Məhkəmə qərarları › İş №2(3-6)-71/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-71/2026

23.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-71/2026 23.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Dadaşkişi qızının Maraqlı şəxs3, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, maddi zərər, əldən çıxmış fayda, hüquqi yardım xərci və dövlət rüsumunun tutulması” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(006)-169/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-169/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, İddiaçına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 223, 225 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın qarşısında yerləşən özbaşına tikilmiş metal-şüşə konstruksiyanın tam şəkildə Cavabdeh hesabına sökülməsi, dəymiş maddi ziyana görə 18.000 (on səkkiz min) manat pul vəsaiti və əmlakın icarə haqqının qiymətləndirilməsi üçün çəkilmiş xərc - 500 (beş yüz) manatın Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilməsi, ödənilmiş 558 (beş yüz əlli səkkiz) manat dövlət rüsumunun 244 (iki yüz qırx dörd) manat hissəsinin Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manatın 250 (iki yüz əlli) manat hissəsinin Cavabdeh, 250 (iki yüz əlli) manat hissəsi İddiaçından tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) və aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsinin Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (Dövlət xəzinədarlığı Agentliyi, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən ilk öncə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən, daha sonra isə iddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətləri məhkəməyə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 6036/2025 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-169/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-169/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən xx.xx.2025ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti və şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 169/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən tərəflərindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-169/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin elektron kabinetə yerləşdirilməsinə dair məktub 25 avqust 2025-ci il tarixli olduğuna görə prosessual müddəti ötürülmədən şikayəti vermiş hesab etmişlər. Lakin iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərildikdən sonra apellyasiya şikayəti prosessual müddətin ötürülməsi səbəbilə geri qaytarılmışdır. Məlum olmuşdur ki, qətnamənin yerləşdirilməsinə dair bildirişlə rəsmi məktubun tarixləri fərqli olduğuna görə müddət ötürülüb. Odur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-169/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasının səbəbi üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi, şikayətə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-169/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 169/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilsin və həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(006)- 169/2025 saylı qərardadından şikayət təqdim etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qərardadı hüquqaziddir. Belə ki, iddiaçının və onun nümayəndəsi (vəkili) tərəfindən verilmiş dəlillərdən asılı olmayaraq, tərəf məhkəmə qətnaməsinin xx.xx.2025-ci il tarixdə qəbul etdiklərini apellyasiya şikayətində göstərmişlər. Halbuki, sözügedən qətnamə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Bununla da məhkəməni lap qabaqcadan bilə-bilə aldatmağa çalışmışdırlar. Apellyasiya şikayəti peşəkar vəkil tərəfindən tərtib olunduğundan, prossesual müddətlərin başlama və bitmə tarixləri ona bəllidir. Digər tərəfdən müddətin bərpası üçün iddiaçı tərəfindən hər-hansı üzrlü səbəb göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə Maddə 72 İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin MPM-in 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, məhkəmənin sözügedən qərardadı ilə məhkəmə faktiki olaraq qanunu bilməməyi üzrlü səbəb kimi qəbul edir. Bu isə öz növbəsində məhkəmənin mövcud prossesual hüquqlarından sui-istifadəsi halı kimi qiymətləndirilməlidir. Yekunda, məhkəmənin prossesual hüquqdan öz mülahizəsi əsasında sui-istifadəsi, cavabdehin hüquqlarının tapdalanması ilə nəticələnir və onun ədalət mühakiməsinə olan etimadını sarsıdır. Hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-169/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, «özbaşına tikilinin sökülməsi, maddi zərər, əldən çıxmış fayda, hüquqi yardım xərci və dövlət rüsumunun tutulması» tələbi üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. İş materiallarından göründüyü kimi Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “Azemis” Elektron məhkəmə informasiya sistemindən Çıxarışdan göründüyü kimi məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsinə (vəkilinə) məxsus şəxsi elektron kabinetə yerləşdirilmiş, lakin məhkəmə tərəfindən tərəfin elektron kabinetinə sistem üzərindən bildiriş məktubu xx.xx.2025-ci il tarixdə hazırlanaraq yerləşdirilmişdir, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayəti verilməsi müddəti xx.xx.2025-ci il tarix əsas götürülməklə hesablanmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Odur ki, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2025-ci il tarixini əsas göstərməklə apellyasiya şikayətini qanunvericlikdə nəzərdə tutulmuş müddətdə, yəni 1 ay müddətində (apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir) verdiyindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verməsi üçün prosessual müddətin bərpa edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-169/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Məhəmməd Rüstəmli Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar