Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1081/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, atası xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə iddia Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin xahiş edirəm hissəsinin “atası xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi” kimi nəzərə alınmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum xx.xx.1966-cı il təvəllüdlü X7 ərizəçinin atasıdır. Onlar ünvan 1 ünvanda birlikdə yaşamışlar. Ərizəçinin anası, eyni zamanda mərhumun həyat yoldaşı xx.xx.2024-cü il tarixdə axşam saat 10 radələrində mərhumun evə gəldikdən bir neçə dəqiqə sonra halının pisləşdiyini görmüş, ərizəçi digər otaqdan gələndə atasının huşunu itirdiyini görmüş və Respublika Təcili və X2 Mərkəzinə müraciət etmişdir. Həkim briqadası təxminən 1 saat sonra həmin ünvana gələrək artıq mərhumun vəfat etdiyini bildirmiş, ölüm səbəbi kimi isə şifahi olaraq tromblaşmanı bildirsə də, təqdim olunan vərəqədə həkiməqədər ölüm halı olduğunu qeyd etmişdir. Həmçinin mərhum ürək xəstəliyindən əziyyət çəkmiş, 6 il əvvəl açıq ürək əməliyyatı olmuşdur. Ərizəçi ilk öncə Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina verilmişdir. Daha sonra bununla bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin oradan da imtina cavabı gəlmişdir. i şəhadətnamənin verilməsindəin imtina etmişdir. Bildirir ki, mərhumun ölümü ilə bağlı şəhadətnamə dəfn üçün verilən sosial müavinətin alınması üçün lazımdır. Odur ki, göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, ölən şəxs - X7 onun atasıdır və onunla birlikdə yaşayırdı. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində mərhum atası və anası toy məclisindən gəlmişlər, daha sonra onun anası qışqırmış, ərizəçi otağa daxil olduqda isə atasının ürək tutulması səbəbindən yerindəcə keçindiyini görmüşdür. Mərhum heç bir xəsarət və ya bədbəxt ölüm səbəbindən deyil, bioloji ölüm nəticəsində dünyasını dəyişmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o mərhumun həyat yoldaşıdır. Bir neçə il bundan qabaq mərhum açıq ürək əməliyyatı olduğu üçün həmişə özünü narahat hiss edirdi. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində mərhumla birgə toy məclisində olmuşlar, bu zaman mərhum içki qəbul etmiş, evə qayıtdıqda mərhumun paltarını dəyişərkən özündən getdiyini görmüş, daha sonra tez qonşuları çağırmışdır. Mərhum heç bir xəsarət və ya bədbəxt hadisə səbəbindən deyil, bioloji ölüm nəticəsində dünyasını dəyişmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, mərhum 1993-cü ildən etibarən onun qonşusu olmuşdur. xx.xx.2024-cü il tarixdə mərhum və mərhumun həyat yoldaşı ilə birlikdə toy məclisində iştirak etmişdir. Qayıtdıqda səs-küy olduğunu, qonşusunun evinə getdikdə isə mərhumu kresloda özündən getmiş vəziyyətdə görmüşdür. X7 şəkər xəstəsi idi, açıq ürək əməliyyatı olmuşdu. Mərhumun ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Ceyranbatan qəsəbə İ.N tərəfindən verilmiş AZ-T 173313 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.2004-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 04 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, anası X4r. -AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X11nin xx.xx.2024-cü il tarixli, 18-1-20/2-P- 18xx-xx-1260/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X3 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2888/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X11 Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Təcili və X2 Stansiyasının Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X7 xx.xx.2024-cü il saat 00:15-də ünvan 1 ünvanda vəfat etmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölümdür. Meyidin üzərində vizual zorakılıq əlamətləri yoxdur. -Ceyranbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 71 saylı arayışdan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə rəhmətə getmiş və Ceyranbatan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Piriyev X6 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 3, mənzil 24 ünvanda qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X7 ərizəçinin atası olmuş və xx.xx.2024-cü il tarixdə ev şəraitində vəfat etmişdir. X3 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X3 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirilmişdir ki, həqiqətən də, ərizəçinin atası X7 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1966-cı il tarixdə anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1081/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1081/2025
17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver