Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1076/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 dekabr 2013-cü il tarixli 17-A-1-0-7142-13 saylı kredit müqaviləsinə əsasən, cavabdeh Cavabdeh onun xeyrinə 3841.02 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 20 dekabr 2017-ci il tarixinə ödənilməmiş 1370.41 manat faiz borcu, həmin günə hesablanmış 3396.54 manat cərimə, ümumilikdə 8607.97 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, «SAİPA 132 EX» markalı, **-GK-*** dqn-lı, NASA421100E1140602 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 dekabr 2013-cü il tarixli 17-A- 1-0-7142-13 saylı kredit müqaviləsinə əsasən «xxxx» İKB-nin 6 saylı filialından illik 16 faizlə 48 ay müddətinə 6900 manat kredit götürmüşdür. Kreditin təyinatı 2013-cü il buraxılışlı, «SAİPA 132 EX» markalı, **-GK-*** dqn-lı, NASA421100E1140602 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Bütün öhdəliklərin təminatı 20 dekabr 2013-cü il tarixli 17-A-1-0-7142-13 saylı İpoteka müqaviləsi ilə nəzərdə tutulmuş, müqavilə ilə tərəflərin razılığı ilə 8650 manata məbləğində qiymətləndirilmiş cavabdehə məxsus həmin avtomobildir. Ödəniş cədvəlinə əsasən cavabdeh hər ay 196 manat, ümumilikdə 9375 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılması müddətləri və qaydaları müəyyən edilmişidr. Cavabdeh ödəniş cədvəlinin şərtlərinə əməl etməmiş, üzərində düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 20 dekabr 2013-cü il tarixli 17-A-1-0-7142-13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh «xxxx» İKB-nin 6 saylı filialından illik 16 faizlə 48 ay müddətinə 6900 manat kredit götürmüşdür. Mülki işin materiallarında olan 20 dekabr 2013-cü il tarixli 17-A-1-0-7142-13 saylı ipoteka müqaviləsinə əsasən tərəflər 20 dekabr 2013-cü il tarixli 17-A-1-0-7142-13 saylı kredit müqaviləsinin təminatı kimi 2013-cü il buraxılışlı, «SAİPA 132 EX» markalı, **-GK-*** dqn-lı, NASA421100E1140602 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Həmin avtomobil 8650 manat məbləğində dəyərləndirilmişdir. Mülki işin materiallarında olan 985707 №-li nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, 2013-cü il buraxılışlı, «SAİPA 132 EX» markalı, **- GK-*** dqn-lı, NASA421100E1140602 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin sahibi Cavabdehdur. Mülki işin materiallarında olan 09 aprel 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 20 dekabr 2013-cü il tarixli 17-A-1-0-7142-13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ”İddiaçı” ASC-yə 3841.02 manat əsas borc müqavilənin müddətinin bitmə tarixinə 1370.41 manat faiz borcu və 3396.54 manat cərimə olmaqla, ümumilikdə 8607.97 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan 08.10.2020-ci il tarixli bildirişdən müəyyən edilir ki, Cavabdeh bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan 2013-cü il buraxılışlı, «SAİPA 132 EX» markalı, **-GK-*** dqn-lı, NASA421100E1140602 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə tutmanın yönəldilməsi prosedurunun başlanması barədə məlumatlandırılmışdır. Mülki işin materiallarında olan 12.10.2020-ci il tarixli “bildirişin qeydə alınmasına dair” ərizədən müəyyən edilir ki, Cavabdeh kredit borcunun təminatı kimi tutmanın ipoteka predmeti olan 2013-cü il buraxılışlı, «SAİPA 132 EX» markalı, **-GK-*** dqn-lı, NASA421100E1140602 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi barədə “bildirişin qeydə alınmasına dair” ərizəni dövlət qeydiyyatına alıb bir nüsxəsini onlara təqdim edilməsi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsindən xahiş edilmişdir. Mülki işin materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, «xxxx» İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimənu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 20 dekabr 2013-cü il tarixli 17-A- 1-0-7142-13 saylı kredit müqaviləsi üzrə hesablanmış 3396.54 manat cərimənin məbləği azaldılmalı və 165 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414-416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 3841.02 manat əsas borc, 1370.41 manat faiz borcu və 165 manat cərimə olmaqla, ümumilikdə 5376.43 manat borc pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma kreditin təminatı kimi Cavabdeh məxsus 2013-cü il buraxılışlı, «SAİPA 132 EX» markalı, **- GK-*** dqn-lı, NASA421100E1140602 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 20 dekabr 2013-cü il tarixli 17-A-1-0-7142-13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 3841.02 manat əsas borc, 1370.41 manat faiz borcu və 165 manat cərimə olmaqla, ümumilikdə 5376.43 manat borc və 20 manat rüsuma görə pul məbləği İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma kreditin təminatı kimi Cavabdeh məxsus 2013-cü il buraxılışlı, «SAİPA 132 EX» markalı, **-GK-*** dqn-lı, NASA421100E1140602 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın və satışdan əldə ediləcək məbləğ iddia tələbi həcmində İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1076/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1076/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver