Məhkəmə qərarları › İş №2(012)-1190/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1190/2021

05.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1190/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl zinyət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlak tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən aşağıdakı cehiz əşyalarının və qızıl-zinət əşyalarının: yataq dəsti - 5 ədəd, taxt, tumba-2 ədəd, patar dolabı -1 ədəd, termo güzgülü -1 ədəd, uşaq çarpayısı – 1 ədəd, stol -1 ədəd, stul - 6 ədəd, televizor tv sted -1 ədəd, şüşəli dolab - 1 ədəd, termo - 1 ədəd, divan- 1 ədəd, kreslo 2 ədəd, lüstur- 4 ədəd, tozsovuran- 1 ədəd, ütü -1 ədəd, ütü stolu -1 ədəd, ətçəkən maşın -1 ədəd, aspirator- 1 ədəd, mikser -1 ədəd, boşqablar - 88 ədəd, çəngəl - 12 ədəd, qaşıq-12 ədəd, fincannəlbəki (6) çaynik dəsti -1 dəst, fincan dəst (12 ədəd), su üçün xurustal dolça və 6 fincanı, kofe dəsti - 6 ədəd, mürəbbə qabı -2 ədəd, konfet qabı - 2 ədəd, güldan - 2 ədəd, xurustal stəkan - 12 ədəd, nəlbəki mavi rəngli - 12 ədəd, xurustal armudu stəkan - 6 ədəd, butalı stəkan nəlbəki - 6 ədəd, razetka - 6 ədəd, işləməli çay dəsmalı - 3 ədəd, xurustal mürəbbə qabı - 2 ədəd, su üçün sarı stəkan - 12 ədəd, 4 dəstli qırmızı şüşə qapaqlı qazan, üçlük kapron qab, aşsüzən -3 ədəd, dərin qab-2 ədəd, çörək qabı-1 ədəd, xrustal duz qabı-6 ədəd, xrustal qənd qabı, xrustal qapaqlı qənd qabı-2 ədəd, çay qaşığı-12 ədəd, kapron içi şüşəli duz qabı-2 ədəd, içi şüşəli şəkər tozu qabı və salfetka qabı, balış-10 ədəd, yorğan-7 ədəd, döşək-5 ədəd, balaca döşək-4 ədəd, prostina və yorğan üzü - 5 ədəd, balış üzü -10 ədəd, xa l ç a - 2 ədəd, Ədyal - 6 ədəd (4 böyük. 2 kiçik), əl işləmələri, sap və sap qabları, rəngli parçalar, uşaqların geyimləri və uşaqlara aid olan qutu, 6 fincanlı su qabı, Diplom və digər sənədlər, uşaqların və onun fotoları, bir dəst sırğa alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, İddiaçı ilə Cavabdeh nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 27 avqust 2018-ci il təvəllüdlü X2 və 06 iyun 2017ci il təvəllüdlü X1 adlı uşaqları anadan olmuşdur. Aralarında olan nikah münasibətləri faktiki olaraq mövcud deyildir. İddiaçı artıq bir müddətdir ki, atasının evinə qayıtmışdır. Uşaqlar iddiaçının himayəsində yaşayırlar. Onların arasında olan nikah hazırda formal xarakter daşıyır, birgə təsərrüfat idarə etmirlər. Uşaqlar onun himayəsində qalmalıdırlar. İddiaçıya məxsus olan cehiz əşyalar cavabdehə məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evindədir. Odur ki, göstərilənləri nəzərə alaraq yuxarıda qeyd olunan cehiz əşyalarının və qızıl-zinət əşyalarının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh bir dəst sırğanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini azaldılmış həcmdə qəbul etdiyini bildirərək iddia tələbini azaldılmış həcmdə təmin edilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş Əliyev Nazim məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh atasıdır. İddia tələbində qeyd olunan bir dəst sırğanı lombarda qoyaraq pul götürmüşdür. Lombarda iki dəst sırğa qoymuşdur. Bir dəst arvadına və bir dəst iddiaçıya məxsus sırğaya görə 650 manat pul götürmüşdür. Ehtiyacı olduğu üçün iddiaçının razılığı ilə sırğaları girov qoymuşdur. Bir aya borcu verib sırğanı götürərək qaytaracaqdır. Məhkəmə, proses iştirakçılarını və şahidi dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu yerdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş fotoşəkillərdən görünür ki, həmin fotoşəkillərdə iddiaçının üzərində bir dəst sırğa və barmağında bir ədəd üzük əks olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 27 avqust 2018-ci il təvəllüdlü X2 və 06 iyun 2017-ci il təvəllüdlü X1 adlı uşaqları anadan olmuşdur. Aralarında olan nikah münasibətləri faktiki olaraq mövcud deyildir. İddiaçı artıq bir müddətdir ki, atasının evinə qayıtmışdır. Uşaqlar iddiaçının himayəsində yaşayırlar. Onların arasında olan nikah hazırda formal xarakter daşıyır, birgə təsərrüfat idarə etmirlər. İddiaçıya məxsus qızıl-zinət əşyalarının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh bir dəst sırğanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında öz izahatında iddia tələbinin azaldılması həcmdə qəbul etdiyini bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Beləliklə işin araşdırılan hallarından, tədqiq olunmuş sübutlardan, şahid ifadəsindən və ən əsası cavabdehin iddianı qəbul edtməsi barədə ərizəsindən görünür ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə məhkəmə işin yuxarıda qeyd edilən işin faktiki hallarını, habelə cavabdehin etirafını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslıdır, bir dəst sırğa Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bir dəst sırğa Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumuna görə pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar