Məhkəmə qərarları › İş №2(012)-1153/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1153/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1153/2022 06.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi atasının ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, atası - xx.xx.1958-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsinə və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi üçün Abşeron rayon Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1958-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına “Bİ8.1 Xroniki virus hepatiti C. K74.4 Qaraciyər sirrozu. K76.6 Portal hipertenziya” diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. xx.xx.2021-ci il tarixdə o vəfat etmiş və elə həmin tarixdə də Göyçay rayon məzarlığında dəfn edilmişdir. Mərhum atası X2 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr. Ev 25A ünvanında qeydiyyatda olmuş və orada yaşamışdır. O, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Abşeron rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin Şöbənin xx.xx.2021-ci il tarixli, 05/Q-1766/15 nömrəli cavab məktubu ilə imtina verilmişdir. Bu səbəblə mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək ərizəsində dəqiqləşdirmə aparmış və atası - xx.xx.1958-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, atası xx.xx.2021-ci il tarixdə vəfat edərkən “103” X20 çağırmalı olmalarını bilməmişlər. Atasını rayona aparmış və Potu kəndində dəfn etmişlər. Həmin tarixdən ölüm haqqında şəhadətnamə ala bilmir. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Ərizəçi onun övladıdır, X3 isə əri olmuşdur. Əri 29 noyabr 2021-ci ildə Abşeron rayonunda vəfat etdi. 2 il olardı ki, qaraciyər sirrozundan əziyyət çəkirdi. O öləndə evdə oğlu və qızı olub. Ərini rayonda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, X5 qızıdır. Atası son iki ildə qaraciyər sirrozundan əziyyət çəkirdi. Atası 29 noyabr 2021-ci ildə gecə saat 04:00 radələrində Abşeron rayonunda vəfat etmişdir. Atasını rayonda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur, 2 ev aralıda yaşayır. X3 qaraciyər sirrozundan əziyyət çəkirdi, axır vaxtlar vəziyyəti pis idi. Onun ölümündən 30 noyabr 2021-ci ildə, səhər saat 11:00 radələrində xəbər tutmuşdur. Eşitmişdir ki, Ədalət Ələkbərov gecə vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. X3 xəstəlikdən əziyyət çəkirdi, ölənə yaxın vəziyyəti daha pis idi. Onun ölümündən 30 noyabr 2021-ci ildə, səhər saat 10:00 radələrində xəbər tutmuşdur. Eşitmişdir ki, Ədalət Ələkbərov gecə vəfat edib, onun yas mərasimlərində qonşu kimi iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1910 saylı məktubdan görünür ki, X5 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ə.Ələkbərov xx.xx.2020-ci il tarixdən Xırdalan Ailə Sağlamlıq Mərkəzində “B18.1Xroniki virus hepatiti C. K74.4 Qaraciyər sirrozu. K76.6 Portal hipertenziya” diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. Lakin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” qurum tərəfindən verilmir. - Abşeron Rayon Qeydiyyat Şöbəsinin 28 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması imkan xaricindədir. Buna görə də, Abşeron Rayon Qeydiyyat Şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. - Abşeron rayonu, Xırdalan şəhəri, 5 saylı MTİİTS-nin 22 fevral 2022-ci il tarixli, 424 saylı arayışından görünür ki, X1 şəhəri, H.Z.Tağıyev küçəsi, 25 A saylı evdə ölən tarixə (xx.xx.2021) qədər yaşamışdır. - Göyçay RİHB-nin Potu kənd İƏ Nümayəndəliyinin 14 fevral 2022-ci il tarixli, 98 saylı arayışından görünür ki, Potu kənd qəbiristanlığında üzərində X6, doğum tarixi xx.xx.1958, ölüm tarixi xx.xx.2021 yazılmış məzar daşı vardır. - 467092 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X12 13 aprel 1982-ci il tarixdə nikaha girmişlər. - 297703 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə doğulmuşdur. X4, anası X11r. - AZE 15865764 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1958-ci il tarixdə Ucar şəhərində doğulmuşdur. - Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotodan görünür ki, X6 dəfn olunmuşdur. Məzar daşı üzərindəki ölüm tarixi xx.xx.2021-ci ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X6 ərizəçinin atası olmuş, sonuncu xx.xx.2021-ci il tarixdə ev şəraitində vəfat etmişdir və X5 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X5 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda yerləşən evdə vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin X4 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda vəfat etmişdir. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1958-ci il tarixdə Ucar şəhərində anadan olmuş X5 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Ucar şəhərində anadan olmuş X5 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar