Məhkəmə qərarları › İş №2(012)-1092/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1092/2022

25.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1092/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə Abşeron rayonu Fatmayı kəndində yerləşən torpaq sahəsindən çıxarılmaları və inşa edilmiş tikililərin sökülərək torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 25.01.2022-ci il tarixə saat 12:00-a, 16.02.2022-ci il tarixə saat 10:40a, 09.03.2022-ci il tarixə saat 10:05-ə, 05.04.2022-ci il tarixə saat 10:20-yə, 25.04.2022-ci il tarixə saat 11:50-yə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Cavabdeh X3 məhkəmə iclasında ərizə təqdim edərək, cavabdeh tərəf olaraq mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclasında iştirak etmiş cavabdeh X3 isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı birinci çağırışa gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar