Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-169/2025 07.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 avqust 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışa əsasən ona məxsus ünvan 1ində ümumi sahəsi 41,20 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə və s) Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 avqust 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışa əsasən ona məxsus ünvan 1ində yerləşən ümumi sahəsi 41,20 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsindən çıxarılması, qeyd edilən torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş sanitar qovşağın cavabdehin öz hesabına sökülərək torpaq sahəsinin boşaldılması və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 02 avqust 2023-cü il tarixdə Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmaqla AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 41,20 kv.m fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,10 torpaq sahəsini satın almışdır. Daha sonra isə həmin fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyatdan keçirmişdir. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 16 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 41,20 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Lakin o 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu cavabdehin hüquqazidd əməlləri nəticəsində həyata keçirə bilmir. Belə ki, həmin torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və cavabdeh ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Belə ki, o torpaq sahəsi və evi aldıqda həmin torpaq sahəsində qonşu olan cavabdeh tərəfindən hər hansı tikili tikilməmişdir. O satın aldığı fərdi yaşayış evində bəzi üzürlü səbəblərə görə yaşamamışdır. Həmin evdə onun olmadığını görən cavabdeh torpaq sahəsini zəbt edərək orada tikinti tikmişdir. Belə ki, bir müddətdən sonra gəlib evə və həyətyanı torpaq sahəsinə baxan zaman orada Cavabdeh sanitar qovşaq tikdiyini görmüşdür. O cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanusuz şəkildə zəbt etməsi ilə bağlı Cavabdeh çağıraraq, qonşu kimi onunla söhbət edərək qanunsuz heç bir şey tələb etmədiyini, ona məxsus olan torpaq sahəsində tikdiyi tikilini sökməyini tələb etmişdir. Lakin o, “onun da torpaq sahəsinin digər qonşu tərəfindən zəbt olunduğunu”bildirərək, öz əməlinə haqq qazandırmaq istəmişdir. Bu tələblərini dəfələrlə cavabdehin özünə də bildirmişdir. Lakin cavabdeh öz hərəkətləri ilə heç bir hüquqi əsas olmadan onun mülkiyyətində olan torpaq sahəsindən istifadəni davam etdirməklə onun mülkiyyət hüququnu pozur. Hətta o satın aldığı fərdi yaşayış evində yenidənqurma işləri apardıqdan sonra yeni çıxarış alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən həmin qurumdan ona imtina cavabı verilərək 0.10 ha torpaq sahəsinin azalaraq 0,0930 ha ölçüdə öz əksini tapdığı qeyd edilmişdir. Bu halın özü də bir daha təsdiq edir ki, onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabeh tərəfindən zəbt edilmişdir. Ona görə də cavabdehin qanunsuz əməllərinə son qoyulması, pozulmuş mülkiyyət hüquqularının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin qəbul etməyərək, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı 173640 nömrəli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X3 özünə məxsus Quba rayon, Alekseyevka kəndi ərazisində yerləşən ümumi sahəsi 41,20 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsini İddiaçı satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışa əsasən, Quba rayon, Alekseyevka kəndi ərazisində yerləşən ümumi sahəsi 41,20 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12 avqust 2024-cü il tarixli, 3-21-3-34/2-8610/2024 nömrəli məktubla bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsi azalaraq 0.0930 ha ölçüdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmənin 20 noyabr 2024-cü il tarixli qərardadına əsasən hazırki iş üzrə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi və tikilinin inşa olunub-olunmaması faktının müəyyən edilməsi məqsədilə mühəndis-texnki ekspertizası təyin edilmiş, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki,, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinin müəyyən olunmuş döngə nöqtələrinin koordinatları İddiaçı faktiki istifadəsində olan sahə ilə eynilik təşkil etmir. İddiaçıya məxsus torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş sanitar qovşağı mövcuddur. İddiaçı məxsus torpaq sahəsinin şimal-şərq istiqamətində torpaq sahəsinin 45 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Qanunun 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin şimal-şərq istiqamətində həmin sahənin 45 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə edilir və sonuncu tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş sanitar qovşağı mövcuddur.Əlavə olaraq qeyd edilməlidir ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12 avqust 2024cü il tarixli, 3-21-3-34/2-8610/2024 nömrəli məktubla fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin azalaraq 0.0930 ha ölçüdə öz əksini tapması qeyd edilmişdir. Bundan əlavə məhkəmə ekspertizası zamanı İddiaçı mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinin müəyyən olunmuş döngə nöqtələrinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan sahə ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Göründüyü kimi hazırki iş üzrə aparılmış araşdırma zamanı iddiaçının tələbində iddia etdiyi kimi ona məxsus 0.10 ha torpaq sahəsindən bütünlüklə deyil, məhz yalnız onun 45 kv.m hissəsindən cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Yuxarıda sadalanan qanunvericilik normalarının işin faktiki hallarının tətbiq edilməsi nəticəsində məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 avqust 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 1ində fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin 45 kv.m hissəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə və s) Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və cavabdeh iddiaçıya məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin 45 kv.m hissəsindən çıxarılmalı və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş sanitar qovşağı cavabdehin öz hesabına sökülərək torpaq sahəsi boşaldılmalı, qalan hissədə iddia təmin edilməməlidir. İddiaçı eyni zamanda ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş edir. AR Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi iddiaçıya, 50 manah hissəsi cavabdehə, eyni şəkildə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun da 50 manat hissəsi iddiaçıya, 50 manat hissəsi isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i: İddia qismən təmin edilsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 avqust 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 1ində fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin 45 kv.m hissəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə və s) Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Cavabdeh İddiaçı məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin 45 kv.m hissəsindən çıxarılsın və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş sanitar qovşağı cavabdehin öz hesabına sökülərək torpaq sahəsi boşaldılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza xərcinin 50 manat hissəsi Cavabdeh, qalan 50 manat hissəsi isə İddiaçı alınaraq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli