Məhkəmə qərarları › İş №2(103)-4220/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4220/2025

21.08.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-4220/2025 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil Mehdi oğlunun, cavabdeh cavabdeh1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı “torpaq sahəsinin naturada bölünməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin *(***)-*/**** saylı, # ### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan, ünvan 2 ünvanda yerləşən 0,127920 ha torpaq sahəsi üzərində cavabdeh cavabdeh3 tikdiyi iki mərtəbəli ev və digər tikililərin sökülməsi, paylı mülkiyyətdə olan, ünvan 2 ünvanda yerləşən 0,127920 ha torpaq sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, cavabdeh2 vəfat etmiş, onun varisi olan cavabdeh1 ikinci cavabdeh kimi tanınmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,127920 ha torpaq sahəsi onun, cavabdehlər, cavabdeh3 və cavabdeh2 hər birinin 2/6 hissədən ibarət olmaqla bərabər paylarla ümumi birgə mülkiyyətindədir. Cavabdehlərdən cavabdeh3 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən onların iradəsinin ziddinə olaraq təkbaşına istifadə edir. Torpaq sahəsində özbaşına müxtəlif tikililər aparıb və torpaq sahəsində müxtəlif toyuq və quşlar saxlamaqla, müxtəlif əkin işləri aparmaqla qazanc əldə edir. Onların torpaq sahəsindən istifadə etməyinə qanunsuz hərəkətləri və təyiqlə imkan vermir və faktiki olaraq da onlar mülkiyyətdə olan torpaq sahəsindən məhrum edilmişlər. Belə ki, cavabdeh3 qanunsuz olaraq, ümumi mülkiyyətdə olan torpaq sahəsini zəbt edərək iki mərtəbəli qanunsuz ev tikmişdir, torpaq sahəsinin qalan hissəsində isə təsərrüfat xarakterli tikililər tikmiş və digər hissəsində isə əkin işləri apararaq gəlir əldə edir. Torpaq sahəsindən əldə edilən bəhrəni digər mülkiyyətçilərin hüquqlarını pozaraq özü əldə edir. Digər cavabdeh, cavabdeh2 da eyni əsaslarla qeyd edilən torpaq sahəsinin mülkiyyətçisidir. Lakin, o, bir neçə ay əvvəl vəfat etmişdir. Bu səbəbdən də cavabdeh cavabdeh3 qanusuz olaraq torpaq sahəsinə tam sahiblik edir. Qeyd edilən səbəblərə görə cavabdehlərlə ümumi birgə müliyyətdə olan torpaq sahəsinin naturada bölünməsi barəsində nəinki razılığa gələ bilmir, həmin şəxslərlə torpaq sahəsinin naturada bölünməsi barəsində danışıqlar aparılması belə mümkün deyildir. Cavabdeh cavabdeh3 qanunsuz, kobud və təhqirdedici hərəkətləri mülkiyyətçi kimi onun mülkiyyətindən istifadə etməyi mümkünsüz haldadır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-7/2025 saylı # ### 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində cavabdeh cavabdeh3 təkbaşına istifadə edir və digər mülkiyyətçiləri, o cümlədən onu torpaq sahəsinə buraxmır və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Qeyd edilən əsaslara görə də torpaq sahəsinin naturada bölünməsi barəsində məhkəməyə müraciət edilmişdir. O, öz mülkiyyət hüququndan digər cavabdeh Hacıyev Heydərlinin qərəzli və qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur. Göründüyü kimi, məhkəmə faktiki olaraq şəxsi mülkiyyət hüququndan məhrum edilmişdir. Məhkəmə qətnamədə yalnız ekspertiza və mütəxəssis rəyinə istinad edərək qətnamə çıxarmışdır. Ekspertiza və mütəxəssis rəyindən görünür ki, rəylər tam deyil, əmlakın bölünməsi və bölünməməsinin əsaslandırılması yoxdur. Belə ki, ##.##.2024-cü il tarixli mütəxəssis rəyində göstərilir ki, 0,12792 ha torpaq sahəsi üzərində 49,2 kv.m sahəsi olan fərdi yaşayış evi vardır və həmin ev vahid konstruksiyalı olduğuna görə bölünə bilməz. Lakin torpaq sahəsinin bölünməsi barəsində ümumiyyətlə heç nə yoxdur. Tikinti-texniki ekspertin **/**** saylı ##.##.2025-ci il tarixli rəyi isə ümumiyyətlə ziddiyyətlidir. Rəydə göstərilir ki, E.Hüseynov küçəsi 45 ünvanda yerləşən 0,127920 ha torpaq sahəsinin üç hissəyə (hər biri 2/6 hissə olmaqla) naturada bölünməsinin tikinti-texniki ekspertizasını həll metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı və ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. 0,127920 ha torpaq sahəsindən cavabdeh3 aid 2/6 hissədə payın onun tərəfindən inşa edilmiş ev və digər tikililər birlikdə naturada ayrılmasının mümkün olmadığı müəyyən olunur. Lakin, mübahisə predmeti olan torpaq sahəsində mövcud olan faktiki bölgü 2/6 hissə paydan kənara çıxmaqla məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə uyğundur. Rəyin məzmunundan belə nəticə çıxarmaq olar ki, ekspert cavabdeh cavabdeh3 tikdiyi evin faktiki olaraq ümumi mülkiyyətdə olan torpaq sahəsinin 2/6 hissəsində yerləşdiyi müəyyən edilibdir. Həmin hissə çıxıldıqdan sonra qalan hissənin bölünməsi mümkündür. Qeyd edilən ev cavabdeh cavabdeh3 tərəfindən ümumi mülkiyyətdə olan torpaq sahəsində digər mülkiyyətçilərin razılığı və xəbəri olmadan özbaşına tikdiyi evdir ki, iddia ərizəsində həmin evin sökülməsi də tələb edilir. Lakin məhkəmə tikilmiş həmin evin sökülməsi tələbinə isə münasibət bildirməmişdir. Ekspert rəyinin aydın olmaması və tam olması nəzərə alınaraq, ekspertin məhkəməyə çağırılaraq rəyə aydınlıq gətirilməsi barəsində vəsatəti əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasıın iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh2 aid hissədə ləğv edilməklə, həmin hissədə mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə isə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xitam edir. Beləliklə, şəxsin ölümü ilə onun fiziki şəxs kimi hüquq qabiliyyəti, eləcə də Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində nəzərdə tutulmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcudluğunu itirir. Başqa sözlə, insanın ölümü ilə onun fiziki şəxs statusu da sona çatır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Bu baxımdan, mülki prosesdə cavabdeh qismində yalnız mövcud olan fiziki və ya hüquqi şəxs çıxış edə bilər. Ölmüş şəxs isə artıq fiziki şəxs hesab olunmadığından, onun prosessual hüquq və fəaliyyət qabiliyyəti mövcud deyildir. Bu səbəbdən, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi və onun cavabdeh qismində mülki prosesə cəlb edilməsi hüquqi baxımdan mümkün deyildir. Deməli, ölmüş şəxsə qarşı verilmiş iddia ərizəsinə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılması da mümkün hesab edilə bilməz. Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddia ərizəsində cavabdeh qismində cəlb edilmiş cavabdeh2 iddia ərizəsinin məhkəməyə verilməsindən (##.##.2025-ci il tarixdə) əvvəl, yəni ##.##.2023-cü il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə kollegiyası cavabdeh cavabdeh2 aid hissədə belə qənaətə gəlir ki, ölmüş şəxsə qarşı iddianın irəli sürülməsi, həmin şəxsin məhkəmə tərəfindən tərəf kimi qəbul edilməsi və mübahisəyə ona münasibətdə mahiyyəti üzrə baxılması prosessual baxımdan mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-7/2025 saylı # ### 2025-ci il tarixli cavabdeh cavabdeh2 aid hissədə ləğv edilməli, həmin hissədə mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-7/2025 saylı # ### 2025-ci il tarixli qətnaməsi qismən - cavabdeh cavabdeh2 aid hissədə ləğv edilsin. Həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Rəna Qafarova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar