Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1183/2021 18.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, atası X4 07.11.2020ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində xəstəlik səbəbindən vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, 16.02.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş atası X12 07.11.2020-ci il tarixə qədər ailə üzvləri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi, H.Z.Tağıyev küçəsi 5A saylı evdə yaşamışdır. Atası 07.11.2020-ci il tarixdə həkim gələnə qədər vəfat etmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ Təcili və X6 şöbəsinin həkimi atasının ölümünü təsdiq etmiş və bu barədə arayış vermişdir. Atası 07.11.2020-ci il tarixdə Abşeron rayon Saray qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Zəruri sənədləri Maraqlı şəxsnə təqdim etsə də atasının ölümünü qeydiyyata almaqdan imtina etmiş və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Atasının vəfat etməsi faktı onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ölum faktını şahidlər Babazadə Rüstəm, Qəniyev Emin və Məmmədov Rövşən təsdiq edə bilərlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Mаrаqlı şəхs, Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudur. X1 Bağır Kamran oğlunun atasıdır. O, 07.11.2020-ci il tarixdə səhər 8-9 radələrində qonşusu K.Ərizəçi vəziyyətinin pis olduğu, sonradan infarkt və beyninə qansızma səbəbindən vəfat etdiyini bilmişdir. Abşeron rayonu Saray qəsəbəsində dəfn olunandan sonra pandemiya ilə əlaqədar olaraq geniş yas mərasimi olmamış, sadəcə ev şəraitində yaxın qohum-qonşuların iştirak etdiyi məclis keçirilmiş, o da qonşu kimi həmin tədbirdə etmişdir. Ərizəçinin atasının vəfatı bədbəxt hadisə və hər hansı bir kənar müdaxilə nəticəsində olammışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Ərizəçi ilə yaxın dost, eyni zamanda eyni məktəbdə oxuyurlar. Birbirilərinin evinə gediş-gəlişləri var. Bu səbəbdən də ərizəçinin atası X8 yaxından tanıyırdı. 07.11.2020-ci il tarixdə səhər saatlarında ərizəçinin qonşusu X13 ona zəng edərək ərizəçinin atasının vəziyyətinin pis olduğunu bildirmişdir. O, dərhal hadisə yerinə gedəndə ərizəçinin atasının təcili tibbi yardım maşını ilə aparıldığını öyrənmiş, lakin yolda artıq vəfat etmişdir. Həmin gün ərizəçinin atası Abşeron rayon Saray qəbiristanlığında dəfn olunmuş, pandemiya ilə əlaqədar olaraq yas mərasimi evdə qonumların və yaxınların iştirakı ilə keçirilmiş, bu səbəbdən də ev şəraitində keçirilmiş məclisdə o da iştirak etmişdir. Ərizəçinin atası bədbəxt hadisə və kənar təsir nəticəsində nəticəsində vəfat etməmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AA1405383 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 16.02.1970-ci il tarixdə anadan olmuşdur. -Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.10.1996-cı il tarixli, № 472338 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1959 nömrə ilə qeydiyyat aparılmış, atası X12, anası X3r. -Təcili və X6 Stansiyası 07.11.2020-ci il tarixli xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 07.11.2020-ci il tarixdə ünvan 1 küçəsi 5 A saylı ev ünvanına 1970-ci il təvəllüdlü X4 adına çağırış daxil olmuş, saat 08:16 radələrində həkiməqədərki ölüm, kişi cinsindən olan meyid aşkar edilmiş, zorakılıq əlamətləri olmamışdır. -Abşeron rayon Saray Bələdiyyəsi tərəfindən verilmiş 11.11.2020-ci il tarixli 446 saylı arayışdan görünür ki, vətəndaş Ərizəçi atası X12 həqiqətən də 07.11.2020-ci il tarixdə rəhmətə getmiş və Abşeron rayon Saray qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. -Ədliyyə Nazirliyi Maraqlı şəxs 11.11.2020-ci il tarixli 05/Q-1282/15 saylı məktubundan görünür ki, X4 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Maraqlı şəxsndə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi ölümün qeydə alınması imkan xaricindədir. -4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin arayışından görünür ki, mərhum X2 rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi H.Z.Tağıyev küçəsi 5a saylı ev ünvanında yaşamışdır. -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X16 Ərazi Bölmələrini İdarəetmə Birliyi Abşeron Rayon X9 Hüquqi Şəxsinin 03.12.2020-ci il tarixli 1941 saylı məktubundan görünür ki, Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. K.Bağırovun ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etməməsinə görə onun adına "ölüm haqqında tibbi şəhadətnamə” tərəflərin verilmir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə Bilavasitə Tabe Olan 2 №-Li Poliklinikanın 02.12.20200-ci il tarixli 240-1011-1220 saylı məktubundan görünür ki, təqaüdçü X4 “Ölüm haqqında şəhadətnaməsinin verilməsi" , Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın təsdiq edilməsi barədə 31.01.2018ci il tarixli 05 №li Qərarın 4.4.5 -ci bəndinə əsasən səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X12 ərizəçinin atası olmuş, sonuncu 07.11.2020-ci il tarixdə səhər saat 08:16-da ev şəraitində vəfat etmiş, lakin buna baxmayaraq X4 ölüm faktı ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydiyyat aparılmamışdır. X4 ölüm faktı, ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X4 07.11.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin atası X12 07.11.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində xəstəliyi nəticəsində vəfat etmişdir. Təcili və X6 Stansiyası 07.11.2020-ci il tarixli xəbərdarlıq vərəqəsində X5 zorakılıq əlamətləri olmadığı və həkiməqədərki ölüm baş verdiyi qeyd edilmişdir ki, ölümün şəxsin kənar təsir nəticəsində deyil bioloji ölüm nəticəsində vəfat etməsini bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 16.02.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 07.11.2020-ci il tarixdə ünvan 1 küçəsi 5a saylı evdə vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.02.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 07.11.2020-ci il tarixdə ünvan 1 küçəsi 5a saylı evdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1183/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1183/2021
18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver