Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1084/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 may 1952-ci il təvəllüdlü atası X3 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 98 saylı evdə 20 dekabr 2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 98 saylı evdə qeydiyyatda olmuş və həmin evdə yaşamış 16 may 1952-ci il təvəllüdlü X4 onun doğma atasıdır. X15 20 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 98 saylı evdə vəfat etmişdir. Belə ki, atasının halı qəfil pisləşdiyi üçün o, Təcili və X12 Şöbəsinə zəng edərək evə həkim briqadasının gəlməsini xahiş etmişdir. Evə həkim gələn zaman artıq atasının vəfat etdiyini onlara bildirmişlər. Bu barədə ona 20 dekabr 2021-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin xəbərdarlıq vərəqəsi əsasında mərhum atasına ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs tərəfindən ona müsbət cavab verilməmiş, 24 dekabr 2021-ci il tarixli, 05/Q-3752/15 nömrəli imtina məktubu verilmiş və məktubda aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Maraqlı şəxs xx.xx.2021-ci il tarixli, 05/Q-3752/15 nömrəli imtina məktubu ona təqdim edildikdən sonra o, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən ona 28 dekabr 2021-ci il tarixli, 1986 nömrəli məktub verilmişdir. Həmin məktubda atası Hüseynəli Həmzəyin ölümünün baş vermə səbəbi məlum olmadığından və Xırdalan Ailə Sağlamlıq Mərkəzinə hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə “ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən imtina edilmişdir. X15 Xırdalan Bələdiyyəsinin tabeliyində olan Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Bu barədə ona Xırdalan Bələdiyyəsi tərəfindən 27 dekabr 2021-ci il tarixli, 1623 nömrəli arayış da verilmişdir. Verilmiş suala cavabında qeyd edir ki, atasına məxsus ölüm faktının müəyyən edilməsi, ölümə görə dövlət tərəfindən ona ödəniləcək vəsaitlə bağlıdır. Göstərilənlərə əsasən 16 may 1952-ci il təvəllüdlü atası X3 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 98 saylı evdə 20 dekabr 2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, X2 qonşusu olmuşdur. Ərizəçi isə mərhum Hüseynəli Həmzəyevin qızıdır. İlk əvvəl Hüseynəli Həmzəyevin həyat yoldaşı vəfat etmişdir. Daha sonra isə Hüseynəli Həmzəyevin özü vəfat etmişdir. Hər ikisinin dəfn və yas mərasimlərində iştirak etmişdir. Son zamanlar Hüseynəli Həmzəyevin səhhətində problemlərin olduğunu eşitmiş və mərhumun ölümündən əvvəl səhhətinə görə əsanın köməyi ilə gəzdiyini görmüşdür. Hüseynəli Həmzəyevin 20 dekabr 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 98 saylı evdə vəfat etdiyini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Ərizəçi həyat yoldaşıdır. X2 isə qaynatası olmuşdur. X7 son zamanlar səhhətində problemlər olmuş və səhhətinə görə əsanın köməyi ilə gəzmişdir. X10 qeydiyyatda olduğu və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 98 saylı evdə 20 dekabr 2021ci il tarixdə vəfat etmişdir. Həkim gələnə kimi qaynatası vəfat etdiyindən ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 04 noyabr 2006-cı il tarixdə Abşeron RPŞ tərəfindən verilmiş AZE seriyalı 05138776 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 16 may 1952-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Mülki işin materiallarında olan 07 aprel 1990-cı il tarixdə verilmiş XV-JQ seriyalı 333113 nörməli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü X6 atası X4, anası isə X8r. Mülki işin materiallarında olan 24 fevral 2016-cı il tarixdə ASAN-SUMQAYİT tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1990-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli, 322 nömrəli arayışdan görünür ki, X1 rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 98 ünvanında vəfat etdiyi xx.xx.2021-ci il tarixə kimi qeydiyyatda olmuş və yaşamışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi X20 Şəxs Təcili və X12 Şöbəsinin xəbərdarlıq vərəqəsindən görünür ki, 20 dekabr 2021-ci il tarixdə saat 09:00-da 1952-ci il təvəllüdlü X3 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmiş, meyitin üzərində zorakılıq əlamətləri yoxdur. Mülki işin materiallarında olan Abşeron rayon X13 Hüquqi Şəxsi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli, 1986 nömrəli məktubdan görünür ki, Ərizəçi X3 ölümünün baş vermə səbəbi məlum olmadığından və Xırdalan Ailə Sağlamlıq Mərkəzinə hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 24 dekabr 2021-ci il tarixli, 05/Q-3757/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan Abşeron rayon Xırdalan şəhər Bələdiyyəsi tərəfindən verilmiş 27 dekabr 2021-ci il tarixli, 1623 nömrəli arayışdan görünür ki, X4 20 dekabr 2021-ci il tarixdə vəfat etmişdir və mərhum Xırdalan Bələdiyyəsinin tabeliyində olan Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 20 dekabr 2021-ci il tarixdə saat 09:00-da X3 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 16 may 1952-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 20 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 may 1952-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 20 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1084/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1084/2022
28.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver