Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1080/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi və Maraqlı şəxs1) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi və Maraqlı şəxs1) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X3 ölüm faktının müəyyən olunması və ölüm şəhadətnaməsinin Maraqlı şəxs1 tərəfindən verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci ildə anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bilgəh bağlar massivi, 9-cu dalan ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı xx.xx.1965-ci ildə Göyçay şəhərində anadan olmuş X1 rayonu, Məmmədli kəndi, Yeni Y/M massivi, ev 4, mənzil 2 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. O, xx.xx.2023-cü il tarixində həyat yoldaşı ilə Sabunçu rayonu, Bilgəh bağlar massivi, 9-cu dalan ünvanına qonaq getmişlər. Qonaqlıqda olarkən həyat yoldaşının vəziyyəti pisləşmişdir. Təcili və X5 həmin ünvana gəlsə də, artıq həyat yoldaşı dünyasını dəyişmişdir. Daha sonra onlar mərhumu yaşadıqları ünvan 2 ünvanına aparmışlar. Mərhumu ünvan 3simi və digər məsələlərlə məşğul olduqlarına görə həyat yoldaşının ölüm haqında şəhadətnamənin alınması ilə məşğul ola bilməmişdir. Sonradan şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxs1nə müraciət etdikdə müddətin bitdiyi bildirilmiş və məhkəmə qətnaməsi əsasında şəhadətnamənin təmin edilməsi bildirilmişdir. Qeyd edilənlərə əsasən, o, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən ərizəçiyə imtina arayışı verilmişdir. İmtinaya səbəb ölümün baş vermə səbəbi barədə sənədin təqdim edilməməsi olmuşdur. Hazırda isə ərizənin təmin edilməsinə etirazı yoxdur, məhkəmənin mülahizəsinə buraxır. Maraqlı şəxslər Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi və Maraqlı şəxs1nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxslər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X8 ifadəsində bildirmişdir ki, o, Ərizəçi ailə dostudur. Belə ki, xx.xx.2023-cü il tarixində ona zəng edilərək ərizəçinin həyat yoldaşı X3 vəziyyətinin pis olduğu bildirilmişdir. Bundan sonra o, ərizəçinin yaşadığı ünvan 2 ünvanına gəlmiş və X3 rəhmətə getdiyini görmüşdür. Ölüm diaqnozu olaraq ürəktutması olmuşdur. Ölümün harada baş verməsini bilmir, lakin o mərhumun Məmmədli kəndindəki evinə gəlmişdir. Mərhum Göyçay rayonunda dəfn edilmişdir. Mərhumun ölümünə səbəb hər hansı bədbəxt hadisə və xəsarət alması nəticəsində deyil, yalnız xəstəlik nəticəsində təbii ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X11 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Belə ki, xx.xx.2023-cü il tarixində ərizəçinin evindən gələn səs-küyü eşitdikdə onlar evə daxil olmuşlar. Onlar evə daxil olduqda artıq ərizəçinin həyat yoldaşı X3 rəhmətə getdiyini görmüşlər. Sonradan bilib ki, mərhum bilgəyə qonaq getmişimiş, orada halı pisləşmiş və rəhmətə gedibdir, oradan isə evlərinə gətiriblər. Bundan başqa onu da qeyd edir ki, mərhumun heç bir xəstəliyi olmamışdır. Təsdiq edir ki, mərhumun ölümünə səbəb xəstəliyi olmuş, bioloji ölüm olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -ASAN-Sumqayıt tərəfindən verilmiş AZE Seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.1965-ci ildə Göyçay şəhərində anadan olmuşdur. -Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-925/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 18-1-20/2-H-652-42-392/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X3 ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəfilərindən verilmir. -Bakı Şəhər “Təcili və X5 Stansiyası” PHŞ Statistika Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Təcili və X5 Stansiyasının ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, xx.xx.2023-cü il saat 18:10 tarixində Sabunçu, Bilgəh bağları massivi, 9-cu dalan ünvanına gələn zaman X3 vəfat etdiyi müəyyən edilmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölümdür. -Göyçay Rayon Potu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11 №-li arayışdan görünür ki, xx.xx.1965-ci il tarixində Göyçay şəhərində anadan olan və ünvan 5 ünvanında yaşayan X6 xx.xx.2023-cü il tarixində Sabunçu rayon, Bilgəh qəsəbəsində ürəktutma dioqnozu ilə vəfat etmişdir. Mərhum Göyçay rayonu Potu kənd qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun dəfn və mərasim xərclərini oğlu X9 çəkmişdir. -X4 məxsus baş daşına aid fotoşəkildən görünür ki, X4 2023-cü ildə vəfat etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu, Məmmədli Ərazi Dairəsi, Məmmədli kəndi, X14, ev 14, mənzil 2 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X6 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X3 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X3 xx.xx.2023cü il tarixdə Sabunçu rayonu, Bilgəh bağlar massivi, 9-cu dalan ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin anası X6 xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bilgəh bağlar massivi, 9-cu dalan ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1965-ci il tarixdə Göyçay şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bilgəh bağlar massivi, 9-cu dalan ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə Göyçay şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bilgəh bağlar massivi, 9-cu dalan ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1080/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1080/2025
17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver