Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-132/2025 25.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunda olan maneələrin aradan qaldırılması və qanunsuz tikintilərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun və ailəsinin mülkiyyətində olan Quba rayonu Alpan kəndində olan həyətində yerləşən fərdi yaşayış evinə olan gediş-gəliş yoluna törətdiyi maneələrin aradan qaldırılması və qanunsuz tikintinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 13 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən atası X9 adına Quba rayonu Alpan kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və hal-hazırda ailəsi lə birlikdə həmin evdə yaşayır. Cavabdeh onun qonşusudur, həyətinə olan giriş-çıxış yoluna müdaxilə edərək özünə aid olmayan torpaqda tikinti işləri aparmış onun bağına və həyətinə gedən yolu tam bağlamış, həyətinə gedən yolun 10-15 metrə hissəsini zəbt etmişdir. O, dəfələrlə Cavabdeh qanunsuz hərəkətlərinə, tikinti işləri aparmasına dair xəbərdarlıq etməyinə baxmayaraq öz qanunsuz hərəkətlərinə son qoymağdan imtina etmişdir. O, Cavabdeh qanunsuz hərəkətləri barədə Quba rayon Alpan bələdiyyəsinə müraciət etmişdir. Alpan bələdiyyəsi Cavabdeh xəbərdarlıq etməsinə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu barədə Alpan bələdiyyəsində 31 may 2024cü il tarixdə akt tərtib etmişdir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan aşkar olur ki, mərhum atası X4 adına Quba rayonun Alpan kəndində 0.07 ha həyətyanı torpaq sahəsi vardır. İddia ərizəsinə əlavə etdiyi Quba Regional “Asan Xidmət” Mərkəzindəki Notariat Ofisinin 04 iyun 2024-cü il tarixli məktubundan aşkar olur ki, o, xx.xx.1999-cu il tarixdə vəfat etmiş atası X4 qanun üzrə vərəsəsidir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən biri gediş-gəliş yolunun Cavabdeh müdaxilə etməzdən əvvəlki vəziyyəti, digər fotoşəkildə hal-hazırda Cavabdeh tikinti işləri apardığdan sonrakı vəziyyəti əks etdirən fotoşəkillərdir. Həmin fotoşəkillərdən sübut olunur ki, Cavabdeh yola müdaxilə edərək qanunsuz tikinti işləri aparmışdır. İddia ərizəsinə əlavə etdiyi Quba rayon Alpan bələdiyyəsinin tərtib etdiyi 31 may 2024-cü il tarixli aktdan da, aşkar olur ki, cavabdeh C.Nuriyev ümumi gediş yolunu zəbt edərək həmin yolda qanunsuz tikinti işləri aparmışdır. Cavabdeh onun evinə gedən yolda qanunsuz tikinti işləri apararaq yolu zəbt etmiş və onun qanunla qorunan hüquqlarını pozmuşdur. Əgər iş üzrə ekspertiza keçirilərsə məlum olacaqdır ki, cavabdeh həqiqətən onun evinə gedən yolu zəbt edərək qanunsuz tikinti işləri apararaq onun gediş-gəlişinə maneə törədir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətiNdən sərbəst istifadə edə bilmir. Ona görə də qeyd etdiyi əsaslara görə iddia tələbi təmin edilməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddianı müdafiə edərək iddia ərizəsində yazılanalara uyğun izahat vermiş və bildirmişdir ki, bağa giriş-çıxış yolu bağlı olduğuna görə, bağından istifadə edə bilmir, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, işə əlavə olan sənədlər sonradan düzəlmə sənədlərdir, tikintini o aparmış, həmin ərazidə ev tikməyib, dəmir darvaza qoymuşdur. İddiaçının gediş gəliş-yolunu bağlamamışdır. İddiaçı öz evinə rahat gedib-gələ bilir, bağına keçməyə qapı istəyir. Əksinə onun evinə yol yoxdur. İddiaçının iddiası əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Quba rayonu, Alpan bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Quba rayonu, Alpan bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. İşin faktiki halları: - 31 may 2024-cü il tarixdə Quba RİHB-nın Alpan kənd İƏD üzrə nümayəndəsinin müavini X6, Quba rayon Alpan bələdiyyəsinin sədri X3 və Quba rayon Alpan bələdiyyəsinin üzvü X7 tərəfindən tərtib edilmiş aktdan görünür ki, qanunsuz tikililərin olubolmaması ilə əlaqədar əraziyə baxış keçirilən zaman müəyyən olundu ki. Quba rayon Alpan kənd sakini Cavabdeh, özünə məxsus həyətyanı torpaq sahəsinə gedən və ümumb -gə istifadədə olan yola müdaxilə edərək hasar çəkilməsi üçün qazıntı işiərı aparmışdır. Tərəfimizdən həmin yolun qazıntı işlərinin dayandırılması ilə bağlı ona rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq, bildirişi qəbul etməkdən imtina etdi və işi davam etdirəcəyini bildirdi. Vətəndaşa mövcud qanunvericiliyin tələbləri və hüquqları izah olundu. Qanunsuz tikinti işlərini davam etdirəcəyi təqdirdə qanunamüvafiq qaydada tədbirlərin görüləcəyi vətəndaşa bildirildi. Ona görə da tərəflərindən akt tərtib edildi və aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmin akt Alpan bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. - Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 04 iyun 2024-cü il tarixli, 215 №li məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli 2V-569 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1999-cu il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsəsidir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Alpan kəndində yerləşən 0,07 ha torpaq sahəsi X4 adına dövlət qeydiyyatına alınmışdır -V-ЖГ seriyalı 303814 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1999-cu il tarixdə ölmüşdür. -Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/5927 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 28 noyabr 2022-ci il tarixində tərtib edilmiş texniki pasporta əsasən, Quba rayonu Alpan kəndi ərazisində reyestr nömrəsi **********96 olan Cavabdeh məxsus yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtəsinin koordinatları ilə Hüquqları Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13 olan Quba rayonu Alpan kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.07 ha yaşayış məntəqəsinə aid torpaq sahəsinin döngə nöqtəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq cavabdeh tərəfindən istifadə olunduğu və həmin torpaq sahəsində hasar və dəmir qapı quraşdırıldığı müəyyən edilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu qanun normasına görə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün həmin əmlak şəxsin mülkiyyətində olmalı, bu əmlak başqasının sahibliyində olmalı və başqasının həmin əmlaka sahibliyi qeyriqanuni olmalıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı olaraq Fərid Ramazanov göstərilsə də, tələbdə iddiaçı özündən savayı, qonşularına məxsus torpaq sahəsindən də istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasını irəli sürmüşdür. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni hə çılli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə bildirir ki, iddiaçı öz hüquqlarının pozulmasını əsaslandırmaqla, öz adından çıxış etmək hüququna malik olduğundan, yalnız ona münasibətdə hüquqi dəyərləndirmə aparılmalıdır. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinə Quba rayonu Alpan kəndində yerləşən fərdi yaşayış evinə olan gediş-gəliş yoluna törədilən manelələr aradan qaldırılmalı və qanunsuz tikinti sökülməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Cavabdeh isə faktiki olaraq mübahisəli torpaq sahəsinə iddiaçının istifadəsinə maneələr yaradaraq, iddiaçının sahiblik və istifadə hüquqlarını həyata keçirməyə və ümumilikdə mülkiyyət hüququna mane olur. Ona görə də, cavabdeh tərəfindən torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə dair yaranmış maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etməyə məcbur olub. Məhkəmə araşdırması zamanı, həmçinin İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq cavabdeh tərəfindən istifadə olunduğu və həmin torpaq sahəsində hasar və dəmir qapı quraşdırıldığı müəyyən edilmişdir. Bu hal iş üzrə keçirilmiş ekspert rəyi ilə də təsdiq olunur. Məhkəmədə təqdim edilmiş fotoşəkillərdən də həqiqətən sözügedən ərazidə dəmir darvazanın quraşdırıldığı və yeni tikinti işlərinin aparıldığı görünür. Ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5927 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak eldən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinə Quba rayonu Alpan kəndində yerləşən fərdi yaşayış evinə olan gediş-gəliş yoluna törədilən maneələr aradan qaldırılsın və qanunsuz tikinti sökülsün. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına köçürülsün. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilov
Məhkəmə qərarları › İş №2(027)-132/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-132/2025
25.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver