Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1173/2023 24.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinyət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və ona məxsus həmin qızıl zinyət əşyaları-boyunbağı (sep) 21 qram çəkidə -1995 (manat dəyərində, bilərzik 10 qram çəkidə - 950 manat dəyərində, sırğa və üzük dəsti (komplekt) 15 qram çəkidə -1500 manat dəyərində, qadın üçün brilyant nişan üzüyü 10 qram çəkidə - 1000 manat dəyərində və kişi üçün nişan üzüyü 5 qram çəkidə - 500 manat dəyərində Rusiya istehsalı olan qızıl zinyət əşyalarını, özləri olmadıqda isə cəmi dəyərləri qeyd olunmuş 5945 manatın və tərəfimdən ödənilmiş mediasiya xərci üçün 50 manat və dövlət rüsumuna görə 29,45 manatın Cavabdeh tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə birlikdə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş və həmin birgə nikahdan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Cavabdeh ilə birgə yaşamaqları və ailənin qorunub saxlanılması qeyri-mümkün olduğundan Abşeron Rayon Məhkəməsində nikahları pozulmuş və bu barədə xx.xx.2022-ci il tarixli 2(012)-5843/2022 saylı qətnamə qəbul edilmişdir. Cavabdehlə rəsmi nikaha daxil olduğu zaman el adəti üzrə cavabdeh və cavabdehin qohumları tərəfindən ona hədiyyə şəklində qızıl-zinyət əşyaları verilmişdir. Mülkiyyətimdə olan və ona məxsus həmin qızıl-zinyət əşyaları boyunbağı (sep) 21 qram çəkidə -1995 manat dəyərində, bilərzik 10 qram çəkidə - 950 manat dəyərində, sırğa və üzük dəsti (komplekt) 15 qram çəkidə -1500 manat dəyərində, qadın üçün brilyant nişan üzüyü 10 qram çəkidə - 1000 manat dəyərində və kişi üçün nişan üzüyü 5 qram çəkidə - 500 manat dəyərində, cəmi 5945 manat dəyərində olan Rusiya istehsalı olan qızıl zinyət əşyalarından ibarətdir. Belə ki, xx.xx.2022-ci il tarixdə qeydiyyatda olduğu və cavabdehlə birgə yaşadığı ünvanı ailə münaqişəsi səbəbilə övladıyla birlikdə tərk etdikdə mülkiyyətində olan və ona məxsus həmin qızıl əşyaları həmin ünvanda qalmışdır. O, 2-ci dəfə oktyabr ayında qayıtdıqda paltarlarını götürmüşdür və qızılları axtaranda qızılların olmadığını görmüşdür. Bununla əlaqədar mülkiyyətində olan və ona məxsus həmin qızıl əşyalarının ona qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Qızıl-zinyət əşyalarının ona qaytarılmasına köməklik göstərilməsi üçün tərəfindən Abşeron RPİ-nin Saray PB-nə ünvanladığı və hazırki iddia ərizəmə əlavə etdiyi xx.xx.2022-ci il tarixli müraciət ərizəsi də mövcuddur. Abşeron RPİ-nin Saray PB xx.xx.2022-ci il tarixli cavab məktubunda şikayəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, toylarında iddiaçıya 1 ədəd sep, üzük, qolbaq taxılmışdır. Həmin qızıllar iddiaçıda, evdə olmuşdur. Onlar artıq 8 aydır ki, boşanmışlar. 2022-ci ilin sentyabr ayının 14-dən iddiaçı evdən getmiş, o, iddiaçını əlində çantası ilə yola salmışdır. İddiaçı 1ci dəfə evi tərk edəndə qızıllar evdə olmuş, 1 ay sonra 2-ci dəfə gələndə isə pal-paltarları aparmışdır. Hazırda qızılların kimdə olduğunu bilmir. Lakin onun anası qızılları iddiaçının apardığını bildirmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 ifadəsində bildirdi ki, iddiaçı 1-ci dəfə telefonunu götürüb getmişdir. İddiaçının otağı kilidli deyildi. İddiaçı 2-ci dəfə gedəndən sonra o, otaqda qızılların olmadığını görmüşdür. İddiaçı qızılları özü ilə aparmışdır, qızıllar onlarda deyildir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-5843/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 06 noyabr 2012-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 821 №-si ilə qeyd edilmiş nikahın pozulması, 14 oktyabr 2015-ci il təvəllüdlü X1 boşanmadan sonra İddiaçı (ananın) yanında qalması, Cavabdeh İddiaçı xeyrinə 14 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 manat miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia ərizəsində göstərilən qızıl-zinyət əşyalarının mövcudluğu, qızıl-zinyət əşyalarının dəyəri, həmin əşyaların cavabdehdə olması ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı bununla bağlı izahatlarından başqa hər hansı bir mötəbər sübut təqdim etmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olnduğu kimi iddiaçı izahatından başqa digər mötəbər sübuta istinad etməiyindən məhkəmə həmin izahata tənqii yanaşmışdır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan və ona məxsus həmin qızıl zinyət əşyaları-boyunbağı (sep) 21 qram çəkidə -1995 (manat dəyərində, bilərzik 10 qram çəkidə - 950 manat dəyərində, sırğa və üzük dəsti (komplekt) 15 qram çəkidə -1500 manat dəyərində, qadın üçün brilyant nişan üzüyü 10 qram çəkidə - 1000 manat dəyərində və kişi üçün nişan üzüyü 5 qram çəkidə - 500 manat dəyərində Rusiya istehsalı olan qızıl zinyət əşyalarını, özləri olmadıqda isə cəmi dəyərləri qeyd olunmuş 5945 manatın və tərəfimdən ödənilmiş mediasiya xərci üçün 50 manat və dövlət rüsumuna görə 29,45 manatın Cavabdeh tutularaq ona qaytarılması barədə iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1173/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1173/2023
24.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver