Məhkəmə qərarları › İş №2(012)-113/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-113/2020

15.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-113/2020 15.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Xosrov qızının nümayəndəsi- Vəkil1, Cavabdehlər Cavabdeh2 MMC-nin nümayəndəsi- Vəkil2, Cavabdeh1 nümayəndəsi- Vəkil3 iştirakları ilə, İddiaçı Xosrov qızının cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı mübahisəli torpaq sahəsi ilə bağlı cavabdehlərə verilmiş ilkin torpaqayırma sənədlərinin ləğvi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsində tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və tikililərdən təmizlənməsi” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Xosrov qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2004-cü il tarixli icarə müqaviləsi, AR Abşeron rayon İcra Hakimiyyəti Başçısının 28.0.2004-cü il tarixli 034 sylı sərəncamı, eləcə də JN-4527 saylı kod 30800001 saylı şəhadətnamə əsasında vərəsəsi olduğu və birgə nigah dövründə əldə etdiyi mərhum həyat yoldaşı X4 istifadəsinə və sərəncamına verilmiş Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən, (kanalüstü ərazi) mübahisəli sabiq Türkan üzümçülük sovxozu ərazisində yerləşən, 2,0 ha torpaq sahəsindən cavabdehlərin və digər şəxslərin çıxarılması, cavabdehlərin hesabına həmin torpaq sahəsi üzərində tikililərin sökülməsi, eləcə də, cavabdehlərə qanunsuz olaraq verilmiş ilkin torpaqayırma sənədlərinin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Xosrov qızı iddia ərizəsini sonradan dəqiqləşdirərək Abşeron rayon İcra Hakimiyyətini, Cavabdeh2 MMC-nin mübahisəli torpağı icarəyə götürdüyü X10 və X2 da cavabdeh qismində cəlb edilməklə cavabdeh X12 verilmiş qeydiyyat tarixi xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********74 saylı MA ******* saylı çıxarışın, xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə 50,0 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə xx.xx.2011-ci il tarixli 2052 saylı icarə müqaviləsinin, cavabdeh X3 verilmiş qeydiyyat tarixi xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********75 saylı MA ******* saylı çıxarışın, xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə 50,0 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə xx.xx.2011-ci il tarixli 2053 saylı icarə müqaviləsinin,cavadeh Cavabdeh2 MMC-yə verilmiş xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********04 saylı MA ******* saylı çıarışın, reyestr nömrəsi **********04 saylı xx.xx.2012-ci il tarixli AA 037236 saylı torpaq sahəsinin plan və ölçüsünün, xx.xx.2012-ci il tarixli 3 M-01-154/155 nömrəli X5 və X7 icarə hüququnu alq-satqısının müqavilələrinin,Cavabdeh1 cavabdeh Abşeron rayon İcra hakimiyyəti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 106 saylı torpaq icarə müqaviləsinin, Cavabdeh1 verilmiş reyestr nömrəsi **********53 saylı xx.xx.2007-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədin in (xx xxx 2007-ci il tarixdə Dövlət Kadastr Kitabında AA 005295 saylı qeydə alınmış), Abşeron rayon İcra Hakimiyyətinin Cavabdeh1 icarə qaydasında torpaq ayrılmasına dair xx xxxx 2007-ci il tarixli Sərəncamının, Cavabdeh1 verilmiş qeydiyyat tarixi xx.xx.2007-ci il tarixli, qeydiyyat nömrəsi 160709900, reyestr nömrəsi **********53 saylı MH ******* saylı çıxarıın ləğv edilməsi,cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, X5 və X14 tərəfindən X6 aid olan hissədə torpaq sahəsinn b oşaldılması, müvafiq torpaq sahəsində tikilmiş tikililərin həmin cavabdehlərin hesabına sökülməsi və tikililərdən təmizlənməsinə dair, cavabdehlər Cavabdeh1, eləcə də Cavabdeh2 MMC tərəfindən X4, eləcə də, cavabdehlər X5 və X10 münbahisəli X6 aid olan hissədə torpq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Xosrov qızının nümayəndəsi- Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, mərhum əri X6 xx xxxxxx 2004-cü il tarixdə Torpaqların Kadastrı və Monitorinq Şöbəsi tərəfindən 50 il müddətinə bağlanmış torpaq icarəsi müqaviləsi əsasında xx.xx.2004-cü il tarixdə qeydiyyat vəsiqəsi verilməklə sabiq Türkan üzümçülük sovxozu ərazisində yerləşən, az yararlı örüş yerlərindən 2,0 ha torpaq sahəsinə birgə igah dövründə ərinin hüququıar qeydə alınmış, xx xxxxxx 2004-cü il tarixdə aktla Abşeron rayon İcra Hakimiyyəti başçısı, Türkan üzümçülük sovxozu yerli aqrar islahat komissiyası və Türkan üzümçülük sovxozu tərəfindən aqrar islahat komissiyası tərəfindən həmin torpağa baxış keçirilərək torpaq mərhum əri X6 təhvil verilmişdir. Torpaqğa dair Dövlət Torpaq Fondunun yerquruluşu planından çıxarışla da həmin torpaq mərhum ərinə aid olması öz təsdiqini tapmış və Abşeron rayon İcra hakimiyyəti Başçısı, DTXK-nın Abşeron rayon şöbəsi və Türkan üzümçülük sovxozu yerli aqrar komissiyası tərəfindən həmin çıxarış təsdiq edilmişdir. AR Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 034 saylı sərəncamı əsasında mərhum əri X6 verilmiş Sabiq GTürkan Üzümçülük sovxozu ərazisində yerləşən, az yararlı örüş yerlərindən 2,0 ha torpaq sahəsinin ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmiş və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə alınması təmin edilmişdir. Həmin torpağın icarəyə verilməsi barədə xx xxxxxx 2004-cü il tarixli icarə müqaviləsindən də görünür ki, Abşeron rayon İcra hakimiyyətinin xx xxxxxx 2004-cü il tarixli 034 saylı Sərəncamına əsasən 2 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədilə mərhum yoldaşı X6 50 illik istifadəyə verilmişdir. Həmin torpaqla bağlı mərhum həyat yoldaşı JN-4527 saylı kod 30800001 saylı şəhadətnamə də almışdır. Lakin həyat yoldaşının ölümü ilə vərəsəliklə bağlı notariat kontoruna müraciət edərək və həmin torpağın yeganə vərəsə kimi adına keçirilməsi ərəfəsində ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0,55 ha hissəsinə Cavabdeh2 MMC-nin adına **********04 saylı reyestr nömrəsi ilə və 4,55 ha hissəsi isə Cavabdeh1 adına **********53 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı hesab edir ki, ona məxsus 2,0 ha torpaq sahəsi üzərində cavabdehlərin adına verilmiş torpaqayırma sənədləri,eləcə də, ilkin hüquqmüəyyənedici sənədlər qanunsuz olduğundan ləğv edilməlidir. Eləcə də cavabdehlər həmin torpaqda tikililər (hasarlar) tikmişdir ki, onların hesabına sökülməlidir. Cavabdeh2 MMC-nin nümayəndəsi- Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. 1.3 ha torpaq sahəsini ekspert rəyində göstərilən koordinatlara uyğun olaraq, İddiaçı Xosrov qızına qaytarmağa hazırıq. Buna əsasən, iddia tələbini Cavabdeh2 aid olan, etiraf etdiyi hissənin təmin edilməsini və Cavabdeh2 MMC-yə yeni çıxarış verilməsini xahiş edir. Eləcə də, Cavabdeh2 MMC-nin nümayəndəsi- Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək ekspert rəyində göstərilən koordinatlara uyğun olaraq 1,3 ha sahədə topraq sahəsini İddiaçı Xosrov qızına qaytarmağa hazır olmalarını, iddianı qismən etiraf etməsini, ərizəni nəzərə alaraq məhkəmə qətnaməsində koordinatların qeyd olunmasını, Cavabdeh2 MMC-yə yeni çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi- Vəkil3 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir, məhkəmə tərəfindən təyin edilən tikinti-texniki ekspertiza zamanı məlum olmuşdur ki, Cavabdeh1 məxsus 0.70 ha torpaq sahəsi İddiaçı Xosrov qızına məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki,Cavabdeh1 məxsus 0.70 ha torpaq sahəsi İddiaçı Xosrov qızına verilməsinə etiraz etmirlər. Eləcə də, Cavabdeh1 nümayəndəsi- Vəkil3 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qismən qəbul edir, məhkəmə tərəfindən təyin edilən tikinti-texniki ekspertiza zamanı məlum olmuşdur ki, Cavabdeh1 məxsus 0.70 ha torpaq sahəsi İddiaçı Xosrov qızına məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki,Cavabdeh1 məxsus 0.70 ha torpaq sahəsi İddiaçı Xosrov qızına verilməsinə etiraz etmirlər. İş üzrə məhkəmənin təşəbbüsü ilə məhkəmə tikinti-texniki eskpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2004-cu il tarixli, 034 saylı sərəncamı ilə X6 2,0 (iki) hektar kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş, iş materiallarında olan sabiq Türkan üzümçülük sovxozunun ərazisində yerləşən X4 adına olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə və şəhadətnaməyə əlavə edilmiş dövlət torpaq fondunun yerquruluşu planından çıxarışda qeyd olunan torpaq sahəsinin koordinatları ilə Cavabdeh1 məxsus olan və iş materiallarında olan AA 003405 saylı, **********53 reyestr nömrəli, AR ƏMDK yanında DƏDRX-nin X17 tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsinin koordinatları ilə naturada üst-üstə düşürmü? 2). Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2004-cu il tarixli, 034 saylı sərəncamı ilə X6 2,0 (iki) hektar kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş, iş materiallarında olan sabiq Türkan üzümçülük sovxozunun ərazisində yerləşən X4 adına olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə və şəhadətnaməyə əlavə edilmiş dövlət torpaq fondunun yerquruluşu planından çıxarışda qeyd olunan torpaq sahəsinin koordinatları ilə Cavabdeh2 MMC-yə məxsus olan və iş materiallarında olan AA 037236 saylı, **********04 reyestr nömrəli, AR ƏMDK yanında DƏDRX-nin X17 tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsinin koordinatları ilə naturada üst-üstə düşürmü? Ekspertizanın aparılması Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin yer qurluşu üzrə mühəndisi və Kadastr və Ünvan Reystri Xidmətinin mütəxəssisi cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə tikinti-texniki eskpertizasının xx xxxxxx 2019-cu il tarili 21665 saylı rəyi ilə müəyyən edilmişdir ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və X9 Mərkəzi” MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2004-cü il tarixli 034 saylı sərəncamı ilə X6 2,0 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş torpaq sahəsinin 0,70 ha hissəsiCavabdeh1 AA 003405 saylı **********53 reyestr nömrəli, AR ƏMDK yanında DƏDRX-nin X17 tərəfindən verilmiş 5,0 ha torpaq sahəsi ilə və 1,30 ha hissəsi isə Cavabdeh2 MMC –yə AA 037236 saylı, **********04 reyestr nömrəli, AR ƏMDK yanında DƏDRX-nin X17 tərəfindən verilmiş 100,0 ha torpaq sahəsi ilə naturada üst-üstə düşür. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və X9 Mərkəzi” MMC-nin Bakı LTİ-nin xx xxxxxx 2019-cu il tarixli **********45 saylı mütəxəssis rəyi ilə ekspert rəyində qeyd edilənlər təsdiq edilmişdir. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və X9 Mərkəzi” MMC-nin mütəxəssisi X8 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2004-cü il tarixli 034 saylı sərəncamı ilə X6 2,0 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş torpaq sahəsinin 0,70 ha hissəsiCavabdeh1 AA 003405 saylı **********53 reyestr nömrəli, AR ƏMDK yanında DƏDRX-nin X17 tərəfindən verilmiş 5,0 ha torpaq sahəsi ilə və 1,30 ha hissəsi isə Cavabdeh2 MMC –yə AA 037236 saylı, **********04 reyestr nömrəli, AR ƏMDK yanında DƏDRXnin X17 tərəfindən verilmiş 100,0 ha torpaq sahəsi ilə naturada üst-üstə düşür. Məhkəmə tərəfindən Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 vəsatəti əsasında iddiaçı və cavabdehlərin nümayəndələrinin, eləcə də AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və X9 Mərkəzi” MMC-nin mütəxəssisi X8 mütəxəssis iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirərkən müəyyən edilmişdir ki, mübahisəli iddiaçıya icarəyə verilmiş torpaq sahəsi cavabdehlər tərəfindən tutulmaqla hasara alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxx 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə xx xxxxxx 2012-ci il tarixli Qərarları)...” Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır”. Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz 10 əmlakını geri tələb edə bilər (157.2). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər (maddə 165). Sadalanan əsaslarla iddiaçı mübahisəli torpaq sahəsi üzərindəki hüquqlarından istifadə edərək orada tikilmiş özbaşına tikililərin sökülməsini tələb etməkdə də haqlıdır. Çünkü Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bu maddənin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Həmin normaların mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətlərinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrı-seçkilik yaratmaqla yanaşı digər konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl vurmuş olardı. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir və ən yüksək hüquqi qüvvəyə malikdir (Konstitusiyanın 147-ci maddəsi). 12 Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsinə görə qanunlar Konstitusiyaya zidd olmamalıdır. Konstitusiyanın «Keçid müddəalarının» 8-ci bəndinə əsasən bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ-hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə qüvvəsini saxlayır. Hamı qanun və məhkəmə qarşısında bərabərdir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdehlər və iddiaçıdan bərabər əsaslarla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilə bağlı AR MPM-in 19.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş 30 manatdan 20 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Xosrov qızının cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1, Abşeron rayon İcra Hakimiyyəti, X12 qarşı iddia tələbi qisməntəmin edilsin. Cavabdeh X12 verilmiş qeydiyyat tarixi xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********74 saylı MA ******* saylı çıxarışın, xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə 50,0 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə xx.xx.2011-ci il tarixli 2052 saylı icarə müqaviləsi, cavabdeh X3 verilmiş qeydiyyat tarixi xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********75 saylı MA ******* saylı çıxarışın, xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə 50,0 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə xx.xx.2011-ci il tarixli 2053 saylı icarə müqaviləsi, cavadeh Cavabdeh2 MMC-yə verilmiş xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********04 saylı MA ******* saylı çıarışın, reyestr nömrəsi **********04 saylı xx.xx.2012-ci il tarixli AA 037236 saylı torpaq sahəsinin plan və ölçüsünün, xx.xx.2012-ci il tarixli 3 M-01-154/155 nömrəli X5 və X7 icarə hüququnu alq-satqısının müqavilələri, Cavabdeh1 cavabdeh Abşeron rayon İcra hakimiyyəti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 106 saylı torpaq icarə müqaviləsinin, Cavabdeh1 verilmiş reyestr nömrəsi **********53 saylı xx.xx.2007-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədinin (xx xxx 2007-ci il tarixdə Dövlət Kadastr Kitabında AA 005295 saylı qeydə alınmış), Abşeron rayon İcra Hakimiyyətinin Cavabdeh1 icarə qaydasında torpaq ayrılmasına dair xx xxxx 2007-ci il tarixli Sərəncamının, Cavabdeh1 verilmiş qeydiyyat tarixi xx.xx.2007-ci il tarixli, qeydiyyat nömrəsi 160709900, reyestr nömrəsi **********53 saylı MH ******* saylı çıxarış X6 ayrılmış torpaq hissəsinə aid hissədə ləğv edilsin, İddiaçı Xosrov qızına, Cavabdeh2 MMC-yə və Cavabdeh1 yeni çıxarış verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, X5 və X14 tərəfindən X6 aid olan hissədə torpaq sahəsi boşaldılsın, X6 aid olan hissədə tikilmiş hasarlar müvafiq olaraq cavabdehlərin hesabına sökülsün və təmizlənsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, X5 və X1 Əli Cahangir oğluna aid olan hissədə mübahisəli torpaq sahəsindən çıxarılsın. Ödənilmiş 30 (otuz manat ) dövlət rüsumundan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCdən 20 manat tutularaq iddiaçıya verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC və İddiaçı Xosrov qızından bərabər əsaslarla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar