Məhkəmə qərarları › İş №2(012)-1079/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1079/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1079/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, anası X1 19 aprel 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, anası X1 19 aprel 2020ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, X5 onun anasıdır. Anası 14.02.1969-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Anası uzun müddət beyin xərçəngi xəstəliyindən əziyyət çəkmiş və uzun müddət müalicələr almışdır. Lakin aparılmış müalicələr nəticə verməmiş və 19.04.2020-ci il tarixdə vəfat etmişdir. Anasını Xırdalan şəhər qəbirstanlığında dəfn etmişdirlər. Anasının ölümü ilə bağlı ölüm haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndən bu məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğu bidirilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. İş üzrə mаrаqlı şəхs, Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş, X7 ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudur. Ərizəçinin anası X5 beyin xərçəngi xəstəliyindən əziyyət çəkirdi. O, 19 aprel 2020-ci il tarixdə səhər saatlarında vəfat edib. Həmin gün iki dəfə təcili yardım gəlmişdir. Uşaqların səsi səbəbindən onlara gedərək təcili yardımın gəldiyini və mərhumun artıq keçindiyini görmüşdü. Təcili yardım işçiləri ölüm haqqında sənəd verdilər. X3 həmin gün Xırdalan qəbirstanlığında dəfn etmişdirlər. O, bir qonşu kimi mərhuma keçirilən yas mərasimi, 3, 7, 40 və cümə axşamı mərasimlərində iştirak etmişdir. O, heç bir qəza və digər təsir nəticəsində deyil, ölüməsinə səbəb ancaq xəstə olması olmuşdur. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi X5 onun qonşusudur. Mehriban qonşuluq əlaqələri olub, bu gündə davam edir. X9 ərizəçinin anasıdır. O beyin xərçəngi xəstəliyindən əziyyət çəkirdi. 19 aprel 2020-ci il tarixdə səhər saatlarında uşaqların səsinə durub onların yaşadığı mənzilə getmiş. O zaman mərhumum vəfat etdiyin bilmişdir. Mərhum neçə illərdir ki, beyin xərçəngindən əziyyət şəkirmiş, son vaxtlar onda yanaşı olaraq ağ ciyər xəstəliyi də başlamışdır. Mərhum öldüyü gün Xırdalan qəbirsanlığında dəfn edilmişdir. Mərhuma yas mərasimi, 3, 7, 40 və cümə axşamı mərasimlərini keçirilmişlər. Ölümə səbəb qəza və digər təsir nəticəsində deyil, ancaq beyin xərçəngi və ağ ciyər xəstəsi olması olmuşdur. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron RPŞ tərəfindən 20.05.2008-ci il tarixdə verilmiş AZE № 06171614 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 14.02.1969-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur və Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, № 5 RPŞ ünvanında qeydiyyatda olmuşdur. -Abşeron rayon X4 və X6 Stansiyası Xəbərdarlıq vərəqəsindən görünür ki, 19.04.2020-ci il tarixdə saat 08:05-də X1 adına Abşeron rayonu, Quşçuluq Y/M ünvanına çağırış daxil olmuşdur. Xəstəyə həkimə qədər ölüm, qadın cinsi meyid zorakılıq əlamətləri yoxdur diaqnozu qoyulmuşdur. -“Abşeron rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən Ərizəçi ünvanlanmış 01.09.2020-ci il tarixli 1402 nömrəli məktubdan görünür ki, İ.Hüseynovanın ölümünün səbəbi məlum olmadığı və hər hansı bir xəstəliklə bağlı Abşeron rayon Poliklinikasına müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” Abşeron rayon Poliklinikası tərəfindən verilmir. -Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən 09.10.2019-cu il tarixdə verilmiş 418 №-li arayışdan görünür ki, mərhumə X5 (Cəbrayıl rayonundan məcburi köçkün) 03.10.2019-cu il tarixdə dünyasını dəyişənə qədər Xırdalan şəhəri, MD-23, Ç.Mustafayev küçəsi 5 ünvanında yaşamışdır. -Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən 17.02.2021-ci il tarixdə verilmiş 170 №-li arayışdan görünür ki, Abşeron rayonu, Quşçuluq y/m 13-cü küçə ünvanında qeydiyyatda olan Ərizəçi anası X5 19.04.2020-ci il tarixində vəfat etmişdir və mərhum Xırdalan Bələdiyyəsinin ərazisində yerləşən Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. -Xırdalan Bələdiyyəsinin əməkdaşları tərəfindən 17.02.2020-ci il tarixli, 06 №-li aktdan görünür ki, X5 19.04.2020-ci il tarixdə Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Abşeron rаyоn qеydiyyаt şöbəsinin 22.05.2020-ci il tаriхli 05/Q-612/15 №-li məktubundаn görünür ki, ölüm hаqqındа həkim şəhаdətnаməsi оlmаdığı üçün Ərizəçinа, anası X1 ölüm hаqqındа аkt qеydinin аpаrılmаsındаn imtinа еdilmiş və ölüm fаktının müəyyən оlunmаsı üçün ərizəçiyə məhkəməyə mürаciət еtmək məsləhət görülmüşdür. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X5 ərizəçinin anası olmuş, o, 14.02.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, № 5 RPŞ ünvanında qeydiyyatda olmuş və 19 aprel 2020-ci il tarixdə Abşeron rayonunda vəfat etmiş, lakin X1 ölüm faktı ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydiyyat aparılmamışdır. X1 ölüm faktı, ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X1 19 aprel 2020-ci il tarixdə Abşeron rayonunda bioloji ölümünü təsdiq etmişlər. Hazırda isə müvafiq tibbi sənəd olmadığına görə, ərizəçi anasının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin anası X5 19 aprel 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 14.02.1969-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X1 19 aprel 2020-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.02.1969-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X1 19 aprel 2020-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar