Məhkəmə qərarları › İş №2(012)-1008/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1008/2022

06.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1008/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cüməli qızı, Cavabdeh3 və Cavabdeh4 Tahir oğluna qarşı «fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evinə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və cavabdehin ailə üzvləri həyat yoldaşı Cavabdeh2 və oğlanları Cavabdeh3 və Cavabdeh4, ünvan 1 ünvandan məcburi çıxarılmalarına və onun ailə üzvləriylə birgə həmin mənzilə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, iddia ərizəsindı texniki səhv nıticəsində cavabdehin ata adı tam göstərilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən Cavabdeh2 Cavabdeh2 Cüməli qızı kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh1, cavabdehin ailə üzvləri həyat yoldaşı Cavabdeh2 Cüməli qızı, oğlanları Cavabdeh3 və Cavabdeh4 Tahir oğlunun ünvan 2 ünvandan məcburi çıxarılmalarına və onun ailə üzvləriylə birgə həmin mənzilə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı 2003-cü ilin yanvar-aprel ayları ərzində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 2, ev 19 ünvanında iddiaçıya məxsus torpaq sahəsində yaşayış sahəsi 71,2 kv.m, köməkçi sahəsi 17,8 kv.m olan 3 otaqdan ibarət ev tikmişdir. Həmin tarixdən də iddiaçı ailə üzvləriylə bu evdə yaşamışdır. 2012-ci ildə uzun müddət Rusiyada ailəsi ilə yaşayan iddiaçının qardaşı Cavabdeh1 Nurməhəmməd oğlunun ailə üzvləri Rusiyadan Azərbaycana gəlmişdir. 2013-cü ildə iddiçının qardaşı Tahir də Rusiyadan geri qayıtmışdır. İddiaçı yaşamağa və qalmağa yerləri olmadığından qardaşını ailəsi ilə birlikdə yeni tikdiyi və yaşadığı evə müvəqqəti köçməsinə icazə vermişdir. İddiaçının qardaşım 1996-1997-ci il tarixədək Bakı şəhərində ailəsi ilə birlikdə yataqxanada yaşamış və həmin yataqxanada yaşadıqları müddətdə övladları dünyaya gəlmişdir. Sonradan yəni, 1997-ci ildə iddiaçının qardaşı ailəsi ilə birlikdə Rusiya Federasiyası ərazisinə köçmüşdür. 2013-cü ilin noyabrdekabr aylarında iddiaçı işiylə əlaqədar Ucar rayonuna getməli olmuş, iddiaçının qardaşı isə ailəsi ilə birlikdə həmin evdə iddiaçının icazəsiylə yaşamışlar. Bu müddət ərzində iddiaçı özü də Bakıya gələrkən həmin evdə qalmışdır. Hal-hazırda iddiaçı öz ailəsiylə birgə həmin evə köçmək və yaşamaq niyyətindədir. Bugündə həmin ünvanda iddiaçı və iddaçının ailə üzvləri qeydiyyatdadırlar, iddiaçının qardaşı və qardaşının ailə üzvlərinin isə həmin evə heç bir qeydiyyatları yoxdur. 2019-cu il tarixdən iddiaçı evə köçmək niyyətinin olduğunu və evi tərk etmələrini xahiş etsə də, iddiaçının qardaşı qəti olaraq həmin evdən çıxmaqdan imtina edir və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçının Bakı şəhərində qalmağa və ya yaşamağa başqa mənzili yoxdur. Cavabdehlərin ünvan 1 ünvanda yerləşən evə qeydiyyatda olmaya-olmaya həmin mənzildə yaşamaları evə subyektiv hüquqlarının olmaması ilə bərabər iddiaşının əmlak hüquqlarını məhdudlaşdırırlar. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmədə izahatında bildirdi ki, İddiaçı onun dogma qardaşıdır. O, 1995-ci ildə torpaq sahəsi almış, 2001-ci ildə mübahisə predmeti olan Bakı şəhəri, Xırdalan şəhəri, Quşçuluq Y/M, 2-ci küçə, 19 saylı evi tikdirmiş və həmin evdə qeydiyyatdadır. Lakin ev İddiaçı adınadır. O, 1994-cü ildən Rusiyada yaşamış və iddiaçı mübahisə predmeti olan evi onun göndərdiyi pulla tikdirmişdir. Rusiyadan gəldikdən sonra, iddiaçı evi boşaldaraq, Ucar rayonuna getmişdir. İddiaçı 2005-ci ildən 2013-cü ilədək sözügedən evdə yaşamışdır. O, həmin evdə isə 2013-cü ildən həyat yoldaşı Cavabdeh2 Cüməli qızı, oğu Cavabdeh3 ilə birlikdə yaşayır, övladı Cavabdeh4 Tahir oğlu isə uzun illərdir ki, Rusiyadadır və sözügedən evdə yaşamır Odur ki, onun və ailə üzvlərinin yaşamağa başqa yeri yoxdur və evdən çıxmağa razı deyildir. Bu səbəbdən o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh2 Cüməli qızı, Cavabdeh3 və Cavabdeh4 Tahir oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 2-ci küçəsində yerləşən 19 saylı fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron RİHB-nın 66 №-li sərəncamı ilə 27 mart 1997-ci ildə qeydə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər dinlənilərkən və iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 2ci küçəsində yerləşən 19 saylı fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron RİHB-nın 66 №-li sərəncamı ilə 27 mart 1997-ci ildə qeydə alınmışdır. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cüməli qızı və Cavabdeh3 heç bir hüquqi əsas olmadan iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə yaşamaları sonuncunun mülkiyyət hüququnun pozulması ilə nəticələndiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cüməli qızı və Vəliyev X3 rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 2-ci küçə, ev 19 ünvanından çıxarılmalı və İddiaçı sözügedən evə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.2-ci maddəsinə əsasən mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı cavabdehlərdən Cavabdeh4 Tahir oğlunun uzun illərdir Rusiyada olaraq orada yaşaması müəyyən edildiyindən,məhkəmə hesab edir ki, Cavabdeh4 tərəfindən iddiaçının hüququnun pozulması ilə bağlı sübut təqdim edilmədiyindən iddia tələbi Cavabdeh4 aid hissədə rədd edilməlidir. Bundan əlavə İddiaçı öz ailə üzvləri barəsində məlumat və sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının ailə üzvlərinin ünvan 2 ünvanına köçürülməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cüməli qızı və Vəliyev X3 rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 2-ci küçə, ev 19 ünvanından çıxarılsın və iddiaçı Vəliyev X2 rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 2-ci küçə, ev 19 ünvanına köçürülsün. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar