Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1191/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü X3 Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə, 7 saylı evin 47 saylı mənzilində xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü X3 Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə, 7 saylı evin 47 saylı mənzilində xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum oğlu xx.xx.1971-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə ürək tutmasından vəfat etmişdir. Belə ki, Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsinə əsasən, xx.xx.2022-ci il tarixdə saat 23:43-də X3 həkimə qədər ölməsi halı müəyyən edilmişdir. Mərhum oğlu vəfat etdiyi gün dostu ilə görüşmüş, ona özünü pis hiss etdiyini, daha sonra dostugilə gedərək bir az uzanmaq istədiyini bildirmişdir. Dostu çay dəmləyərək gətirmiş, oğlunu oyatmaq istədikdə oyanmadığını görmüş və dərhal həkimə, ona məlumat vermişdir. Belə ki, verilmiş arayışdan və şəkillərdən də görünür ki, oğlu Xırdalan Bələdiyyəsinin tabeliyində olan Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. Oğlunun adının sistemdə qalması qanunvericiliyin tələblərini kobud şəkildə pozur. Bu səbəbdən, aidiyyəti qaydada Maraqlı şəxsnə getsə də imtina cavabı verilmişdir. Oğlunun hepatit xəstəliyi var idi və həmin xəstəlikdən əziyyət çəksə də imkan daxilində ev şəraitində müalicə alırdı. Oğlunun hələ başdaşı götürülməmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Ərizəçi onun nənəsi və mərhum X6 isə onun atasıdır. Atası evdən çıxmış, sonradan xəbər olmuşdur ki, atası özünü pis hiss etmişdir. Atası serroz xəstəliyindən əziyyət çəkmiş və həkim ona 5 il müddət təyin etmişdir. Atası dostugilə getmiş və dostunun evində vəfat etmişdir. Onlar xəbər gəldikdən sonra həmin ünvana getmiş, sonradan təcili tibbi yardım çağırmışlar. Atasının üzərində hər hansı bir zorakılıq əlamətləri aşkar edilməmiş, ölümü tamamilə təbii hadisə olmuşdur. Atasının yas mərasimləri 9-cu mikrorayonda və Biləcəridə xeyir-şər mərasimində olmuşdur. Ondan savayı, bir qardaşı da var. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Təcili və X5 X2 görünür ki, X3 adına həmin tarixdə saat 23:43 radələrində ünvan 1 ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm halı aşkar edilmiş, kişi cinsindən olan meyid üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir. -Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-22539/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli XB-180 saylı arayışdan görünür ki, X9 atası X6 xx.xx.2022-ci il tarixdə Xırdalan Bələdiyyəsinin tabeliyində olan Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. -İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə X13 Şəxs Abşeron Rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/6.20-2-2022-1023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. N.Rzayevin ölümünün baş vermə səbəbi məlum olmadığından görə “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Ərizəçi tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X6 dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X1 rayonu Xırdalan şəhəri 20-ci məhəllə, 2 saylı evin 50 saylı mənzilində qeydiyyatda olmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Rzayeva X7 rayonu Xırdalan qəsəbəsi 28-ci məhəllə, 4 saylı evin 48 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X6 ərizəçinin oğlu olmuş, sonuncu xx.xx.2022-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X3 ölüm faktı ərizəçinin izahatı və şahid ifadəsi ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahid məhkəməyə verdiyi ifadəsində X3 xx.xx.2022ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə, 7 saylı evin 47 saylı mənzilində vəfat etməsini təsdiq etmişdir. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadəsi ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin oğlu X6 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə, 7 saylı evin 47 saylı mənzilində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadəsini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1971-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə, 7 saylı evin 47 saylı mənzilində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə, 7 saylı evin 47 saylı mənzilində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1191/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1191/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver