Məhkəmə qərarları › İş №2(102)-3931/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3931/2025

29.01.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3931/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs Ağcabədi rayon Xocavənd Bələdiyyəsi) oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: gediş-gəliş yoluna yaradılmış maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Cavabdeh Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxs Ağcabədi rayon Xocavənd Bələdiyyəsi) qarşı ümumi istifadədə olan “gediş-gəliş yoluna yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1494/2025 n ömrəli, 6 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən 0,1968 ha həyətyanı torpaq sahəsi 4 nəfərin, o cümlədən İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 0,1968 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onların adına “Torpağın mü lkiyyətə verilməsinə dair” JN 393A kod 60813018 nömrəli şəhadətnamə verilmişdir. Sonradan həmin sənədlər əsasında torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onların adına Çıxarış verilmişdir. Cavabdeh ümumi istifadədə olan 7 metr enində olan gediş-gəliş yolunu özbaşına tutaraq hasarlayaraq öz həyətinə daxil etmiş, maneə yaradaraq kənd arası yolun istifadəsini yararsız hala salmışdır. Yolun açılmasını, qanunsuz hərəkətlərinə son qoymasını və yoldan sərbəst istifadə olunması üçün maneələrin aradan qaldırılmasını cavabdehdən tələb etsə də bu mümkün olmamışdır.

4. Məhkəmə iclasında üçüncü şəxs Ağcabədi rayon Xocavənd Bələdiyyəsinin sədri Nümayəndə1 izahatında göstərmişdir ki, Ağcabədi rayonunun Xocavə nd kəndi ərazisində yolun açılması ilə əlaqədar Ağcabədi rayon polis şöbəsinə müraciət olunmuşdur. Eyni zamanda Cavabdeh xəbərdarlıq edilmişdir. Nəticəsindən asılı olaraq zərurət yaranarsa məhkəməyə müraciət olunacaqdır. Onlar tərəfindən yolun açılması ilə bağlı hazırda məhkəmədə iddia qaldırılmamışdır. 5. xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-1980/2025 nömrəli mütəxəssis və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/4096 nömrəli ekspert rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********54 olan, qeydiyyat nömrəsi ********** və xx.xx.2023cü il tarixli Çıxarışa əsasən, Ağcabədi rayonu Xocavənd kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1968 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının yuxarıda göstərilən sərhədlərdə göstərilən ölçülərə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia olunan ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla kəndarası gediş-gəliş yolu üçün nəzərdə tutulmuş və cavabdeh X1 tərəfindən mişar daşı vasitəsi ilə inşa olunmuş hasarla əhatə olunmaqla istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1968 ha həyətyanı torpaq sahəsinin kəndarası mərkəzi asfalt yola çıxışının mövcud olduğu və həmin yoldan tam sərbəst istifadə edilməsinə hər hansı maneənin olmadığı müəyyən edilmişdir.

6. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-34/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli qətnaməsi (hakim - Etibar Quliyev) ilə iddia tələbi rədd edilmiş dir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında İddiaçı qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının Cavabdeh tərəfindən pozulması halı iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

8. Konkret halda, istər iş materialları ilə, istərsə də İddiaçı və İİİ şəxs Ağcabədi rayon Xocavənd Bələdiyyəsinin sədri Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əsaslı olması sübuta yetməmişdir. Məhkəmə iclası zamanı iddiaçının iddia ərizəsində qeyd edilmiş xüsusatları – konkret olaraq, Cavabdeh hüquqa zidd hərəkətlərinin olubolmaması, ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən tutulması faktlarla əsaslandırılmamış, bununla əlaqədar iddiaçı hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.

9. Be ləliklə, məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatları, mütəxəssis və ekspert rəyini, tədqiq olunmuş iş materiallarını və iş üzrə müəyyən edilmiş halları araşdıraraq hesab edir ki, iddiaçının “gediş-gəliş yoluna yaradılmış maneələrin aradan qaldırılması” barədə iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir.

10. Məhkəmə hesab etmişdir ki, torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyərini təşkil edən 170 manat məbləğində ekspertiza xərci İddiaçı aid edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 18, 560.1, 560.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiy a şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1494/2025 nömrəli, 6 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Pərviz Əhmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-34/2025 saylı, 22 iyul 2025ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı C avabdeh qarşı ümumi istifadədə olan “gediş-gəliş yoluna yaradılmış maneələrin aradan qaldırılması”na dair iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən mişar daşı ilə hasarlanmış ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolu açılmaqla yaradılan maneələrin aradan qaldırılması, aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərcinin Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

15. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən 0,1968 ha həyətyanı torpaq sahəsi 4 nəfərin, o cümlədən İddiaçı mülkiyyətindədir.

16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-1980/2025 nömrəl i mütəxəssis və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/4096 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********54 olan, qeydiyyat nömrəsi ********** və xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən, Ağcabədi rayonu Xocavənd kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1968 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının yuxarıda göstərilən sərhədlərdə göstərilən ölçülərə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia olunan ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla kəndarası gediş-gəliş yolu üçün nəzərdə tutulmuş və Cavabdeh tərəfindən mişar daşı vasitəsi ilə inşa olunmuş hasarl a əhatə olunmaqla istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1968 ha həyətyanı torpaq sahəsinin kəndarası mərkəzi asfalt yola çıxışının mövcud olduğu və həmin yoldan tam sərbəst istifadə edilməsinə hər hansı maneənin olmadığı müəyyən edilmişdir.

17. İddiaçının iddia tələbindən müəyyən edilir ki, ona və ailə üzvlərinə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 0,1968 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onların adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN 393A kod 60813018 nömrəli şəhadətnamə verilmişdir. Sonradan həmin sənədlər əsasında torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onların adına Çıxarış ve rilmişdir. Cavabdeh ümumi istifadədə olan 7 metr enində olan gediş-gəliş yolunu özbaşına tutaraq hasarlayaraq öz həyətinə daxil etmiş, maneə yaradaraq kənd arası yolun istifadəsini yararsız hala salmışdır. Yolun açılmasını, qanunsuz hərəkətlərinə son qoymasını və yoldan sərbəst istifadə olunması üçün maneələrin aradan qaldırılmasını cavabdehdən tələb etsə də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir.

18. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, iddiaçının digər istiqamətdən də yolu vardır. Ona görə də ikinci yolun açılmasına ehtiyac yoxdur.

19. İş materiallarında olan sübutlardan və ekspert rəyindən müəyyən edilir ki, İddiaçı tərəfindən iddia olunan ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla kəndarası gediş-gəliş yolu üçün nəzərdə tutulmuşd ur və cavabdeh X1 tərəfindən mişar daşı vasitəsi ilə inşa olunmuş hasarla əhatə olunmaqla istifadə olunduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1968 ha həyətyanı torpaq sahəsinin kəndarası mərkəzi asfalt yola çıxışının mövcud olduğu və həmin yoldan tam sərbəst istifadə edilməsinə hər hansı maneənin olmadığı müəyyən edilmişdir.

20. Kollegiya qeyd etmişdir ki, iddiaçının iddia tələbi ümumi istifadədə olan yolun zəbtdən azad edilməsi ilə bağlıdır. Belə ki, işdə olan sübutlardan müəyyən edilir ki, cavabdeh Bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olan yolu hasarlamaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün maneə yaratmışdır. Birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs kimi cəlb edilmiş Xocavənd kənd Bələdiyyə sinin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, həqiqətən Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə olmaqla kəndarası gediş-gəliş yolu hasarlanmışdır. Bu barədə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yolun açılması ilə əlaqədar müraciət olunmuş, bununla bağlı Cavabdeh xəbərdarlıq edilmişdir. Hazırda məhkəmənin iddiaya münasibətindən asılı olaraq zərurət yaranarsa Cavabdeh tərəfindən zəbt olunaraq daş hasarla hasarlanmış bələdiyyə mülkiyyətinə olmaqla kəndarası gediş-gəliş yolu üçün nəzərdə tutulmuş yolun açılması üçün məhkəməyə müraciət olunacaqdır.

21. Cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolun üzərində çəpərləmə aparaq mişar daşı vasitəsi ilə hasar hörməsi, iddiaçının mülkiyyətində olan torpağına ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş ü çün maneə yaratdığından iddiaçının ona qarşı həmin maneələrin aradan qaldırılması, yəni daş hasarla hasarlanmış ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun açılmasını tələb etmək hüququ yaranmış və iddia tələbinin əsaslı olmaqla həmin hasar sökülməli, yaradılan maneələr aradan qaldırılmaqla gediş-gəliş yolu açılmalıdır. Baxmayarq ki, birinci instansiya məhkəməsi iddiaçının həyətyanı sahəsinə ikinci alternativ yolun olması əsası ilə iddianı təmin etməmiş və nəzərə almamışdır ki, ümumiyyətlə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla kəndarası gediş-gəliş yolu (ümumi istifadə) üçün nəzərdə tutulmuş ümumi istifadədə olan torpaq sahəsinin hər hansı formada zəbti qanununla yol verilən hesab edilə bilməz. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının mülk iyyətində olan torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolunun olması, nəzərdə tutulmuş digər gediş-gəliş yolunun zəbt olunaraq istifadəyə maneə yaradılmasına əsas verə bilməz. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin mülkiyyət hüququ qorunur və dövlət mülkiyyət hüququnu təmin etməlidir. Mülkiyyətə çıxış və istifadənin təminatı da mülkiyyət hüququnun tərkib hissəsidir. Hazırki halda İddiaçı həyətyanı torpaq sahəsinə gediş-gəliş çıxışın hər hansı formada məhdudlaşdırılması onun mülkiyyət hüququnun faktiki pozulmasına gətirib çıxarmaqla yanaşı, həyətyanı torpaq sahəsinə çıxışı da çətinləşdirə (məsələn təcili yardım, yanğın xidmətləri və ya digər nəqliyyat növləri üçün əlçatanlıq zəifləyər) bilər.

22. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 152.1, 152.5, 238.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci və 3-cü hissəsinə, 55-ci maddəsinə, 68-ci maddəsinə, 84-cü maddəsinin 1-ci hissəsinə, 111-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 16.1, 16.2-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-1494/2025 saylı qətnaməsinin tam ləğv edilməsini, işin təkrar apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin kəndarası mərkəzi asfalt yola çıxışının mövcud olduğu və həmin yoldan tam sərbəst istifadə edilməsinə hər hansı maneənin olmadığı müəyyən edilmişdir. Yəni, iddiaçının hər hansı hüququnun pozulması halı yoxdursa, qanunvericiliyin tələbinə görə ümumiyyətlə, onun iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İşin hlarından görünür ki, iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin kəndarası mərkəzi asfalt yola çıxışı mövcuddur və bununla bağlı hər hansı maneə yoxdur. Həmçinin qanunun tələbinə görə hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə ilə istifadə edilməsi yolverilməzdir. Hazır kı halda cavabdeh tərəfindən, iddiaçının hər hansı hüququ pozulmamışdır, iddiaçının həyətyanı torpaq sahəsindən kəndarası asfalt yola çıxışı var. Həmçinin mübahisəli ərazi neçə illərdir cavabdeh tərəfindən yaşıllıq salınmaqla, meyvə ağacları əkilməklə sağlam ekologiya formalaşdırılması məqsədilə istifadə olunur və mübahisəli ərazinin müllkiyyətçisi olan bələdiyyə tərəfindən cavabdehə hər hansı iddia bildirilməmişdir. Belə olan halda iddiaçının hər hansı hüququ pozulmur və onun həmin iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Lakin işə baxan məhkəmə qeyd olunanları nəzərə almamış, əsassız qətnamə qəbul etmişdir.

25. Məhkəmə cavabdehin izahatını iş üzrə toplanmış sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir. Belə ki, iddiaçının hazırkı iş üzrə hər hansı hüququnun pozulması halının o lub-olmaması müəyyənləşdirilməmiş və yoxlanılmamaışdır.

26. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 18, 560.1, 560.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaql a müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

31. Maddə 47.

32. Bənd

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsin də olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır.

33. Maddə 47.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sah ələrinin torpaqları aiddir.

34. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

35. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

36. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

37. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanunu

38. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidr otexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

39. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.

40. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və pros essual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.

54. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolun üzərində çəpərləmə aparaq mişar daşı vasitəsi ilə hasar hörməsi, iddiaçının mülkiyyətində olan torpağına ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş üçün maneə yaratdığından iddiaçının ona qarşı həmin maneələrin aradan qaldırılması, yəni daş hasarla hasarlanmış ümumi istifadə üçün nəzərdə tutulmuş gedişgəliş yolunun açılmasını tələb etmək hüququ yaranmış və iddia tələbinin əsaslı olmaqla həmin hasar sökülməli, yaradılan maneələr aradan qaldırılmaqla gediş-gəliş yolu açılmalıdır. Baxmayaraq ki, birinci instansiya məhkəməsi iddiaçının həyətyanı sahəsinə ikinci alternativ yolun olması əsası ilə iddianı təmin etməmiş və nəzərə almamışdır ki, ümumiyyətlə bələdi yyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla kəndarası gediş-gəliş yolu (ümumi istifadə) üçün nəzərdə tutulmuş ümumi istifadədə olan torpaq sahəsinin hər hansı formada zəbti qanununla yol verilən hesab edilə bilməz. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolunun olması, nəzərdə tutulmuş digər gediş-gəliş yolunun zəbt olunaraq istifadəyə maneə yaradılmasına əsas verə bilməz. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin mülkiyyət hüququ qorunur və dövlət mülkiyyət hüququnu təmin etməlidir. Mülkiyyətə çıxış və istifadənin təminatı da mülkiyyət hüququnun tərkib hissəsidir. Hazırkı halda İddiaçı həyətyanı torpaq sahəsinə gediş-gəliş çıxışın hər hansı formada məhdudlaşdırılması onun mülkiyyət hüququnun faktiki pozulmasına gətirib çıxarmaqla yanaşı, həyətyanı torpaq sahəsinə çıxışı da çətinləşdirə (məsələn təcili yardım, yanğın xidmətləri və ya digər nəqliyyat növləri üçün əlçatanlıq zəifləyər) bilər.

55. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-1494/2025 nömrəli qətnaməsi dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar