Məhkəmə qərarları › İş №2(106)-1662/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1662/2025

20.05.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̆Respublikası̆adından Qətnamə Şirvan̆şəhəri İş̆№̆2(106)-1662/2025 20.05.2026 ŞIRVAN̆APELLYASIYĂMƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə̆tərkibində, X3̆oğlunun̆katibliyi, iddiaçı̆İddiaçı̆və̆onun̆nümayəndəsĭNümayəndə, cavabdehlər̆cavabdeh2̆və̆cavabdeh1̆və̆cavabdeh1̆nümayəndəsĭvə̆vəkilĭvəkil1̆iştirakları̆ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 (üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “darvazanın və su çəninin sökülməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasındăaçıq̆məhkəmə̆iclasındăbaxaraq̆aşağıdakı̆qətnamənĭqəbul̆etdi. Işin halları: Nümayəndə cavabdehlər cavabdeh2 və cavabdeh1 (üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı darvazanın və su çəninin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 0.06 ha fərdi yaşayış evinin inşası üçün verilmiş torpaq sahəsinə və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə gedən yolun üzərində qoyulmuş dəmir darvazanın və dəmir su çəninin sökülməsi barədə̆qətnamə̆qəbul̆edilməsinĭxahiş̆etmişdir.̆ Iddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı şəhərində yaşayır. Burada onun mülkiyyətində fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş 0.06 ha torpaq sahəsi vardır. Buna dair Dövlət Reyestrindən Çıxarışı da vardır. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Həmçinin onun torpaq sahəsinə bitişik cavabdehində torpaq sahəsi vardır. Onların həyətləri arasında çəpər yoxdur. Həmçinin onların yolu da birgədir və həmin yol üzərində dəmir darvaza vardır. Bu günə kimi həmin yoldan və darvazadan birgə istifadə edirlər. Lakin cavabdeh hər gün həmin dəmir darvazanı həyət tərəfdən bağlayır. Lakin açarla deyil quraşdırılmış dəmir keçəcəklə bağlayır. Bu isə onu narahat edir. Belə ki, o, bəzən evə gec gəlir və açarı salıb darvazanı açıb həyətə daxil olmaq istədiyi zaman bu mümkün olmur. Çünki cavabdeh darvazanı həmin dəmir keçəcəklə bağlayır. Dəfələrlə ona bunu etməməsini deməsinə baxmayaraq cavabdeh hər dəfə də bu halları təkrarlayır. Sonda cavabdehə həmin dəmir darvazanın yerini dəyişməyi hər birisi üçün ayrıca giriş qapısını qoyulmasını təklif etsə də cavabdeh bununla razılaşmadı. Həmçinin onun fərdi yaşayış evi cavabdehin evinin arxasında yerləşir. Evinə gedən yol isə cavabdehin evi ilə qonşunun çəpərinin arası ilə keçir. Yol isə çoxda enli deyildir. Cavabdehdə həmin yol üzərində öz evinə su tədarük etmək üçün dəmir çən qoymuşdur. O, cavabdehdən ona məxsus evə gedən yolun üzərinə qoyduğu dəmir çəni yolun üzərindən götürməsini xahiş etsə də cavabdeh bu günə kimi həmin çəni oradan götürməmişdir və belə bir fikrinin olmadığını bildirmişdir. O, cavabdehdən etdiyi bu hərəkətləri dayandırmasını xahiş etmiş olsa da, heç bir nəticəsi olmamışdır. Cavabdeh onun dediklərinə məhəl qoymur. Odur ki, bütün bu problemlərin sonlandırılmasından̆ötrü̆məhkəməyə̆müraciət̆etmək̆məcburiyyətində̆qalmışdır.̆ Sonradan Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək fərdi yaşayış evinin əsl sahibi atası İddiaçı olduğu üçün, İddiaçı əsl iddiaçı kimi tanınmasını xahiş etmişdir. Məhkəmə həmin vəsatəti təmin edərək̆Nümayəndə̆əsl̆iddiaçı̆İddiaçı̆ilə̆əvəz̆etmişdir. Iş̆materiallarındăolan: ##.##.2012-ci il tarixli, ********** qeydiyyat, ************-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.06 hektar torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin üzərində İddiaçı, X2, Nümayəndə və X1 xüsusi mülkiyyət hüququ xxxxndə * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyatăalınmışdır.̆ ##.##.2012-ci il tarixli, 1583 inventar nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportdan görünür ki, ************-***** reyestr çıxarışla verilmiş torpaq sahəsi üzərində fərdi yaşayış evĭmövcuddur.̆ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ## ######## 2023-cü il tarixli, **/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad ƏrazIdarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*- ****/**** saylı mütəxəssis rəyinə əsasən iddiaçı Nümayəndə yol kimi iddia etdiyi ərazinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində yol kimi nəzərdə tutulmadığı, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla xüsusi mülkiyyət kimi göstərildiyi müəyyən̆edilmişdir.̆ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ## ##### 2024-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin ## #### 2024-cü il tarixli, 3- 21-3-43/2-****/**** №-li mütəxəssis rəyinə əsasən Masallı rayonu Nizami adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində əsasən mübahisəli dəmir darvazanın yerləşdiyi torpaq sahəsi və həmin gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsidir. Masallı rayonu Nizami adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən iddiaçı İddiaçı mülkiyyətində 336A (************-***** reyestr nömrəli 0.06 ha həyətyanı torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə gedən yolun (dalanın) giriş hissəsində qoyulmuş mübahisəli dəmir darvazanın, iddiaçının yaşadığ evin həyətyanı torpaq sahəsinə sərbəst tərzdə gediş-gəlişinə maneə yaratdığı müəyyənləşdirildi. Mübahisələndirilən həyətyanı torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti, ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Iddiaçı İddiaçı yol kimi iddia etdiyi ərazinin yol kimi nəzərdə tutulmadığı halda, iddiaçı İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə başqa ərazidən gedişgəliş yolu nəzərdə tutulmamışdır. Masallı rayonu Nizami adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində iddiaçı İddiaçı mülkiyyətində olan 336A (************- ***** reyestr) nömrəli 0.06 ha həyətyanı torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə iddiaçının̆iddiăetdiyĭyoldan̆başqăalternativ̆yolun̆mövcud̆olmadığı̆müəyyənləşdirildi.̆ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ## #### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx“ publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mülki iş üzrə İddiaçı ********** qeydiyyat nömrəli, ## ##.2012-ci il qeydiyyat tarixli Çıxarışla xüsusi mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0.06 ha fərdi yaşayış evinin tikilisi təyinatlı torpaq sahəsinə kompleks yerquruluşu layihəsində gediş-gəliş yolu nəzərdə tutulmuş, Torpaqların elektron kadastr uçotu informasiya sistemində yol nəzərdə tutulmamışdır. Iddia olunan yolun üzərində cavabdehlər cavabdeh2 və cavabdeh1 dəmir darvaza qoymaqla gediş-gəlişə maneə yaradılmışdır. Həmin gediş-gəliş yolu kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyəti, Torpaqların elektron kadastr uçotu informasiya sistemində xüsusi mülkiyyət kimi göstərilmişdir. Mülki iş üzrə İddiaçı ********* qeydiyyat nömrəli, ##.##.2012-ci il qeydiyyat tarixli Çıxarışla xüsusi mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0.06 ha fərdi yaşayış evinin tikilisi təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu cavabdehiər cavabdeh2 və cavabdeh1 faktiki vəziyyətdə istifadəsindədir və onlara məxsus dəmir darvaza mövcuddur. Mübahisə predmeti kimi açılması tələb olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemində xüsusi mülkiyyətdə saxlanılmış, kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyətinə aid olan 0,0198 hektaradək (198,4 kv.m) gediş-gəliş yolunun üzərində 4,3 metr ölçüdə darvaza mövcuddur. Mübahisə predmeti olan 0,0198 ha yolun giriş hissəsində cavabdehlərə məxsus dəmir darvaza mövcuddur və digər tikililər mövcud deyil. Mübahisə predmeti olan yolda darvaza götürələcəyi halda gediş-gəliş yolu bərpa oluna bilər. Cavabdeh cavabdeh2 Israil oğlunun atası Isayev Israil Oruc oğlunun adına olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportda döngə nöqtələrinin koordinatları göstərilmədiyindən qeyd edilmiş torpaq sahəsinin koordinatlarını, cəhətlərini və ölçülərini yerində müəyyən̆etmək̆mümkün̆deyil. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (Hakim: Zeynal̆Zeynalov)̆iddiătəmin̆edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək bildirmişdir ki, ona məxsus Masallı şəhəri, M. Talışxanov kŭçəsində yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi vardır. Həmin evə gedən yeganə yol ŭzərində cavabdehlər dəmir darvaza və dəmir su çəni quraşdırmışdır. Bu darvaza onun evinə girişi məhdudlaşdırır. Cavabdehlərlə razılığa gəlmək mŭmkŭn olmamışdır. Ekspert rəylərində də göstərilmişdir ki, alternativ yol mövcud deyildir. Masallı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə onun cavabdehlərə qarşı qaldırdığı darvazanın və su çəninin sökülməsi tələbinə dair iddiası əsassız olaraq təmin edilməmişdir. Ekspert rəyləri də göstərir ki, mübahisəli yol ərazisi faktiki olaraq ümumi istifadə üçün nəzərdə tutulmuş bələdiyyə torpağıdır. Belə şəraitdə cavabdehlərin darvaza və su çəni qoyaraq keçidi məhdudlaşdırması qanunsuzdur. Birinci instansiya məhkəməsi yalnız elektron kadastr məlumatlarına istinad etmiş, lakin kompleks yerquruluşu layihəsini əsaslı qiymətləndirməmişdir. Halbuki bu layihə hüquqi qüvvəyə malikdir və yolun ümumi istifadəli olduğunu təsdiqləyir.Hesab̆edir̆ki,̆birincĭinstansiyăməhkəməsinin̆qətnaməsĭqanunsuz̆və̆əsassızdır.̆ Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilərək cavabdehlərin quraşdırdığı darvaza və su çəninin sökülməsini, məhkəmə̆xərclərinin̆cavabdehlərin̆üzərinə̆qoyulmasını̆xahiş̆etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiyăşikayətinə̆qarşı̆etiraz̆daxil̆olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin̆ləğv̆edilərək̆iddianın̆təmin̆edilməsinĭxahiş̆etdilər. Cavabdehlər cavabdeh2 və cavabdeh1 və cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəlĭqətnaməsinin̆dəyişdirilmədən̆saxlanılmasını̆xahiş̆etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə̆üçüncü̆şəxsin̆nümayəndəsinin̆iştirakı̆olmadan̆baxılmasını̆mümkün̆hesab̆etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə̆tam̆yoxlayır. Odur ki, məhkəmə kollegiyası Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəlĭqətnaməsinin̆bütövlükdə̆yoxlanılmasını̆zərurĭhesab̆edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü̆maddəsinə̆əsasən̆mülkiyyət̆toxunulmazdır̆və̆dövlət̆tərəfindən̆müdafiə̆olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan̆mülkiyyətindən̆məhrum̆edilə̆bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə̆və̆qanunvericilikdə̆nəzərdə̆tutulan̆hallardăqeydə̆alınmalıdır.̆ 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan̆hüququdur.̆ 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan̆sui-istifadə̆olmasın. 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun̆subyektlərĭhüquqĭvə̆fizikĭşəxslər,̆bələdiyyələr̆və̆Azərbaycan̆Respublikası̆olăbilər.̆ 153.2-ci maddəsinə əsasən qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində̆olăbilən̆əmlak̆növlərĭmüəyyənləşdirilir.̆ 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam̆verilməsĭxüsusiyyətlərĭyalnız̆qanunlămüəyyənləşdirilə̆bilər.̆ 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə̆vasitəsilə̆tələb̆edə̆bilər.̆ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan̆istifadə̆etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut̆etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə̆olan̆və̆əlavə̆təqdim̆olunmuş̆sübutlar̆əsasındămahiyyətĭüzrə̆baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən̆mübahisənin̆predmetĭbölünməz̆olduqdăisə̆tam̆yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq,̆məhkəmənin̆maddĭvə̆prosessual̆hüquq̆normalarınăriayət̆etməsinĭyoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Apellyasiya icraatı zamanı alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsĭ*̆saylı̆Cəlilabad̆ƏrazĭIdarəsinin̆rəyindən̆görünür̆ki:

1. ************-***** reyestr nömrəli çıxarışla İddiaçı olğu və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinə və onun hüdudları daxilində mövcud olan fərdi yaşayış tikilisinə Torpaqların elektron kadastr uçotu informasiya sistemində gediş-gəliş yolu nəzərdə tutulmamışdır. ************-***** reyestr nömrəli çıxarışla verilmiş texniki pasportun situasiya planında gediş-gəliş yolunun olduğu müəyyən̆edildi.

2. Cavabdehlər Isayev Eldeniz Israil oğlu və cavabdeh1 tərəfindən iddiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan fərdi yaşayış tikilisinin yerləşdiyi torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində xüsusi mülkiyyət kimi göstərilsədə, həmin torpaq sahəsində (yol kimi iddia edilən) heç bir hüquqm müəyyən edici sənəd xxxxndə̆qeydiyyatăalınmamışdır.

3. Iddiaçı İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin giriş hissəsində darvazanın və həmin̆torpaq̆sahəsinin̆kənarışşasidĕsŭçəninin̆olduğŭmüəyyən̆edildi.

4. Iddiaçı İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin giriş hissəsində darvazanın və həmin torpaq sahəsinin kənar hissəsində su çəninin olduğu müəyyən edildi. Cavabdehlər tərəfindən həmin yoldan sərbəst istifadəyə hər hansı maneələr yaradılması ilə bağlı sual yerquruluşu mühəndisinin səlahiyyətlərindən̆kənar̆olduğŭüçün̆cavablandırmaq̆mümkün̆olmamışdır

5. Iddiaçı İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin giriş hissəsində darvazanın və həmin̆torpaq̆sahəsinin̆kənar̆hissəsində̆sŭçəninin̆olduğŭmüəyyən̆edildi.

6. Bu sual yerquruluşu mühəndisinin səlahiyyətlərindən kənar olduğu üçün cavablandırmaq mümkün̆olmamışdır.

7. Cavabdeh Isayev Eldeniz Israil oğlunun atası Isayev Israil Oruc oğlunun adına olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirməsinə aid Pasportda qeyd edilmiş torpaq sahəsinin koordinatları olmadığından həmin torpaq sahəsinin yerləşmə yerini təyin etmək mümkün̆olmadı.

8. Cavabdeh cavabdeh2 atası Isayev Israil Oruc oğlunun adına olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirməsinə aid Pasportda qeyd edilmiş torpaq sahəsinin koordinatları olmadığından həmin torpaq sahəsinin Iddiaçı İddiaçı iddia etdiyi mübahisəli yolun. sökülməsini tələb etdiyi dəmir darvaza və dəmir su çəninin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmə vəziyyətinĭtəyin̆etmək̆mümkün̆olmamışdır.

9. ************-***** reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə 0.06 ha torpaq sahəsindən əlavə onu istifadəsində 0.0088 ha torpaq sahəsi vardır. Həmin 0.0088 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində xüsusi mülkiyyət kimi göstərilsə də, ************ reyestr nömrəli çıxarışlăverilmiş̆texnikĭpasportdăbələdiyyə̆mülkiyyətinə̆aid̆zəbt̆kimĭgöstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Yenidən ekspertiza keçirilməsinə zərurət yoxdur. Odur ki, sözügedən ekspert rəyi iş üçün̆mühüm̆əhəmiyyət̆kəsb̆edən̆yazılı̆sənəd̆və̆mötəbər̆sübut̆kimĭqəbul̆edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” ## #### 2016-cı il tarixli, *** saylı Fərmanına əsasən torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə“Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Hənin “Qaydalar”ın 1.3-cü bəndində qeyd olunur ki, sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını̆tərtib̆etməkdir. Iş materiallarında olan çoxsaylı mütəxəssis və ekspert rəylərindən görünür ki, iddiaçının gedişgəliş yolu kimi iddia etdiyi ərazi kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyəti kimi göstərilsə də, Torpaqların elektron kadastr uçotu informasiya sistemində xüsusi mülkiyyət kimi göstərilmişdir. Yəni həmin ərazi yol kimi nəzərdə tutulmamışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş mütəxəssis rəyləri və həmin rəylərə əlavə edilmiş sxemlərdən görünür ki, mübahiəli ərazi TEKUIS-də xüsusi mülkiyyət̆kimĭgöstərilməklə̆iddiaçının̆torpaq̆sahəsinə̆hər̆hansı̆formadăaidiyyətĭyoxdur. Bundan başqa, kollegiya iddiaçının cavabdehlərin iddiaçıya öz torpağına gediş-gəlişə mane olması barədə mövqeyinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin maneənin nədən ibarət olması barədə mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerinə müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının və cavabdehlərin yaşayış evinə ümumi gediş-gəliş yolu var və həmin yoldan tərəflər uzun illərdir istifadə edirlər, dəmir darvaza tərəflərin yaşayış evlərini və həyətlərini küçədən mühafizə edir və daimi açıq olaraq saxlanılır, cavabdehlərin bildirdikləri kimi gecə küçə itləri və narkotik istifadəçiləri, oğurluq edən şəxslər həyətə girməsin deyə gecələr darvazanın qapılarını örtürlər və darvazaya kilid və ya başqa keçəcək vurmayıblar. Istənilən vaxt darvazanın qapılarını açıb həyətə girmək və çıxmaq mümkündür və onların iddiaçıya darvazadan sərbəst istifadə etməkdə heç bir maneçilikləri yoxdur. Həmçinin mübahisəli su çəni də çəpərin yanında olmaqla iddiaçının evinə gediş gəlişə heç bir maneçiliyi yoxdur. Cavabdehlər darvazanı öz vəsaitləri hesabına qoyublar, iddiaçının bundan məlumatı olub, hətta iddiaçı tərəf bir neçə dəfə darvazanı özləri rəngləyiblər, darvaza qoyulanda heç bir etiraz narazılıq olmamışdır. Darvazanın və su çəninin yerləşdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində olan torpaq sahəsidir, darvazanın sökülməsi cavabdehlərində iddiaçının da həyətinin və evinin mühafizəsiz qalmasına səbəb olacaqdır. Mübahisəli əraziyə yerli baxış zamanı müəyyən edildiyi kimi və işdə olan fotoşəkillərdən də göründüyü kimi iddiaçının yaşayış evinə və həyətinə gediş gəliş yolu var, ümumi istifadə üçün darvaza qoyulmaqla iddiaçının̆gediş-gəlişĭüçün̆hər̆hansı̆maneə̆yoxdur̆və̆müəyyən̆edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış,̆gəldiyĭnəticə̆isə̆işin̆faktikĭhallarınăuyğun̆olmaqlăqanunĭvə̆əsaslı̆olmuşdur.̆ Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanunĭvə̆əsaslı̆olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun̆çıxarılması̆başădüşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsĭondăşərh̆olunsun,̆habelə̆qətnamədə̆göstərilən̆hallar̆işin̆materiallarınăuyğun̆olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin̆ləğvĭüçün̆əsas̆olăbilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan̆qətnaməsĭyalnız̆formal̆mülahizələrə̆görə̆ləğv̆edilə̆bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-cĭmaddəsində̆nəzərdə̆tutulan̆əsaslar̆yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrinĭrəhbər̆tutaraq̆məhkəmə̆kollegiyası

Qət etdi:

Iddiaçı̆İddiaçıtərəfindən̆verilmiş̆apellyasiyăşikayətĭtəmin̆edilməsin. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən̆saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə̆rəsmĭqaydadăverildiyĭgündən̆2̆ay̆keçdikdən̆sonrăqanunĭqüvvəyə̆minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar