Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-101/2025 16.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MMMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 84 ünvanında qanunsuz inşa edilmiş tikintinin onun öz hesabına sökülməklə, cavabdehin həmin ünvanda "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin iştirakçılarının ümumi paylı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması; iddiaçının hüquqi xidmətə görə ödədiyi 300 manatın və 100 manat dövlət rüsumunun (cəmi 400 manat) əvəzinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti 84 ünvanında yerləşən "xxxx" MTK-nın payçısı olmuş və hazırda onun idarəedicisi "xxxx" MMMCnin iştirakçısıdır. Həmin ərazidə Cavabdeh məxsus tikili onun hüquqlarını pozur. İddia tələbi ilə razı deyil və hesab edir ki, iddia tələbi rədd edilməlidir. İlk öncə tikilinin qanunsuz olması barədə iddiaçının dediklərinin hüquqi əsası yoxdur. Belə ki, Cavabdeh "xxxx" MTK-nın payçısı olmuş və bu əsasla ona qeyd edilən qeyri-yaşayış sahəsi ayrılmışdır. Qeyd edilən faktlar preyudisial əhəmiyyətli məhkəmə qərarında (Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3386/2013 saylı) öz əksini tapmışdır. Bundan başqa həmin tikili heç kimin, o cümlədən "xxxx" MMMC-nin və onun iştirakçılarının hüquqlarını pozmur. Hətta həmin qeyri-yaşayış sahəsi abadlaşdırılan və təmir edilən zaman "xxxx" MMMC-nin və onun iştirakçılarının, qanuni təmsilçilərinin razılığı alınmışdır. "xxxx" MMMC-nin qanuni təmsilçiləri, o cümlədən İdarə heyətinin sədri, üzvləri, komendantı və digər iştirakçıları (sakinləri) tərəfindən imzalanaraq möhürlənmiş aktdan da göründüyü kimi onlar qeyd edilən qeyri-yaşayış sahəsinin abadlaşdırılmasına və təmirinə etiraz etmirlər, hətta Cavabdeh tərəfindən "xxxx" MMMC-nin müəyyən problemlərinin həllində köməklikdə edilmişdir. Göründüyü kimi İddiaçı hazırkı iddia üzrə subyektiv hüquqi yoxdur, ərizəsində qeyd edilənlərin hüquqi əsası yoxdur və Cavabdeh məxsus tikili onun hüquqlarını pozmur. İddiaçının tələbi ilə bağlı sübutlar da iddia ərizəsinə əlavə edilməmiş, hətta iddiaçı məhkəməyə "xxxx" MMMC-nin reyestr məlumatları barədə qüvvədən düşmüş sənəd təqdim etmişdir. Bu səbəbdən də hesab edir ki, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2905/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 84 ünvanında "xxxx" MMC-nin ümumi istifadəsində (mülkiyyətində) olan torpaq sahəsindən cavabdeh tərəfindən hər hansısa bir sahə zəbt edilib-edilməməsini, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 84 ünvanında "xxxx" MMC-nin ümumi istifadəsində (mülkiyyətində) olan torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti aparılıbaparılmamasını müəyyən etmək xüsusi bilik tələb edildiyinə görə, iş üzrə məhkəmə-mühəndis texniki ekspertizası təyin olunmuş, ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2905/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə təkrar məhkəmə-tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2905/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Daha sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə məhkəməmühəndis-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Bundan sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq, iddiaçının iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə elektron ərizə ünvanlayaraq, iddiaçının iddiadan imtinasını qəbul edib, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Maliyyə İdarəsi tərəfindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 (SWİFT:AİİBAZ2X; Hesablaşma hesabı:AZ15AİİB********************) qaytarılmalı, iş üzrə 03 aprel 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat və 15 sentyabr 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməli və iş üzrə 15 dekabr 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul vəsaiti İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Maliyyə İdarəsi tərəfindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 (SWİFT:AİİBAZ2X; Hesablaşma hesabı:AZ15AİİB********************) qaytarılsın. İş üzrə 03 aprel 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat və 15 sentyabr 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə 15 dekabr 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yzü) manat pul vəsaiti İddiaçı aid edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-101/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-101/2025
16.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver