Məhkəmə qərarları › İş №2(012)-1019/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1019/2022

11.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1019/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, əri XX.XX.1946-cı il təvəllüdlü X6 10.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prosektində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış həyat yoldaşı XX.XX.1946-cı il təvəllüdlü X10 10.11.2021-ci il tarixdə onların faktiki yaşadıqları həmin ünvanda vəfat etmişdir. Belə ki, sözügedən ünvanda 10.11.2021-ci il tarixdə həyat yoldaşı X6 halı qəflətən pisləşmiş, o da öz növbəsində növbətçi həkimi çağırmışdır. Evə növbətçi həkim gəlmiş, gələn həkim Rafiq Vəliyevin artıq vəfat etdiyini bildirmiş və bunun əsasında Rafiq Vəliyevin ölməsi barədə arayış vermişdir. O, bundan sonra Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, Maraqlı şəxs tərəfindən ona 23.11.2021-ci il tarixli imtina məktubu verilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Mаrаqlı şəхs Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun anası, X10 onun atasıdır. X12 qəflətən vəziyyəti pisləşmiş, 10.11.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonunda vəfat etmişdir. Mərhum 10.11.2021-ci il tarixdə dəfn olunmuşdur. Dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Ərizəçi və onun həyat yoldaşı mərhum X10 ilə qonşu olmuş və uzun illər mehriban qonşuluq münasibətində yaşamışdır. Bu səbəbdən ona mərhum X6 10.11.2021-ci il tarixdə vəfat etməsi, 10.11.2021-ci il tarixdə dəfn olunması bəllidir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Təcili və X4 Stansiyası tərəfindən verilmiş 10.11.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 06:13 radələrində Xətai rayonu M.Hadi, ev- 101, mənzil-110 ünvanında yaşayan X6 adına çağırış daxil olmuş, həkimə qədər ölüm qeydə alınmışdır. - 30.09.1977-ci il tarixli İ-ЖГ № 471902 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 ilə X10 30.09.1977-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4036 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı 23.11.2021-ci il tarixli 05/Q-1608/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə X13 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10.02.2022-ci il tarixli 279 saylı məktubdan görünür ki, X5 03.02.2022-ci il tarixli, atası X6 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə” 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. R.Vəliyevin ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotodan görünür ki, X10 dəfn olunmuşdur. - 97 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 16.11.2021-ci il tarixli 1535 saylı arayışdan görünür ki, mərhum X10 10.11.2021-ci il tarixdə ölmüş, ölən günədək ünvan 4 ünvanında yerləşən mənzildə yaşamışdır. - Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən verilmiş 03.02.2022-ci il tarixli 202 saylı arayışdan görünür ki, həqiqətən də mərhum X10 10.11.2021-ci il tarixdə Hövsan Bələdiyyəsinin inzibati ərazisində yerləşən Quşçuluq y/s sahəsi qəbiristanlığında dəfn edilmişdir. - 14.03.2018-cı il tarixli AZE 17811123 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 rayonu, Xırdalan şəhəri, H.Əliyev, PR-6 ünvanında qeydiyyatda olmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X10 ərizəçinin həyat yoldaşı olmuş, 10.11.2021-ci il tarixdə ev şəraitində vəfat etmiş və X6 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X6 10.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmişlər. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin həyat yoldaşı X10 10.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, XX.XX.1946-cı il tarixdə Ağdam rayonunda anadan olmuş X6 10.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1946-cı il tarixdə Ağdam rayonunda anadan olmuş X6 10.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar