Məhkəmə qərarları › İş №2(012)-12/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-12/2024

29.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-12/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin geri qaytarılması, mülkiyyət hüququnun bərpa edilməsi və özbaşına tikilmiş fərdi yaşayış evlərinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin geri qaytarılması, mülkiyyət hüququnun bərpa edilməsi və özbaşına tikilmiş fərdi yaşayış evlərinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatına məxsus 0,4296 ha kənd təsərrüfatı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, özbaşına tikilmiş fərdi yaşayış evlərinin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-637/2021 saylı qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin mütəxəssisləri cəlb edilməklə ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməklə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası MPMnin 255.0.5-ci maddəsinə əsasən mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4431 saylı məktubu Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin məktuba əsasən vəsatət təmin edilmədiyindən Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-637/2021 saylı qərardadına əsasən, iddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin geri qaytarılması, mülkiyyət hüququnun bərpa edilməsi və özbaşına tikilmiş fərdi yaşayış evlərinin sökülməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli üçün tikinti-texniki ekspertizasının keçirilməsi zəruri olduğundan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-637/2021 saylı qərardadı icra edilməsi üçün yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qərara alınmış və iş üzrə rəy alınanadək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/719 saylı məktubu Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin məktuba əsasən vəsatət təmin edilmədiyindən Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestr Xidmətinin PHŞ-in 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi məhkəməyə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-12/2024 saylı qərardadına əsasən, iddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin geri qaytarılması, mülkiyyət hüququnun bərpa edilməsi və özbaşına tikilmiş fərdi yaşayış evlərinin sökülməs tələbinə dair iddia ərizəsi üzrə icraat təzələnmişdir. İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb belə qənaətə gəlir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 260.3. maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə qeyd edir ki, hazırki mülki işin baxılmamış saxlanılması barədə ərizə daxil olduğundan ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin geri qaytarılması, mülkiyyət hüququnun bərpa edilməsi və özbaşına tikilmiş fərdi yaşayış evlərinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 11:04-də (qəbz nömrəsi: 6********) ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar