/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9478/2025

09.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9478/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində bağlanmış MŞB/8/2025-02536 nömrəli barışıq sazişinin şərtlərinə əsasən; 1.Tərəflər: Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları (X5 Haqqında Şəhadətnamə AZ- 1№ 474617. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2013-cü il təvəllüdlü X1. (X5 Haqqında Şəhadətnamə AZ-İ№ 474618. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2014-cü il təvəllüdlü X2 və (X5 İ laqqında Şəhadətnamə AZ-İ№ 421289. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 25-dən 28-dək hər uşaq üçün 80 (səkksən) manat olmaqla ümümilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini ikinci tərəfə təqdim edəcəy i və ona məxsus bank hesabına (kartına) ödəniləcəyinə dair razıdır. İkinci tətəf bununla razıdır, etiraz etmir və öz üzərinə öhdəlik götürür. 2. Tərəflər: Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf: İ ləsənov Ruslan Mahal oğlu öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (aliment ödənişlərini vaxtında ödəmədikdə) aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. İkinci tətəf bununla razıdır və etiraz etmir. Lakin qeyd edilən saziş bağlandıqdan sonra Maraqlı şəxs qanunsuz hərəkətsizlik göstərərək, barışıq saziş nin 1-ci bəndində öz üzərinə götürdüyü onun himayəsində olan yetkinlik yaşına çatmayan 3 azyaşlı övladlarının saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq ümumilikdi ona hər ay 240 manat aliment ödənişinin icrasından qərəzli şəkildə yayınmışdır. Bundan sonra tərəfindən Maraqlı şəxs öhdəliyini könüllü qaydada ödənilməsi ilə bağlı dəfələrlə təklif etsə də o ərizəçilə telefon əlaqəsi saxlayarq ümumiyyətlə aliment ödəniş ödəməyəcəyinə dair fikir bildirmişdir. Maraqlı şəxsin ərizəyə dair münasibəti: Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək ərizəni qəbul etdiyini və barışıq sazişinin təstiq olunmasını xahiş etmişdir. Tərəflərin izahatları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını, məhkəmədən ərizənin təmin olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında ərizəyə etiraz etmədiyini bildiriərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-cü il tarixli MŞB/8/2025-02536 saylı barışıq sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları (X5 Haqqında Şəhadətnamə AZ- 1№ 474617. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2013-cü il təvəllüdlü X1, (X5 Haqqında Şəhadətnamə AZ-İ№ 474618. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2014-cü il təvəllüdlü X2 və (X5 İ laqqında Şəhadətnamə AZ-İ№ 421289. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 25-dən 28-dək hər uşaq üçün 80 (səksən) manat olmaqla ümümilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini ikinci tərəfə təqdim edəcəyi və ona məxsus bank hesabına (kartına) ödəniləcəyinə dair razıdır. İkinci tətəf bununla razıdır, etiraz etmir və öz üzərinə öhdəlik götürür. - Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf: İ ləsənov Ruslan Mahal oğlu öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (aliment ödənişlərini vaxtında ödəmədikdə) aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. İkinci tətəf bununla razıdır və etiraz etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanun Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə iştirak edən şəxsin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-02536 saylı barışıq sazişinin məzmunun təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı Həsənov X4 Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişinin 1-ci bəndi məhkəmə tərəfindən təsdiq edilməlidir: - Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları (X5 Haqqında Şəhadətnamə AZ- 1№ 474617. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2013-cü il təvəllüdlü X1, (X5 Haqqında Şəhadətnamə AZ-İ№ 474618. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2014-cü il təvəllüdlü X2 və (X5 İ laqqında Şəhadətnamə AZ-İ№ 421289. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 25-dən 28-dək hər uşaq üçün 80 (səksən) manat olmaqla ümümilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini ikinci tərəfə təqdim edəcəyi və ona məxsus bank hesabına (kartına) ödəniləcəyinə dair razıdır. İkinci tətəf bununla razıdır, etiraz etmir və öz üzərinə öhdəlik götürür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-02536 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları (X5 Haqqında Şəhadətnamə AZ- 1№ 474617. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2013-cü il təvəllüdlü X1, (X5 Haqqında Şəhadətnamə AZ-İ№ 474618. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2014-cü il təvəllüdlü X2 və (X5 İ laqqında Şəhadətnamə AZ-İ№ 421289. 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 25-dən 28-dək hər uşaq üçün 80 (səksən) manat olmaqla ümümilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini ikinci tərəfə təqdim edəcəyi və ona məxsus bank hesabına (kartına) ödəniləcəyinə dair razıdır. İkinci tətəf bununla razıdır, etiraz etmir və öz üzərinə öhdəlik götürür. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar