Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-113/2023 24.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehnun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və zəbt edilən yolun azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus olan Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılması və zəbt etdiyi yolu azad etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında izahatında bildirdi ki, sakini olduqları Mehdiabad qəsəbəsi ərzisində ona məxsus 0,10 ha və İddiaçı2 məxsus 0,031 ha bir-birinə qonşu olan torpaq sahələri vardır. Bu torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət Reyestrində qeyd olunmuş və hər birinin adına ayrı-ayrılıqda **********88 №-li və **********38 №-li çıxarışlar verilmişdir. Cavabdeh 2018-ci ilin əvvəllərindən onlara məxsus 0,10 ha torpaq sahəsinin 0,0097 ha hissəsini və 0,031 torpaq sahəsinin 0,0188 ha hissəsini, eyni zamanda onlara məxsus eni 7 metr olan yolu zəbt edərək metal torla hasarlamışdır. Dəfələrlə müraciət edib zəbt etdiyi torpaq sahəsini və yolu azad etməsini tələb etsələr də, cavabdeh tələblərinə məhəl qoymadığından müvafiq tədbir görülməsi məqsədilə 11 may 2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə müraciət etmişlər. X2 araşdırılma aparılmış və məlum olmuşdur ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yaycı kəndinin qeydiyyatında olmaqla, bir müddət Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşamış, sonra təxminən 18 il əvvəl Mehdiabad qəsəbəsində 0,07 ha torpaq sahəsi alaraq burada ev tikdirib yaşamaqdadır. Toplanmış material araşdırmanın davam etdirilməsi üçün Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. İstintaq Şöbəsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, 2/********** №-li arayışla zəbti təsdiq etmişdir. Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsi xx.xx.2021-cil tarixli məktubu ilə iş mülki məsələ olduğuna görə məhkəməyə müraciət etmələri tövsiyyə etmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Digər İddiaçı2 məhkəmə iclasında İddiaçı1 izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini və iddia tələbiinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2014-cü ildə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,031 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 02.09.201-ci ildə İddiaçı2 adına qeydiyyata alınmışdır. Məhkəmə işdə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №-li çıxarışa əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2014-cü ildə İddiaçı1 adına qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №-li çıxarışdan göründüyü kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,031 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 02.09.201-ci ildə İddiaçı2 adına qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/5710 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, İddiaçı1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin (xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, **********88 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada təqdim olunan koordinatları ilə uyğun gəldiyi, həmin torpaq sahəsinin 40 m2 hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu, istifadə olunan hissədə İddiaçı1 məxsus torpaq sahəsinə giriş-çıxış yolunu bağlanmadığı müəyyən olunmuşdur. Mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, İddiaçı2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,031 ha torpaq sahəsinin (xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, **********38 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada təqdim olunan koordinatjan ilə uyğun gəldiyi, həmin torpaq sahəsinin 220 m2 hissəsinin cavabde istifadəsində olduğu, istifadə olunan hissədə İddiaçı2 məxsus torpaq sahəsinə giriş-çıxış yolunu bağlandığı müəyyən olunmuşdur. Belə olan təqdirdə məhkəmə belə qərara gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin 42 kv.metr hissəsindən və İddiaçı2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,031 ha torpaq sahəsinin 220 kv.metr hissəsindən çıxarılmalı, istifadə olunan hissədə İddiaçı2 məxsus torpaq sahəsinə giriş-çıxış yolu azad edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin 42 kv.metr hissəsindən və İddiaçı2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,031 ha torpaq sahəsinin 220 kv.metr hissəsindən çıxarılsın, istifadə olunan hissədə İddiaçı2 məxsus torpaq sahəsinə giriş-çıxış yolu azad edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-113/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-113/2023
24.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver