Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1086/2025 25.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz zəbt etdiyi onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 7, 54 saylı mənzildən çıxarılması, onun Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 7, 54 saylı mənzilə köçürülməsi, xx.xx.2024-cü il tarixindən ev ona təhvil verilənədək hər ay üçün 400 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi, məhkəməyə müraciət etmək üçün 100,40 manat dövlət rüsumunun, etibarnamə üçün 17,25 manat, hüquqi yardım üçün 300 manat olmaqla, cəmi 417,65 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixindən ev İddiaçı təhvil verilənədək hər ay üçün 400 manat olmaqla, 800 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, "xxxx" ASC-yə 68,03 manat, "xxxx" ASC-yə 39,81 manat olmaqla, ümumilikdə, 107,84 manat kommunal xidmətlərə yaranmış borcun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, məhkəməyə müraciət etmək üçün 100,40 manat dövlət rüsumunun, etibarnamə üçün 17,25 manat, hüquqi yardım üçün 300 manat olmaqla, cəmi 417,65 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “ünvan 1 ünvanında yerləşən ev İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı və Cavabdeh arasında razılaşmaya əsasən xx.xx.2024-cü il tarixindən etibarən hər ay 400 manat ödəmək şərti ilə Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “ünvan 1-də yaşayır. Həmin mənzil Cavabdeh əşyalı şəkildə təhvil verilmişdir, mənzil təhvil verilərkən Ariston markalı soyuducu, paltaryuyan, mətbəx mebeli, mətbəx masası, yataq dəsti, kamot, şifoner, 2 ədəd çarpayı, kompüter masası, qonaq dəsti, divan, kondisoner, stol və stullarla birlikdə verilmişdir. xx.xx.2024-cü il tarixindən cavabdeh iddiaçıya məxsus mənzildə yaşamış, həmin vaxtdan razılaşdırılmış məbləği hər ay ödəmişdir. Lakin xx.xx.2024-cü il tarixində razılaşdırılmış məbləği ödəməyə pulunun olmamasını əsas gətirərək evdən çıxmaq üçün vaxt istəmiş, daha sonra isə evdən çıxmaqdan imtina etmişdir. İddiaçı bununla bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixində iddiaçı mənzilə daxil ola bilmiş və mənzilin qapılarının açarını dəyişdirmişdir. xx.xx.2024-cü il tarixində cavabdeh iddiaçıdan əşyalarını götürmək üçün vaxt istəmiş və evin açarını götürmüşdür. Qeyd edir ki, cavabdeh xx.xx.2025-ci il tarixində könüllü olaraq evdən çıxmış, lakin xx.xx.2024-cü il tarixindən etibarən 2 aylıq kirayə haqqını ödəməmişdir. Həmçinin iddiaçı yoxladıqda məlum olmuşdur ki, kommunal ödənişlərə borc yaranmışdır. Odur ki, hazırda "xxxx" ASC-yə 68,03 manat, "xxxx" ASCyə 39,81 manat olmaqla, ümumilikdə, 107,84 manat kommunal xidmətlərə görə yaranmış borcun və 800 manat kirayə haqqının cavabdehdən tutulması zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 7, 54 saylı mənzil dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci, 157.1-ci, 157.4-cü, 157.8-ci, 158.4-cü, 164.1-ci, 164.2-ci, 165.1-ci, 385.1-ci, 442-ci və 449-cu maddələrinə istinad edərək xx.xx.2024-cü il tarixindən ev ona təhvil verilənədək hər ay üçün 400 manat olmaqla, 800 manat pulun, həmçinin "xxxx" ASC-yə 68,03 manat, "xxxx" ASC-yə 39,81 manat olmaqla, ümumilikdə, 107,84 manat kommunal xidmətlərə yaranmış borcun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Lakin iddiaçı tərəf Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 7, 54 saylı mənzildə qalması üçün xx.xx.2024-cü il tarixindən ev təhvil verildiyi müddətədək hesablanmış 800 manat məbləğində kirayə haqqını, həmçinin kirayə qaldığı dövr üzrə kommunal xidmətlərə görə yaranmış 107,84 manat borcu ödəmədiyini bildirsə də qeyd edilən halları sübut edə bilməmiş, həmçinin cavabdehin ona məxsus mənzildə nəzərdə tutulmuş vaxtdan artıq qaldığı müddət ərzində kirayə haqqı üzrə və kommunal xidmətlərə görə borc yarandığını qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eyni zamanda iddianın əsaslılığına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanUnivericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 300 manat xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə bildirir ki, iddiaçının hüquq xidmətlərinin göstərilməsinə görə vəkilə ödəniş etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə də rədd edilməlidir. Bundan başqa iddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və etibarnamənin verilməsi üçün ödənilmiş xərc də iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2024-cü il tarixindən ev ona təhvil verilənədək hər ay üçün 400 manat olmaqla, 800 manat pulun, "xxxx" ASC-yə 68,03 manat, "xxxx" ASC-yə 39,81 manat olmaqla, ümumilikdə, 107,84 manat kommunal xidmətlərə yaranmış borcun, həmçinin məhkəməyə müraciət etmək üçün 100,40 manat dövlət rüsumu, etibarnamə üçün 17,25 manat, hüquqi yardım üçün 300 manat olmaqla, cəmi 417,65 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və etibarnamənin verilməsi üçün ödənilmiş xərc İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1086/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1086/2025
25.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver