Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3340/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətlərin bərpası; müddətin bərpası haqqında ərizə; müddətin bərpasından imtina barədə qərardad. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması və ona məxsus torpaq sahəsinin qarşısında yığdığı mişar daşlarının cavabdehin hesabına götürülərək yığışdırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-47/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərin qarşısının alınması və ona məxsus torpaq sahəsinin qarşısında yığdığı mişar daşlarının cavabdehin hesabına götürülərək yığışdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-76/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: A.Babayev).
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-47/2025 nömrəli xx.xx.2025-ci il tari xli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilmişdir (hakimlər: Səyyad Qafari, Ayaz Mahmudov, Afiq Hüseynzadə).
5. Cavabdeh kassasiya şikayəti verə bilməsi üçün prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir.
6. Ərizə belə əsaslandırılmışdır ki, o, ölkə xaricində olarkən apellyasiya instansiyası məhkəməsi qərar çıxarmışdır. O isə qətnaməni yalnız Azərbaycana qayıtdıqdan sonra xx.xx.2025-ci il tarixdə rəsmi əldə etmişdir. Eyni zamanda, cavabdeh xaricdə olduğu zaman vəkili ilə əlaqə saxlamağı mümkün olmamışdır. Vəkili dəfələrlə onunla əlaqə saxlamaq istəsə də, onun telefonlarına zəng çatmamışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.x x.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir.
8. Məhkəmə kollegiyası mövqeyini Mülki Prosessual Məcəllənin 405.0.1, 408.1.4-cü maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, sözügedən qətnamə cavabdehin nümayəndəsi Vəkil elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, bununla müddətin axımı ertəsi gündən başlayaraq xx.xx.2025-ci il tarixədək davam etmişdir. Lakin cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətin bitməsindən 3 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Beləliklə cavabdehin nümayəndəsinin ərizəsində göstərilən xüsusatlar qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə əsas hesab edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh (vəkil: Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
10. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 14 və 88-ci maddələrinə istinad edilməklə belə əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin ölkə xaricində olmasını və məhkəmə iclasının təxirə salınması üçün yazdığı teleqrama hüquqi qiymət verməmiş, bu isə qanunsuz məhkəmə aktı qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
16. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə veri lə bilər:
17. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.
18. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
19. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
20. Maddə 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
25. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
26. Cavabdeh prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 27. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respu blikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən me yarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
28. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.
29. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşd ur.
30. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qətnamə cavabdehin nümayəndəsi Vəkil elektron kabinetinə xx.xx.2025ci il tarixdə yerləşdirilmiş, bununla müddətin axımı ertəsi gündən başlayaraq xx.xx.2025-ci il tarixədək davam etmişdir. Lakin cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətin bitməsindən 3 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Cavabdehin nümayəndəsinin ərizəsində göstərilən xüsusatlar qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə əsas hesab edilə bilməz.
31. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şik ayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)47/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.