Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1171/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl zinət əşyalarının geri qaytarılması, bu mümkün olmadıqda isə kompensasiya ödənilməsi» tələbinə dair mülki işə 24 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 qramlıq qızıl sep (uşaq üçün)- 1 ədəd - 825 manat, 14 qramlıq qızıl sep (uşaq üçün)- 1 ədəd - 770 manat, 3 qramlıq sep arası qızıl kulon (uşaq üçün)- 2 ədəd - 160 manat, 8 qramlıq qızıl bilərzik (uşaq üçün)- 2 ədəd - 880 manat, 6 qramlıq qızıl qolbaq (uşaq üçün)- 2 ədəd - 660 manat, 3 qramlıq qızıl üzük (uşaq üçün)-2 ədəd - 300 manat, 20 qramlıq qızıl saat kişi üçün (mayak time firması)-1 ədəd - 850 manat, 35 qramlıq qızıl saatın sepi (Rusiya istehsalı)- 1 ədəd - 1900 manat,15 qramlıq qızıl kişi üzüyü brilliant qaşlı - 1 ədəd - 950 manat, 7 qramlıq qızıl kişi üzüyü sadə qaşla - 1 ədəd - 360 manat, 50 qramlıq qızıl sırğa-üzük-bilərzik dəsti (Tükiyə istehsalı)-1 ədəd-2500 manat, 25 qramlıq qadın bilərziyi-1 ədəd- 1400 manat, 5-7 qramlıq qadın üzüyü-3 ədəd-990 manat, 30 qramlıq qadın sepi (paxlava)- 1 ədəd- 500 manat məbləğində qızıl zinət əşyalarının, bu mümkün olmadıqda isə həmin əşyaların əvəzinə qızı-zinət əşyalarının hazırki bazar qiyməti dəyərində 11645 manat məbləğində kompensasiya məbləğinin Cavabdeh1 və Hisense 17 ekran televizor-1500 manat, Vestel kondisoneri 45 kv-650 manat, 2 ədəd qədimi xalça-800 manat, yorğan döşək dəstləri, lüstür-200 manat, bahalı qab dəstləri, stolüstü qaz pilitəsi-150 manat, ədyal dəsti -2 ədəd-300 manat, qədimi antik samavar (1925 -ci ilə aiddir), tok samovar və sair əşyaların Cavabdeh2 alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh xx.xx.1991-ci il təvəllüdlü X3 ilə övladı X4 evli olmuş, lakin ailədaxili problemlərinə görə rəsmi olaraq boşanmışlar. Rəsmi nikahdan iki övladları dünyaya gəlmişdir. Bildirir ki, hazırkı iddia ərizəsində cavabdeh qismində cəlb edilmiş X3 oğlu Abdulla ilə evli olduqları dövrdə həm Asudə üçün və həm də nəvələri üçün müəyyən miqdarda qızıl-zinət əşyaları alıb vermişdi. Sonradan ona məlum oldu ki, ailənin dağılmasına səbəb olan qeyri-rəsmi yaşadığı Elnur adlı şəxsin təsiri altında cavabdeh X3 ona və nəvələrinə alıb verdiyi həmin qızıl-zinət əşyaları sataraq yerinə sadə bijuteriya malları qoymuşlar. Bu barədə əlində yetərincə sübut və dəllilər mövcuddur. Həmin əşyalara 15 qramlıq qızıl sep (uşaq üçün)- 1 ədəd - 825 manat, 14 qramlıq qızıl sep (uşaq üçün)- 1 ədəd - 770 manat, 3 qramlıq sep arası qızıl kulon (uşaq üçün)- 2 ədəd - 160 manat, 8 qramlıq qızıl bilərzik (uşaq üçün)- 2 ədəd - 880 manat, 6 qramlıq qızıl qolbaq (uşaq üçün)- 2 ədəd - 660 manat, 3 qramlıq qızıl üzük (uşaq üçün)-2 ədəd - 300 manat, 20 qramlıq qızıl saat kişi üçün (mayak time firması)-1 ədəd - 850 manat, 35 qramlıq qızıl saatın sepi (Rusiya istehsalı)- 1 ədəd - 1900 manat,15 qramlıq qızıl kişi üzüyü brilliant qaşlı - 1 ədəd - 950 manat, 7 qramlıq qızıl kişi üzüyü sadə qaşla - 1 ədəd - 360 manat, 50 qramlıq qızıl sırğa-üzük-bilərzik dəsti (Tükiyə istehsalı)-1 ədəd-2500 manat, 25 qramlıq qadın bilərziyi-1 ədəd- 1400 manat, 5-7 qramlıq qadın üzüyü-3 ədəd-990 manat, 30 qramlıq qadın sepi (paxlava)- 1 ədəd- 500 manat məbləğində qızıl zinət əşyaları daxildir. Hisense 17 ekran televizor-1500 manat, Vestel kondisoneri 45 kv-650 manat, 2 ədəd qədimi xalça-800 manat, yorğan döşək dəstləri, lüstür-200 manat, bahalı qab dəstləri, stolüstü qaz pilitəsi-150 manat, ədyal dəsti -2 ədəd-300 manat, qədimi antik samavar (1925 -ci ilə aiddir), tok samovar və sair əşyaların Cavabdeh2 alınaraq ona verilməlidir. İddiaçı nümayəndəsi X4 məhkəmədə iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, X4 ilə ailə həyatı qurmuş və iki qız övladı dünyaya gəlmişdir. Daha sonra isə ailə münasibətləri pozulduğundan həyat yoldaşı ilə ayrılmışlar. İddiaçı onun qaynanasıdır və dedikləri yalandır. Mübahisə predmeti olan qızıllar gəlin köçəndə ona verilən qızıllar idi, lakin ümumi qiyməti 13000 manat olmamışdır. İddia ərizəsində göstərilən 15 qram qızıl sep 825 manat dəyərində olmamışdır, həmin sep ona keçmiş həyat yoldaşı tərəfindən alınmışdır və dəyəri 200 manat olmuşdur. Daha sonra qızılları keçmiş həyat yoldaşı satmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Lakin digər Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı X1 ona qarşı əşya tələbinə dair iddiasının heç bir əsası yoxdur və aşağıda göstərilən səbəblərdən rədd edilməlidir. Qeyd olunmalıdır ki, onun cavabdeh qismində cəlb edilməyi üçün əsas olmadığı halda cavabdeh qismində cəlb edilmişdir, belə ki, onun ümumiyyətlə iddia ərizəsində qeyd edilən əşyalar barədə heç məlumatı belə yoxdur, həmin əşyaları görməmiş və onun yaşadığı fərdi yaşayış evinə gətirilməmişdir. Həmçinin digər cavabdeh, Cavabdeh1 onun atasın məxsus evin həyətində yerləşən otaqda kirayənişin kimi yaşamış və həmin əşyaların bu otağa gətirilməsini görməmiş və evdən çıxarkən özü ilə heç bir əşya gətirməmişdir. İddiaçı və oğlu onun barəsində müxtəlif orqanlara həqiqətə uyğun olmayan ərizələr yazılmış, ona böhtan atılmış və təbii ki, göstərdikləri xüsusatların heç biri öz təsdiqini tapmamışdır. İddiaçı da həmin əşyaların onun yaşadığı evdə olması və onda olması barədə heç bir sübut əlavə etməmişdir. Qeyd olunmalıdır ki, əşya tələbi irəli sürülərkən ilk növbədə həmin əşyaların mövcudluğu, iddiaçıya məxsus olması və cavabdehin sahibliyində olması sübuta yetirilməlidir . Ümumiyyətlə qeyd edilən əmlakların ona heç bir aidiyyatı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, əşyaların qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Bu kimi mübahisələrdə “əşyanın saxlandığı yer” sübut əhəmiyyətinə malik olur. Hər bir əşyanın saxlanıldığı yer olur. Əgər əşyanın saxlanıldığı yerdən aparıldığı barədə sübut təqdim edilməsə, bunun əksi-əşyanın saxlanıldığı yerdə qaldığı sübut olunmuş sayılır. Çünki adından da göründüyü kimi əşya həmin yerdə saxlanılır, əşyanın öz yerində olduğu sübut edilməli deyil. AR Mülki Prosessual Məcəlləsinin 154.1. maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia ərizəsində göstərilən qızıl-zinət və digər əşyların əşyalarının mövcudluğu, həmin əşyaların cavabdehlərdə olması,həmçinin qızıl-zinət əşyaların geri qaytarılması ilə bağlı subyektiv hüququn olması ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı və onun nümayəndəsi bununla bağlı izahatlarından başqa hər hansı bir mötəbər sübuta istinad etməmişlər. İddiaçı və onun nümayəndəsinin izahatı yalnız formal mülahizələrə əsaslandığından məhkəmə həmin izahatlara tənqidi yanaşaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15 qramlıq qızıl sep (uşaq üçün)- 1 ədəd - 825 manat, 14 qramlıq qızıl sep (uşaq üçün)- 1 ədəd - 770 manat, 3 qramlıq sep arası qızıl kulon (uşaq üçün)- 2 ədəd - 160 manat, 8 qramlıq qızıl bilərzik (uşaq üçün)- 2 ədəd - 880 manat, 6qramlıq qızıl qolbaq (uşaq üçün)- 2 ədəd - 660 manat, 3 qramlıq qızıl üzük (uşaq üçün)-2 ədəd - 300 manat, 20 qramlıq qızıl saat kişi üçün (mayak time firması)-1 ədəd - 850 manat, 35 qramlıq qızıl saatın sepi (Rusiya istehsalı)- 1 ədəd - 1900 manat,15qramlıq qızıl kişi üzüyü brilliant qaşlı - 1 ədəd - 950 manat,7 qramlıq qızıl kişi üzüyü sadə qaşla - 1 ədəd - 360 manat, 50 qramlıq qızıl sırğa-üzük-bilərzik dəsti (Tükiyə istehsalı)-1 ədəd-2500 manat, 25 qramlıq qadın bilərziyi-1 ədəd- 1400 manat, 5-7 qramlıq qadın üzüyü-3 ədəd-990 manat, 30 qramlıq qadın sepi (paxlava)- 1 ədəd- 500 manat məbləğində qızıl zinət əşyalarının, bu mümkün olmadıqda isə həmin əşyaların əvəzinə qızı-zinət əşyalarının hazırki bazar qiyməti dəyərində 11645 manat məbləğində kompensasiya məbləğinin Cavabdeh1 və Hisense 17 ekran televizor-1500 manat, Vestel kondisoneri 45 kv-650 manat, 2 ədəd qədimi xalça-800 manat, yorğan döşək dəstləri, lüstür-200 manat, bahalı qab dəstləri, stolüstü qaz pilitəsi-150 manat, ədyal dəsti -2 ədəd-300 manat, qədimi antik samavar (1925 -ci ilə aiddir), tok samovar və sair əşyaların Cavabdeh2 alınaraq İddiaçı verilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1171/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1171/2021
24.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver