Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-104/2022 15.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil1, Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi, iddiaçılar Cavabdeh və X6 cavabdeh İddiaçı qarşı «qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldıdırılması, maddi və mənəvi zərər» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu Novxanı kəndi ərazisində 015 ha torpaq sahəsinin 0,005 ha hissəsində, Cavabdeh qanunsuz inşa etdirdiyi tikililərin, cavabdehin hesabına sökülməsi və torpaq sahəmin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh və X9 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh məxsus torpaq sahəsinin hasarının cavabdeh İddiaçı tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmasına və hasarın bərpa edilməsilə bağlı maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini, cavabdeh İddiaçı onların xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması haqqında qətnamə çıxarılmasını və cavabdeh İddiaçı barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onun ünvan 1 (33 kvadrat metr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissəsində Cavabdeh qanunsuz inşa etdirdiyi tikililərin, cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsi RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 440 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış, dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsində qanunsuz olaraq tikililər tikmişdir. Rəydən də aydın olur ki, Cavabdeh məxsus torpaq sahəsinin naturadakı koordinatları ona məxsus torpaq sahəsinin daxilində yerləşir və cavabdeh ona məxsus torpaq sahəsinin bir qismini zəbt etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki,torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların,tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respubkikası MMnin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, o, ünvan 1 (33 kvadrat metr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissəsində Cavabdeh qanunsuz inşa etdirdiyi tikililərin, cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini,iddiaçılar Cavabdeh və X6 isə iddia tələbləri əsassız olduğundan,heç bir sübuta istinad olunmadığından sonuncuların iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 İddiaçı izahatına uyğun izahat verərək, İddiaçı iddiasının təmin olunması, Cavabdeh və X6 iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında, izahatında bildirdi ki, Sadıxlı X5 rayonu, Novxanı kəndində alqı-satqı müqaviləsilə üzərində fərdi yaşayış evi olan torpaq sahəsi əldə etmişdir və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 12.02.2019-cu il qeydiyyat tarixli seriya RX ******* saylı çıxarışı ilə Cavabdeh adına xüsusi mülkiyyət hüququnda ölçüsü 0,01 ha olan torpaq sahəsi qeydə alınmışdır. Fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş və 07.02.2019-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsilə razılaşdırılmış eskiz layihəsi tərtib olunmuşdur. 14 fevral 2019-cu il tarixli 02 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsi 0,07 ha torpaq sahəsini 10 (on) il müddətinə Cavabdeh icarəyə vernişdir. Bu torpaq sahəsi fərdi yaşayış evinə bitişik ərazidə yerləşir. 2 ildir ki iddiaçılar Cavabdeh və X9 həmin evdə yaşayırlar və göstərilən torpaq sahələrindən istifadə edirlər. Bu müddət ərzində torpaq sahəsilə bağlı onlara heç kim bir etiraz və ya iddia bildirməmişdir. 2020-ci ilin noyabr ayının ortalarında Cavabdeh evinə gələndə darvazaya bitişik hasarın böyük hissəsinin dağıdılıb uçurulmasını görmüşdür. Sonradan müəyyən olunmuşdur ki, İddiaçı adında bir şəxs qanunsuz hərəkətlər, özbaşınalıq edərək, məhkəmə qərarı olmadan, müvafiq dövlət orqanlarının iştirakı olmadan iddiaçının mülkiyyətindəki torpaq sahəsinin hasarını dağıtmış, yaşayış evində olan ev əşyalarının talan olunma təhlükəsi altında qoymuşdur. Hal-hazırda Cavabdeh hasarı bərpa etmək istəyir, lakin İddiaçı tərəfindən hasarın yenidən dağıdılması təhlükəsi vardır. Bu səbəbdən İddiaçı qanunsuz hərəkətlərinə son qoyulması və həmin maneənin aradan qaldırılması zərurəti yaranmışdır. Dağıdılmış hasarı bərpa etmək, həmin yeri əvvəlki vəziyyətinə gətirmək üçün tikinti materiallarına və ustaların işinə 5000 manata yaxın pul vəsaiti ödənilməlidir. Bu hadisədən sonra Cavabdeh əsəb gərginliyindən sağlamlığı pozulmuş, qan təzyiqi qalxmış, həkim-nervopataloqa müraciət etmiş və müalicə almışdır. Eyni zamanda bundan sarsılan, hamilə vəziyyətində olan İddiaçı həyat yoldaşı X6 da əsəb sistemi pozulmuş, sancıları və ağrıları olmuş, həkimə müraciət etmiş, zəruri dərmanlar qəbul etmişdir. Beləliklə, İddiaçı bu qanunsuz hərəkətlər nəticəsində iddiaçıların səhhəti pozulmuş, həyəcan keçirmişlər, mənəvi sarsıntıya məruz qalmışlar. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçılara vurulmuş mənəvi zərərə görə cavabdeh İddiaçı hər bir Cavabdeh və Sadıxlı Nərgizin hər birinə ayrı-ayrılıqda 10000 manat-cəmi 20000 manat tələb olunması ədalətli olardı. Həmçinin ekspert rəyində məhkəmə tərəfindən ekspertiza keçirilməsinə dair qərardadın 3-cü sualına cavab olaraq, hər hansı tikili qeyd edilməmiş və koordinatların üst-üstə düşmədiyi müəyyən olmuşdur. İddiaçı özü bundan əvvəlki məhkəmə iclaslarında mübahisə predmeti olan torpaq sahəsinə 10-15 ildən bir baş çəkdiyini etiraf etmişdir. Cavabdeh torpaq sahəsini zəbt etməmişdir. Belə ki, Cavid torpaq sahəsini alanda əmlakın əvvəlki satıcısı darvaza tikmiş və Cavid torpaqda hasar tikməmişdir. Lakin, İddiaçı məhkəmə qərarı olmadan hasarı uçurtmuşdur və əməllərində cinayət tərkibi vardır. Odur ki, İddiaçı barəsində xüsusi qərardad qəbul edillməsini xahiş edir. Eyni zamanda hazırda Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evi iddiaçıya məxsus torpaq sahəsində yerləşmir. Lakin onlar məhkəmədən kənar barışıq əldə etmək niyyətində olsalar da, iddiaçı torpağın bazar qiymətindən qat-qat artıq torpağa görə vəsait tələb etdiyi üçün barışıq əldə etmək mümkün olmamışdır. Odur ki, o, İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh iddiasının təmin olunmasını xahiş etdi. Digər iddiaçı X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə prosesində iştirak etməmiş, etməməsi barədə məlumat verməmiş,məhkəmə Nərgiz Sadıxlının iştirkı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis X7 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon məhkəməsinin 2(012)-1151/2021 saylı, 10.03.2021-ci il tarixli məhkəmə ekspertizası təyin edilməsinə dair qərardadının 3-cü sualında tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışlarına əsasən koordinatların üst-üstə düşüb-düşməməsinə dair tərəfindən mütəxəssis rəyi verilmişdir. Məhkəməyə də təqdim etdiyi fəzadan çəkilmiş rəngli sxemə əsasən, hər iki çıxarışın üst-üstə düşmədiyini müəyyən edirlər. Əgər çıxarışlar üst-üstə düşmürsə o zaman hər hansı tikilinin də üst-üstə düşməsindən söhbət gedə bilməz. İş üzrə tərəf Cavabdeh faktiki istifadəsində 14 sot, və çıxarışla isə 1 sot torpağı vardır. Hazırda Cavabdeh faktiki sitifadəsində çıxarışla müəyyən edilən torpaq sahəsində artıq torpaq sahəsi mövcuddur və orada yaşayış evi və yardımçı tikililər də tərəflərindən müəyyən edilmişdir. İddiaçı adına qeydiyyata alınmışdır 0.015 ha torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir. Lakin hazırda cavabdeh tərəfindən tikilən fərdi yaşayış evinin nə qədər hissəsinin İddiaçı məxsus torpaq sahəsinə düşdüyü qərardadda tərəflərin faktiki istifadəsində olan torpaq sahəsində tikili olub-olmamasının dair sual olmadığı üçün müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,015 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 06.09.2013-cü ildə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,01 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 12.02.2019-cu ildə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.015 ha torpaq sahəsi (06.09.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, № AA 001689 saylı, 04.09.2013-cü il tarixli, **********81 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları), həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.01 ha torpaq sahəsi (12.02.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, № A№ 353774 saylı, 12.02.2019-cu il tarixli, **********06 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları), Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron kadastr məlumat bazasında İddiaçı mülkiyyət hüququ ilə məxsus olan (06.09.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.015 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (12.02.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.01 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatlar təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respıublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” public hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş 18.02.2022-ci il tarixli, **********26 nömrəli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən Cavabdeh faktik istifadəsində olan 0,1475 ha torpaq sahəsində yerləşən yaşayış evinin 33 kv.metr hissəsi və yarımçıq tikilinin (günlük) 49 kv.metr hissəsi İddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 06.09.2013cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən №AA 001689 saylı, 04.09.2013-cü il tarixli, **********81 reyestr nömrəli 0,015 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində yerləşir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin olunmalı, iddiaçılar Cavabdeh və X6 cavabdeh İddiaçı qarşı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışdan göründüyü kimi Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,015 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 06.09.2013-cü ildə İddiaçı adına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №-li çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,01 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 12.02.2019-cu ildə Cavabdeh adına qeydiyyata alınmışdır. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsi, Cavabdeh məxsus torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür, İddiaçı adına qeydiyyata alınmışdır 0.015 ha torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir, Cavabdeh faktik istifadəsində olan 0,1475 ha torpaq sahəsində yerləşən yaşayış evinin 33 kv.metr hissəsi və yarımçıq tikilinin (günlük) 49 kv.metr hissəsi İddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 06.09.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən №AA 001689 saylı, 04.09.2013-cü il tarixli, **********81 reyestr nömrəli 0,015 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində yerləşir və göstərilən bu hallar iş materialalrında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı rəyi və Azərbaycan Respıublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” public hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş 18.02.2022-ci il tarixli, **********26 nömrəli mütəxəssis rəyi ilə tam təstiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,015 ha torpaq sahəsinə hər hansı bir müdaxiləsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 31-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5- ci maddəsinə görə mülkiyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkət edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsinə görə torpaq sahələrinin hasarlanması və mərzlənməsi torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarına daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 80-ci maddəsinə görə torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək torpaq mülkiyyətçisinin hüququdur. Həmin Məcəllənin 83-cü maddəsinə görə hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Həmin Məcəllənin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. İddiaçılar Cavabdeh və X9 cavabdeh İddiaçı qarşı «qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldıdırılması, maddi və mənəvi zərər»ödənilməsi və xüsui qərardad qəbul edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi Cavabdeh və X9 tərəfindən mülkiyyətə müdaxilə kimi qiymətləndirildiyindən, o cümlədən iddiaçılar Cavabdeh və X9 tərəfindən iddianın təmin olunmasına əsas verən hər hansı bir mötəbər sübut təqdim etmədiyindən sonuncuların iddiası rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı xətşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci iddiaçılar Cavabdeh və X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X2, kod-210005; VÖEN- **********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması» barədə tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadratmetr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissədə Cavabdeh qanunsuz inşa etdirdiyi tikililər cavabdehin hesabına sökülsün və 0,015 ha torpaq sahəsi boşaldılsın. İddiaçılar Cavabdeh və X6 cavabdeh İddiaçı qarşı Cavabdeh məxsus torpaq sahəsinin hasarının cavabdeh İddiaçı tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmasına və hasarın bərpa edilməsi ilə bağlı maneənin aradan qaldırılması, cavabdeh İddiaçılar Cavabdeh və X6 xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması,xüsusi qərardadın qəbul edilməsi barədə iddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı xətşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci iddiaçılar Cavabdeh və X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X2, kod-210005; VÖEN- **********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-104/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-104/2022
15.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver