Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1181/2023 14.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X7 Oğuz rayonunun Yaqublu kəndində xx.xx.1988-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi nümayəndəsi-vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X7 Oğuz rayonunun Yaqublu kəndində xx.xx.1988-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum övladı xx.xx.1979-cu il təvəllüdlü X12 xx.xx.1988-ci il tarixdə vəfat etmiş və Oğuz rayonunun Yaqublu kəndində dəfn edilmişdir. Buna dair kənd sakinləri tərəfindən imzalanmış akt tərtib olunmuşdur. Vərəsəlik işi ilə bağlı övladı X9 ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, sözügedən qurumdan xx.xx.2022-ci il tarixli məktubla imtina verilmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Vəkil ərizəni müdafiə edərək ərizəçinin izahatı ilə eyni məzmunlu izahat vermişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, 1988-ci ildə qaçqınlıq düşəndə o, Yerevanda olmuşdur. Həmin rayondan köçüb Kəlbəcərə gələndə oğlu X9 yollarda başına soyuq dəymişdir. Onun oğlu uşaqlıqdan zəif olmuşdur. Uşağı həkimə göstərmiş, həkimlər başına soyuq dəydiyini, başında meningit yarandığını bildirmişlər. Oğlu xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Oğlunun əkiz qardaşı hazırda, yaşayır. O, özü də həmin vaxt xəstələnmiş, Mingəçevirə gələndə artıq polisə müraciət edə bilməmişlər. Ona görə də oğlunun təbii ölüm nəticəsində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, Ərizəçi yoldaşının doğma dayısıdır. O, Oğuz rayonunun Yaqublu kəndində anadan olmuşdur. Ermənistandan 1988-ci ildə qaçqın kimi gəlmişlər. X2 və bunu onlar gec bilmişlər. X7 vəfatı hər hansı bir bədbəxt hadisədən olmamışdır. Uşağın dəfnində o, özü də iştirak etmiş və ərizəçi tərəfindən təqdim edilmiş foto həqiqətən də X9 məxsus olan qəbir daşıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, X6 ilə onun yaxın qonşuluq münasibətləri vardır. X3 oğlu X1 vəfat etmişdir. Ermənistandan 1988ci ildə qaçqınlıq düşəndə uşaq xəstələnmişdir. Uşağın vəfat etməsi tarixini dəqiq xatırlamasa da təxminən, soyuq aylar olardı. Uşaq hər hansı bir bədbəxt hadisə nəticəsində deyil, təbii ölüm nəticəsində vəfat etmişdir. X7 dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi-vəkilinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Xırda Məzrə kənd soveti tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli, İİ-CЛ № 446870 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1979-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 42 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Ərizəçi, anası X4r. -Oğuz rayon, Yaqublu kəndi sakinləri X14, X16, X15 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X6 həqiqətən də, xx.xx.1957-ci il tarixdə Oğuz rayonunun Yaqublu kəndində anadan olmuşdur. 1978-ci ildə Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Kiçik Məzrə kəndinə ərə gəlmişdir. xx.xx.1979-cu il tarixdə onun əkiz oğlanları - X11 və X12, 1982-ci ildə qızı X8 doğulmuşdur. 1988-ci ildə Ermənistan-Azərbaycan arasında yaranmış düşmənçilik nəticəsində 1988-ci ilin noyabr ayında X6 ailəsi ilə birlikdə ata yurdu olan Oğuz rayonunun Yaqublu kəndinə gəlmişdir. Əkizlərdən biri olan X12 valideynlərinin dediyinə görə 5 yaşı olanda başına soyuq olmuş və iflic xəstəliyinə tutulmuşdur. Ermənistan SSR-dən gələndə yolda keçirdikləri əzabəziyyətin nəticəsində X12 xx.xx.1988-ci il tarixdə Oğuz rayonunun Yaqublu kəndində vəfat etmiş və Yaqublu kəndinin qəbiristanlığında dəfn edilmişdir. Sonradan, X3 ailəsi Mingəçevir şəhərinə köçmüşdür. X12 Azərbaycan Respublikasında heç bir yerdə qeydiyyatda olmadığına görə ona ölüm haqqında şəhadətnamə ala bilməmişlər. X5 rayonunun Yaqublu kəndində vəfat etmiş və Yaqublu kənd qəbiristanlığında dəfn edilmişdir. Bu hadisəni həmin dövrdə yaşayan bütün kənd sakinləri də təsdiq edə bilər. -Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-2608/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Yaqublu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-17/2023 saylı arayışdan görünür ki, həqiqətən, X6 xx.xx.1957-ci il tarixdə Oğuz rayonu (keçmiş Vartaşen) Yaqublu kəndində doğulmuşdur. 1978-ci ildə Ermənistan SSR-nin Vardenis rayonunun (Basarkeçər) Kiçik Məzrə kəndinə ərə gəlmişdir. Onun 3 övladı olmuşdur. Məlum hadisələr nəticəsində Ermənistandan deportasiya olunaraq 1988-ci ilin noyabr ayının əvvəllərində ata yurdu olan Yaqublu kəndinə gəlmişlər. Övladlarından biri X12 Ermənistandan gələrkən yolda çəkdiyi əzab-əziyyət nəticəsində xəstələnmiş, xx.xx.1988-ci il tarixdə vəfat etmiş və Yaqublu kənd qəbiristanlığında dəfn olunmuşdur. Həmin vaxt onlar Ermənistan vətəndaşı olduğu üçün ölüm kağızı ala bilməmişlər. Bu ölüm hadisəsini Yaqubluda yaşayan, yaşı 40-dan yuxarı olan vətəndaşlar təsdiqləyə bilər. -Ərizəçi tərəfindən təqdim olunmuş fotoşəkildən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X12 dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Abbasov X10 rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 88 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X12 ərizəçinin oğlu olmuş, sonuncu xx.xx.1988-ci il tarixdə halı pisləşdiyindən (xəstələndiyindən) vəfat etmiş və X7 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X7 xx.xx.1988-ci il tarixdə Oğuz rayonunun Yaqublu kəndində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin oğlu X12 xx.xx.1988-ci il tarixdə Oğuz rayonunun Yaqublu kəndində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1979-cu il tarixdə anadan olmuş X7 xx.xx.1988-ci il tarixdə Oğuz rayonunun Yaqublu kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə anadan olmuş X7 xx.xx.1988-ci il tarixdə Oğuz rayonunun Yaqublu kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1181/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1181/2023
14.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver