Məhkəmə qərarları › İş №2(106)-1304/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1304/2025

08.07.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1304/2025 08.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “gediş-gəliş üçün avtomobil yolunun açılması, ot tayasının götürülməsi, daş hasarın və darvazanın sökülməsi və qeyri-qanuni müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh tərəfindən gediş-gəliş üçün 11 metr enində, 30 metr uzunluğunda avtomobil yolunun açılması, ot tayasının götürülməsi, daş hasarın və darvazanın onun hesabına sökülməsi və qeyri-qanuni müdaxilənin qadağan edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Iddiaçı İddiaçı iddia tələbini əsaslandıraraq göstərmişdir ki, o, Beyləqan rayon Qarallar kəndində yaşayır. Özünə məxsus həyətyani torpaq sahəsi və onun üzərində evi vardır. Həmin həyətə şəhadətnaməsi vardır ki, orada yolun olmasıda göstərilmişdir. Cavabdeh Cavabdeh həmin həyətyani torpağa və evinə gedən avtomobil yolunu bağlamış, daş hasar çəkmiş və darvaza qoyaraq yolunu kəsmişdir. O, hazırda qonşusu Zahid Şirinovun həyətindən keçməklə evinə getməyini təmin edə bilir. Zahid həyətindən yol verməsə evinə gedə bilmir. Cavabdeh isə onun yolunun üzərində olan pəyəsinə daş hasar çəkmiş və darvaza qoymuşdur. Ancaq onun pəyəsi yerləşdiyi yerə başqa yerdəndə gediş -gəliş yolu vardır. Ona görə də, o, cavabdeh Cavabdeh tərəfindən gediş-gəliş üçün 11 metr enində, 30 metr uzunluğunda avtomobil yolunun açılması, ot tayasının götürülməsi, daş hasarın və darvazanın onun hesabına sökülməsi və qeyri-qanuni müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında izahat verən cavabdeh Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının torpaq sahəsinə gedən gediş gəliş yolunu o, bağlamamışdır. Orada yol olmamışdır. Iş üzrə alınmış məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə razdır. Həmin rəydə də onun iddiaçınınn torpaq sahəsinə gedən yolu zəbt etmədiyi qeyd olunmuşdur. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Işdə olan JN 047A, KOD ******** saylı "Torpağa mülkiyyət hüququna dair" Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Beyləqan rayonu Qaralılar kəndi ərazisindən 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Işdə olan JN 046A, KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair" Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə Cavabdeh və ailə üzvlərinə Beyləqan rayonu Qaralılar kəndi ərazisindən 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinə Beyləqan rayonu Qaralılar kəndində yerləşən Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə verilmiş "Torpağa mülkiyyət hüququna dair" JN № ***A, KOD ******** saylı şəhadətnamə ilə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin naturada yeri və ölçüləri müəyyən edilmişdir. Cavabdeh və ailə üzvlərinə Beyləqan rayonu Qaralılar kəndində yerləşən Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə verilmiş "Torpağa mülkiyyət hüququna dair JN № ***A, KOD ******** saylı şəhadətnamə ilə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin naturada yeri və ölçüləri müəyyən edilmişdir. Elektron məlumat bazasında Qaralılar kəndində həyətyanı torpaq sahələrinə aid tərtib olunmuş yerquruluşu planına əsasən, iddiaçı İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda 379.76 kv.m və cavabdeh Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda isə 375.67 kv.m yol sahəsinin ərazisi kimi qeyd olunmuşdur ki, həmin yol əraziləri onlar tərəfindən istifadə olunur. Cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə gedən yol sahəsi istifadə olunmur. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (Hakim: Ramiz Nurullayev) iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı İddiaçı vəkili Vəkil apellyasiya şikayəti verərək bildirmişdir ki, ekspertizanın rəyində qeyri-müəyyənlik vardır. Iddiaçının həyətində istifadə etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi tamamilə başqa istiqamətdə olmaqla yol üçün nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən əlavə torpaq sahəsi istifadə etdiyinə görə iddiaçının da yola aid olan torpaq sahəsinin bir hissəsini istifadə etdiyi qənaətinə gəlmiş, lakin həqiqətdə səhv nəticəyə gəlmişdir. Ekspertiza rəyinə əsasən cavabdehin ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsini zəbt etdiyi təsdiqini tapır. Lakin məhkəmə cavabdehin iddiaçının həyətinə gedən yolu tutmadığını göstərmişdir. Əslində cavabdehin istifadə etdiyi torpaq sahəsi elə iddiaçının həyətinə gedən və ümumi istifadədə olan torpaq sahəsidir. Iddiaçının həyətinə gedən yol başqa şəxsin mülkiyyətində olan torpaq sahəsidir ki, o istənilən vaxt həmin torpaq sahəsinə girişi qadağan etsə, iddiaçının həyətinə heç bir yerdən daxil olmaq mümükün olmayacaqdır.Məhkəmə bu halları nəzərə almamışdır. Məhkəmə üçüncü şəxs kimi mülkiyyətçi olan bələdiyyəni cəlb edib işdəki materialları yoxlasaydı həmin ziddiyyətli məqamlara aydınlıq gətirə bilərdi. Mübahisəli torpaq sahəsi ümumi mülkiyyətdə olmaqla hamı üçün istifadəyə açıq olan bir ərazidir. Beyləqan rayon məhkəməsi qətnaməsində iddiaçının yolun bir hissəsini istifadə etdiyini göstərsə də, bu halın nə ilə sübut olunduğunu əsaslandırmamışdır. Istifadəsində olan artıq torpaq sahəsi mübahisələndirdiyi yol tərəfdə yox, tamamilə əks tərəfdə yerləşməklə bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarına aid olmaqla, ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Onun bələdiyyənin digər kateqoriya torpaq sahələrindən istifadə etməsi ümumi istifadədə olan torpaq sahələrindən istifadəsinə mane ola bilməz. Ona görə də Beyləqan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsini ləğv edib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçının nümayəndəsi və vəkili Vəkil və iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, məhkəmə kollegiyası Beyləqan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandıırmışdır ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə gedən yol sahəsi istifadə olunmur. Iş materialları ilə iddiaçının və cavabdehin öz mülkiyyətlərində olan torpaq sahəsindən kənarda torpaq sahəsini və həmin ərazidən keçən yoldan istifadə etmələri müəyyən olunmuş, həmin ərazi onların mülkiyyətinə aid deyildir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və mövqeyini aşağıdakılarla əsaslandırır. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinə Beyləqan rayonu Qaralılar kəndində yerləşən Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə verilmiş "Torpağa mülkiyyət hüququna dair" JN № ***A, KOD ******** saylı şəhadətnamə ilə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin naturada yeri və ölçüləri müəyyən edilmişdir. Cavabdeh və ailə üzvlərinə Beyləqan rayonu Qaralılar kəndində yerləşən Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə verilmiş "Torpağa mülkiyyət hüququna dair JN № ***A, KOD ******** saylı şəhadətnamə ilə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin naturada yeri və ölçüləri müəyyən edilmişdir. Elektron məlumat bazasında Qaralılar kəndində həyətyanı torpaq sahələrinə aid tərtib olunmuş yerquruluşu planına əsasən, iddiaçı İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda 379.76 kv.m və cavabdeh Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda isə 375.67 kv.m yol sahəsinin ərazisi kimi qeyd olunmuşdur ki, həmin yol əraziləri onlar tərəfindən istifadə olunur. Cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə gedən yol sahəsi istifadə olunmur. Apellyasiya icraatı zamanı alınmış Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ * saylı Beyləqan ərazi idarəsinin ## ##### 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN №***A, KOD 60700048 və JN №***A, KOD ******** saylı şəhadətnamələrə əsasən Cavabdeh və İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin arasında (sərhədində) yol (ümumi istifadədə olan torpaq sahəsi) torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən nənəzərdə tutulmuşdur. Eyni zamanda həmin torpaq sahələri arasında yol (ümumi istifadədə olan torpaq sahəsi) faktiki istifadə vəziyyətinə uyğun olaraq TEKUIS-də qeyd olunmamışdır. JN №***A, KOD ******** nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Onun tərəfindən mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin həcmindən artıq 0.2620 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi istifadə edilir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Torpağa mülkiyyət hüququna dair JN №***A, KOD ******** saylı şəhadətnamə əsasında faktiki istifadə vəziyyətinə uyğun olaraq TEKUIS-də qeyd olunan koordinatlara uyğun olaraq DƏDRX tərəfindən verilmiş reyestr nömrəi 607013035614 olan çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Onun tərəfindən mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin həcmindən artıq 0.2453 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi istifadə edilir. Cavabdeh və İddiaçı mülkiyyətlərində olan torpaq sahələrinin həcmindən artıq istifadə etdikləri torpaq sahələri onların xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin arasında nəzərdə tutulmuş yolla (ümumi istifadədə olan torpaq sahəsi ilə) müvafiq olaraq 141.44 kv.m və 262.72 kv.m hissədə üst-üstə düşür. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş hissəsinə həyətyanı sahənin daxilinə keçməklə həyətdə olan meyvə ağaclarını kəsmədən və tikililəri sökmədən daxil olmaq mümükündür. İddiaçı istifadəsində olan torpaq sahəsinin giriş hissəsi (dəmir darvazanın yerləşdiyi ərazi) bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan yolun ərazisində inşa edildiyi üçün hər hər hansı şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Bundan başqa, apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş mütəxəssis Şahid ifadəsində göstərmişdir ki, iddiaçı özü bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadədə olan yolun giriş hissəsində dəmir darvaza quraşdırmışdır. Cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə gedən yol sahəsi istifadə olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspert rəylərini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Verilmiş rəylərin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Odur ki, sözügedən ekspert rəyləri iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, işdə olan mötəbər sübutlarla cavabdeh tərəfindən iddiaçının həyətyanı torpaq sahəsinə gedən yolun zəbt olunmadığı, əksinə iddiaçı tərəfindən bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadədə olan yolun giriş hissəsində dəmir darvaza quraşdırıldığı müəyyən olunur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar