Məhkəmə qərarları › İş №2(011)-96/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-96/2025

18.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-96/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştiakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixində Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

2. İddiaçılar iddia ərizələrində qeyd etmişdirlər ki, ünvan 1 ünvanında yerləşən 0,1360 ha torpaq sahəsi və üzərində 6,30 kvadrat qeyri-yaşayış sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Buna dair iddiaçıya xx.xx.2023-cü il tarixdə çıxarış verilmişdir. ünvan 2 ünvanında yerləşən 0,105220 ha torpaq sahəsi və üzərində 14,90 kvadrat qeyri-yaşayış sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Buna dair iddiaçıya xx.xx.2023-ü il tarixində çıxarış verilmişdir. Cavabdeh qeyd edilən ünvandakı qeyri-yaşayış sahələrini qeyri-qanuni zəbt etmiş, əraziyə mühafizəçi yerləşdirmiş, ərazidə qanunsuz özbaşına tikinti işləri aparmışdır. Ona iddiaçılar tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçılar tərəfindən ərazidə tikinti işləri dayandırılmış, ərazidə aparılmış ilkin qazıntı və planlaşdırma işləri yararsız hala düşmüşdür.

3. Daha sonra xx.xx.2024-cü il tarixində Cavabdeh İddiaçı2 Abulla oğluna və İddiaçı1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh iddia ərizəsində qeyd etmişdir ki, ünvan 3 ünvanlı (yeni qaydada AZ 1026 ünvan 4k, **********72-12301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023 tarixli reyestrdən çıxarışla Cavabdeh məxsusdur. Həmin əmlak onun tərəfindən X4 alınmışdır. X6 da öz növbəsində həmin əmlakı vərəsəlik qaydasında mərhum atası X3 əldə etmişdir. Mirzəyev Qurban həmin əmlaka mülkiyyət hüququnu 004307 saylı 2009-cu il tarixli şəhadətnamə ilə əldə etmişdir (müvafiq sənədlər əlavə edilir). Beləliklə həmin əmlaka mülkiyyət hüququ 24 ildir ki davam edir və bu günədək heç kim tərəfindən mübahisələndirilməmişdir. Lakin 2023-cü ilin noyabr ayında İddiaçı1 və İddiaçı2 ona məxsus əmlakı heç bir qanuni əsas, sərəncam olmadan söküntü işləri aparmış, bununla qanunla qorunan hüquq və mənafelərinə külli miqdarda ziyan vurmuşlar.

5. Daha sonra Xərai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2043/2024 saylı qərardadı ilə, iddiaçı Cavabdehlər İddiaçı2 Abulla oğlu və İddiaçı1 qarşı “əmlak” tələbinə dair 2(011)-2430/2024 nömrəli mülki iş, iddiaçılar İddiaçı2 Abulla oğlu və İddiaçı1 Cavabdeh “maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və ərazidə tikinti işlərinin dayandırılmasına görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair 2(011)- 2043/2024 nömrəli mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır.

İddiaçının tələbi:

6. İddiaçılar İddiaçı1 Abdurəhaman oğlunun ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətindəki və İddiaçı2 ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətindəki qeyri-yaşayış sahələrində iddiaçılar tərəfindən tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən maneələrin qadağan edilməsi, Cavabdeh tərəfindən iddiaçılara məxsus ərazidə qanunsuz tikililərin öz hesabına sökülərək ərazidən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ərazidə aparılan tikinti işlərinin dayandırılmasına görə dəymiş maddi və mənəvi zərərin hesablanaraq ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində azaldılaraq geri götürülməsini xahiş etmiş, qalan hissədə iddia tələbini müdafiə etdiyini bildirmişdir.

8. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçılara məxsus ərazidə qanunsuz tikililərin öz hesabına sökülərək ərazidən çıxarılması hissəsində azaldılmasını xahiş etmişdir.

9. Eyni zamanda 2(011)-2430/2024 nömrəli mülki iş üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Xətai rayonu Kazımağa Kərimov küç 34/75 ünvanlı yeni qaydada AZ 1026 ünvan 6us daşınmaz əmlakların öz hesabına bərpa edilərək ona təhvil verilməsi vəzifəsinin cavabdehlər İddiaçı1 və İddiaçı2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

10. xx.xx.2024-cü il tarixində Cavabdeh İddiaçı2 Abulla oğluna və İddiaçı1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

11. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında qeyd etmişdir ki, qarşı tərəfin verdiyi iddia ərizəsini qəbul etmədiyini, haqlı olaraq məhkəmənin torpaq sahəsi ilə bağlı deyil tikinti obyektləri ilə bağlı ekspert qarşısında suallar qoymuşdur. Çünki qarşı tərəfin mülkiyyət sənədində torpağı sənədi yoxdur, yalnız tikiliyə sənəd mövcuddur. Onun torpağının sənədi dövlətə məxsusdur. İddiaçı1 nümayəndəsi (vəkili) onların 6 kv.m sahənin mübahisəsini etmədiklərini, onların orada sotlarla ərazisi olduğunu və torpaq sahəsinə çıxarışlarının mövcud olduğunu, ərazinin divarının uçurulubuçurulmamasının mülkiyyətçinin səlahiyyətində olduğunu, qarşı tərəfin iddiası ilə bağlı ekspertin də onların tikilisinin məhz tikili, çünki torpaq sahəsinin sənədi mövcud deyil onların onların xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən 6 kv.m tikiliyə aiddiyyəti olmadığını, üst-üstə düşmədiyini bildirmişdir. O qarşı tərəfin müxtəlif iddialar verdiyini, onların inzibati məhkəmədə, bu məhkəmədə müxtəlif iddia qaldırdıqlarını, həmin ərazidə tikinti işləri aparmağa müxtəlif vasitələrlə mane olmağa çalışdıqlarını. Qanunsuz tikili tikərək mühafizəçi yerləşdirdiyini bildirmişdir. İddiaçı1 nümayəndəsi (vəkili) onların mülkiyyət sənədinin, yalnız 6 kv.m olduğunu bildirmişdir. Həmin tikilinin əvvəldən orda olduğunu lakin yarasız vəziyyətdə olduğunu, mühafizəçinin qalması üçün bərpa işləri apardığını bildirmişdir. Hansı hissədə tikinti işləri aparıldığını bilmədiyi üçün həmin hissədə iddia tələbindən imtina etmək istədiyini bildirmişdir. Ruslan müəllimdə tikili olmadığını, Qasım müəllimdəki tikilinin durğunu bildirmişdir. 6 kv.m olan sahənin Ruslan müəllimə məxsus olduğunu bildirmişdir. Aldıqdan sonra onlar tərəfindən həmin ərazidə hər hansı tikinti-söküntü işləri aparmadıqlarını bildirmişdir. Ruslan müəllim ilə onlar arasında hər hansı bir tikinti işləri aparılmadığını yalnız hasarın təmir edilməsi işləri aparılmış, mübahisə olduğu üçün dayandırılmışdır və eyni zamanda yarımçıq tikili bərpa edilmişdir. Hasarın yerinin dəyişdirilmədiyini bildirmişdir.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı2 öz izahatında qeyd etmişdir ki, o mülkiyyətində olan torpaq sahəsinin hasarını sökmüşdür. O ona məxsus daşınmaz əmlakın girişdə sağda yerləşdiyini, qarşısındakı da torpaq sahəsinin yerləşdiyini, gözətçi binasının yerləşdiyi torpaq sahəsinin ona məxsus torpaq sahəsi olduğunu, tikilidən başqa hasarda tikinti işləri aparıldığını, hasarda pəncərə yerlərinin bağlandığını köhnə hasarın təmir edildiyini bildirmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs mübahisəli ərazini qanunla müəyyən edilmiş şəkildə yerin əvvəlki mülkiyyətçisindən əldə etmişdir. O ərazi əmlak kompleksinin 2009-cu il tarixdə ləğv edildiyini, ərazi əmlak kompleksinin daşınmaz əmlakdan və torpaq sahəsindən ibarət olduğunu, torpaq sahəsinin daşınmaz əmlakın bir hissəsi olmasının müvafiq texniki pasportla təsdiq olunduğunu bildirmişdir. O iddia qaldırılmasının səbəbinin hüquqlarını müdafiə etdiyi şəxsin xəbəri olmadan əraziyə gəlmiş şəxslərin orada söküntü-tikinti işləri apararaq ərazinin onlara məxsus olması barədə sənədlər təqdim etməsi olduğunu bildirmişdir. O qeyd etmişdir ki, onlarda olan ərazi sənədinə əsasən bütün ərazi onlara məxsus olmasına baxmayaraq cavabdehlərə məxsus sənədə əsasən 2 ədəd kiçik daşınmaz əmlak və ətrafındakı torpaq sahəsi cavabdehlərə məxsusdur. O həmçinin qeyd etmişdir ki, onların sənədləri üzrə ərazinin bir hissəsi özəlləşdirilib, bununla bağlı məhkəmə qərarları mövcuddur. Cavabdeh nümayəndəsi (vəkili) H.Aslanov qəsəbəsi ərazisində köhnə Kazımağa Kərimov küçəsi, 34/75 ünvanı kimi bir ərazi olmadığını, bu gün H.Aslanov qəsəbəsi ərazisində demək olar bütün ərazidə tikinti işləri aparıldığını, texniki pasportlarının ləğv edilmədiyini, heç bir sənədinin məhkəmə üçün əvvəlcədən qüvvəsinin olmadığını, cavabdehin 2 ədəd kiçik əmlakı olduğunu və buna baxmayaraq daha böyük ərazini zəbt etməyə çalışdığını, qarşı tərəfin məhkəmə proseslərinin gedişində ekskavotor gətirərək söküntü işləri apardığını, Kazımağa Kərimov küçəsi, 34/75 ünvanına aid sahəyə dair preyudisial əhəmiyyətli məhkəmə qətnamələrinin olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi (vəkili) mübahisəli əmlaka dair texniki pasportlarının mövcud olduğunu və həmin sənədin 2009-cu ildə mülkiyyət sənədi hesab edildiyini, qarşı tərflərin əmlaklarının hasarlarının mövcud olmadığını, ətraf hasarın ümumi ərazinin hasarı olduğunu və bu səbəbdən cavabdehlərin dərhal onu sökməyə cəhd etdiyini bildirmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur.

15. xx.xx.2023-cü il tarixli alq-satqı müqaviləsinə əsasən, satıcı (X15) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 6.3 kv/m olan qeyri-yaşayış binası və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.136 ha torpaq sahəsini tam mülkiyyət üzrə ona məxsus hissədə alıcı (İddiaçı1) mülkiyyətinə vermişdir.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X12 məxsusdur.

17. xx.xx.2023-cü il tarixli, 790 №-li daşınmaz əmlakın alqı-satqısı müqaviləsi.

18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, -, 19V ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsusdur.

19. xx.xx.2023-cü il tarixli alq-satqı müqaviləsinə əsasən, satıcı (X14) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 14.9 kv/m olan qeyri-yaşayış binası və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,10522 ha torpaq sahəsini tam mülkiyyət üzrə ona məxsus hissədə alıcı (İddiaçı2) mülkiyyətinə vermişdir.

20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X10 məxsusdur.

21. xx.xx.2023-cü il tarixli, 791 №-li daşınmaz əmlakın alqı-satqısı müqaviləsi.

22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 3 (Yeni qaydada:AZ 1026, ünvan 10 ünvanında yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında ¼ hissədə Cavabdeh məxsusdur.

23. 14. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli, 10/8161 nömrəli məhkəmə məhkəmə tikinti-texniki ekspertiza rəyinə əsasən, təqdiqatın nəticəsi: Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ1026, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 152.7 kv.m olan əmlak kompleksinin Texniki pasportunda qeyd olunan ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyəti ilə faktiki vəziyyətdə 152 kv.m-lik əmlak kompleksinin yerləşdiyi ərazi kimi təqdim olunan torpaq sahəsinin ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyəti fərqli olduğundan Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 ümumi sahəsi 152.7 kv.m olan əmlak kompleksini naturada müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatla müəyyən olunmuşdur ki, İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, 19V ünvanında yerləşən ümumi sahəsi 14.90 kv.m olan qeyri- yaşayış binası (binanın yerləşdiyi torpaq sahəsi) və İddiaçı1 Abdurehman oğluna məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6.3 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (bina faktiki mövcud deyil) koordinatlara əsasən üst-üstə qonşu torpaq sahələridir.

24. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 04/2856 inventar nömrəli Texniki Pasport.

25. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın X1 tərəfindən verilmiş 22 sentyabr 2008-ci il tarixli, 001995 №-li müəssisə və obyektin daşınmaz əmlakının Teniki Pasportu.

26. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, qeyd olunan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ 1026, ünvan 11 ünvanında yerləşən ərazi ilə bağlı əvvəllər dəfələrlə müraciət olunmuşdur. Əvvəlki müraciət zamanın məlum olmuşdur ki, göstərilən faktiki ərazi və tikililər arxiv texniki pasporta uyğun gəlmir. Belə ki, faktiki vəziyyətdə torpaq sahəsinin konfiqurasiyası və tikililərin yerləşməsi, sahəsi, ölçüləri texniki pasportdakı vəziyyətləri ilə tamamilə fərqlidir. Texniki pasportun şərti istinadında göstərilən yollar faktiki mövcuddur. Həmin şərti istinadda Kino baza kimi göstərilən hissə sökülmüş və yerində fərdi yaşayış evləri inşa edilmişdir. Texniki pasportun şərti istinadında göstərilən ərazi ilə ərizəçi X2 iddia etdiyi ərazi tamamilə fərqli yerlərdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ 1026, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 152.7 kv.m olan əmlak kompleksi **********72-12301 reyestr nömrəsi ilə X2 ½ hissə, Cavabdeh ¼ hissə və X7 ¼ hissə olmaqla xüsusi mülkiyyətindədir.

27. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2in(82)-607/2012 №-li, 01 may 2012-ci il tarixli icra vərəqəsi.

28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş təsdiq edilmiş sənədlərin surəti.

29. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

31. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

33. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

34. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.

37. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:

1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2 Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Məhkəmənin mövqeyi:

39. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi iddiaçılar İddiaçı1 Abdurəhamn oğlunun ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətindəki və İddiaçı2 ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətindəki qeyri-yaşayış sahələrində iddiaçılar tərəfindən tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən maneələrin qadağan edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

40. Belə ki, mülki iş materiallarından görünür ki, mülki iş üzrə tərəflərin bir-birinə qarşı iddia tələbləri mövcuddur. İddiaçılar İddiaçı1 Abdurəhaman oğlunun ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətindəki və İddiaçı2 ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətindəki qeyri-yaşayış sahələrində iddiaçılar tərəfindən tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini, digər mülki iş üzrə iddiaçı Cavabdeh isə Bakı şəhəri Xətai rayonu Kazımağa Kərimov küç 34/75 ünvanlı yeni qaydada AZ 1026 ünvan 6us daşınmaz əmlakların öz hesabına bərpa edilərək ona təhvil verilməsi vəzifəsinin cavabdehlər İddiaçı1 və İddiaçı2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.

41. Məhkəmə hesab edir ki, qüvvədə olan mülki prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

42. Məhkəmə hesab edir ki, hazırki mülki iş mülkiyyət hüququnun qorunması ilə bağlıdır və ilk növbədə mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun kimə məxsus olması dəqiqləşdirilməlidir.

43. İşin mübahisəsiz hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, -, 19V ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 3 Yeni qaydalarla: AZ 1026, ünvan 13 ünvanında yerləşən əmlak kompleksi istifadə hüququ əsasında ¼ payda Cavabdeh məxsusdur.

44. Məhkəmə qeyd edir ki, MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

45. Məhkəmə araşdırması zamanı mübahisənin hərtərəfli, obyektiv, ədalətli həll edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli, 10/8161 nömrəli məhkəmə məhkəmə tikinti-texniki ekspertiza rəyinə əsasən, Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ1026, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 152.7 kv.m olan əmlak kompleksinin Texniki pasportunda qeyd olunan ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyəti ilə faktiki vəziyyətdə 152 kv.m-lik əmlak kompleksinin yerləşdiyi ərazi kimi təqdim olunan torpaq sahəsinin ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyəti fərqli olduğundan Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 ümumi sahəsi 152.7 kv.m olan əmlak kompleksini naturada müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatla müəyyən olunmuşdur ki, İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, 19V ünvanında yerləşən ümumi sahəsi 14.90 kv.m olan qeyri- yaşayış binası (binanın yerləşdiyi torpaq sahəsi) və İddiaçı1 Abdurehman oğluna məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6.3 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (bina faktiki mövcud deyil) koordinatlara əsasən üst-üstə qonşu torpaq sahələridir. (§23)

46. Eyni zamanda 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, qeyd olunan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ 1026, ünvan 11 ünvanında yerləşən ərazi ilə bağlı əvvəllər dəfələrlə müraciət olunmuşdur. Əvvəlki müraciət zamanın məlum olmuşdur ki, göstərilən faktiki ərazi və tikililər arxiv texniki pasporta uyğun gəlmir. Belə ki, faktiki vəziyyətdə torpaq sahəsinin konfiqurasiyası və tikililərin yerləşməsi, sahəsi, ölçüləri texniki pasportdakı vəziyyətləri ilə tamamilə fərqlidir. Texniki pasportun şərti istinadında göstərilən yollar faktiki mövcuddur. Həmin şərti istinadda Kino baza kimi göstərilən hissə sökülmüş və yerində fərdi yaşayış evləri inşa edilmişdir. Texniki pasportun şərti istinadında göstərilən ərazi ilə ərizəçi X2 iddia etdiyi ərazi tamamilə fərqli yerlərdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ 1026, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 152.7 kv.m olan əmlak kompleksi **********72- 12301 reyestr nömrəsi ilə X2 ½ hissə, Cavabdeh ¼ hissə və X7 ¼ hissə olmaqla xüsusi mülkiyyətindədir. (§26)

47. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

48. Məhkəmə araşdırması, o cümlədən yerində baxış zamanı tərəflərin göstərdikləri ərazinin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olması mülki iş materiallarına əlavə edilmiş sənədlər, ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir. Lakin qeyd edilən dəlillərə əsasən Cavabdeh mülkiyyətində olan əmlakın həmin ərazidə yerləşməsi sübuta yetirilməmişdir. Mülki qanunvericiliyə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

49. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. MM-nin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

50. Məhkəmə iddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “əmlakların bərpa edilməsi və ona təhvil verilməsi” tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbi ilə iddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “əmlakların bərpa edilməsi və ona təhvil verilməsi” tələb bir-birindən törəyən tələblərdir bir tələbin təmin edilməsi digər tələbin rədd edilməsi ilə nəticələnir.

51. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbi təmin edilsin.

Məhkəmə xərcləri:

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin iddiaçı Cavabdeh İddiaçı2 Abulla oğluna və İddiaçı1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi təmin edilmədiyindən və dövlət rüsumu ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh özünə aid edilməlidir.

53. Həmçinin iddia tələbi təmin edildiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulmalıdır.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. İddiaçılar İddiaçı1 Abdurəhaman oğlunun ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətindəki və İddiaçı2 ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətindəki qeyri-yaşayış sahələrində iddiaçılar İddiaçı1 Abdurəhaman oğlu və İddiaçı2 tərəfindən tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən maneələr qadağan edilsin.

3. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 Abdurəhaman oğlunun və İddiaçı2 özünə aid edilsin.

4. İddiaçı Cavabdeh İddiaçı2 Abulla oğluna və İddiaçı1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi rədd edilsin.

5. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh özünə aid edilsin.

6. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar