Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-7/2025 06.05.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X14 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1, Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin naturada bölünməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan, ünvan 1 ünvanda yerləşən 0,127920 ha torpaq sahəsi üzərində Cavabdeh1 tikdiyi iki mərtəbəli ev və digər tikililərin sökülməsi, paylı mülkiyyətdə olan, ünvan 1 ünvanda yerləşən 0,127920 ha torpaq sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 0,127920 ha torpaq sahəsi onun, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 hər birinin 2/6 hissədən ibarət olmaqla bərabər paylarla ümumi birgə mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən onların iradəsinin ziddinə olaraq təkbaşına istifadə edir. Torpaq sahəsində özbaşına müxtəlif tikililər aparıb və torpaq sahəsində müxtəlif toyuq və quşlar saxlamaqla, müxtəlif əkin işləri aparmaqla qazanc əldə edir. Onların torpaq sahəsindən istifadə etməyinə qanunsuz hərəkətləri və təyiqlə imkan vermir və faktiki olaraq da onlar mülkiyyətdə olan torpaq sahəsindən məhrum edilmişlər. Belə ki, Cavabdeh1 qanunsuz olaraq, ümumi mülkiyyətdə olan torpaq sahəsini zəbt edərək iki mərtəbəli qanunsuz ev tikmiş, torpaq sahəsinin qalan hissəsində isə təsərrüfat xarakterli tikililər tikmiş və digər hissəsində isə əkin işləri apararaq gəlir əldə edir. Torpaq sahəsindən əldə edilən bəhrəni digər mülkiyyətçilərin hüquqlarını pozaraq özü əldə edir. Digər cavabdeh, Cavabdeh2 da eyni əsaslarla qeyd edilən torpaq sahəsinin mülkiyyətçisidir. Lakin, Cavabdeh2 bir neçə ay əvvəl vəfat etmişdir. Bu səbəbdən də Cavabdeh1 qanusuz olaraq torpaq sahəsinə tam sahiblik edir. Qeyd edilən səbəblərə görə cavabdehlərlə ümumi birgə müliyyətdə olan torpaq sahəsinin naturada bölünməsi barəsində nəinki razılığa gələ bilmir, həmin şəxslərlə torpaq sahəsinin naturada bölünməsi barəsində danışıqlar aparılması belə mümkün deyildir. Cavabdeh1 qanunsuz, kobud və təhqirdedici hərəkətləri mülkiyyətçi kimi onun mülkiyyətindən istifadə etməyi mümkünsüz haldadır. xx.xx.2025-ci il tarixdə İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh2 vəfat etmişdir. Onun varisi mirası qəbul etmişdir. Cavabdeh2 varisinin 2-ci cavabdeh kimi tanınmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 ünvan 1 ünvanda yerləşən 0,127920 ha torpaq sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsinə etiraz etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan texniki pasportun surətindən görünür ki, Gürgan qəsəbəsi Orjenikidze küçəsi 45 evin sahibi X6r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi, E.Hüseynov küçəsi, 45 saylı evin (yeni qaydalarla: AZ1127, Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi, E.Hüseynov küçəsi 77) torpaq sahəsinin 2/6 hissəsi X3, 2/6 hissəsi İddiaçı, 2/6 hissəsi Cavabdeh1 məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsəsi nəvəsi İddiaçı miras əmlakdan 1/6 irs almalıdır. Miras paydan 6/4 hissəsi açıq saxlanılır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş-.X10 QİZİNİN vərəsəsi: BAKİ ŞƏHƏRİ, NİZAMİ RAYONU, QARA QARAYEV PROSPEKTİ, EV 126, MƏNZİL 45 ünvanında qeydiyyatda olan oğlu X9 (AA2630783, xx.xx.2021 - Asan 4, FİN:1M335H9, d/t:xx.xx.1987) və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdaresi tərəfindən xx.xx.2023 tarixdə X10 QİZİNA verilmiş **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsi, 45 Yeni qaydalarla : AZ 1127, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49.2 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.12792 ha olan torpaq sahəsinin miras qiyana məxsus 2/6 hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********XM30402 olan arayışa əsasən verəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri,Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsi, 45 Yeni qaydalarla : AZ 1127, ünvan 4 ünvanında yerləşən ferdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən 0.12792 ha torpaq sahəsi və üzərində mövcud olan ümumi sahəsi 49.2 kv.m (2 otaq yaşayış sahəsi 28.5 kv.m) olan fərdi yaşayış evi **********43-10301 reyestr nömrəsi ilə İddiaçı (2/6 hissə), Cavabdeh1 (2/6 hissə) və X1 (2/6 hissə) xüsusi mülkiyyətindədir. Göstərilən ərazi qonşu sahə ilə bir hasar daxilindədir. Sözügedən ərazidə əlavə yaşayış evi mövcuddur. Fərdi yaşayış evinin texniki pasportuna əsasən naturada bölünməsi nəzərdə tutulan “A” literli fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olduğundan bölünməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 10/2648 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan 0.127920 ha torpaq sahəsinin üç hissəyə (hər biri 2/6 hissə olmaqla) naturada bölünməsinin məhkəmə tikinti-texniki ekspertizasını Həlli Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyənolunur. ünvan 2 ünvanındı yerləşən, mübahisə predmeti olan 0.127920 ha torpaq sahəsindən X5 aid 2/6 hissədə payın onun tərəfindən inşa edilmiş ev və digər tikililər birlikdə naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin mübahisə predmeti olan torpaq sahəsində mövcud olan faktiki bölgü 2/6 hissə paydan kənara çıxmaqla məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənləri uyğundur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən olunmuşdur. Mülki Məcəllə ümumi mülkiyyəti paylı və birgə mükiyyət olmaqla fərqləndirir. Həmin Məcəllənin 213.2-ci maddəsində təsbit edilmişdir ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllə həmçinin əmlakın paylı və birgə mülkiyyətdə olmasından asılı olaraq ona sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi qaydalarını da fərqli tənzimləyir. Bu mənada, əmlaka sahiblik və əmlakın onun istifadəsinə verilməsi hüquqlarına münasibətdə də mülki qanunvericilik əmlakın paylı və birgə mülkiyyətdə olmasından asılı olaraq fərqli qaydalar müəyyən edir. Əmlak əgər paylı mülkiyyətdədirsə, Mülki Məcəllənin 215.2-ci maddəsi müəyyən edir ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi paylı mülkiyyətçi yalnız ümumi əşyanın öz payına düşən hissəsinin ona verilməsini tələb edə bilər. Onun payına aid hissənin paylı mülkiyyətin məhz hansı hissəsi olduğu isə əmlakın naturada bölgüsünün aparılması ilə müəyyən edilə bilər. Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrində bununla bağlı olaraq təsbit edilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İş materiallarında olan ekspert rəyindən aydın olur ki, göstərilən torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Həmin rəyə əsasən tədqiq olunan ünvanda baxış zamanı məlum olmuşdur ki, tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan torpaq sahəsinin 1 tərəfdən yol (küçə), 2 tərəfdən qonşu sahə, 1 tərəfdən isə boş sahə ilə əhatə olunduğu, hüdudları daxilində müxtəlif təyinatlı tikililərin (fərdi yaşayış evi, köməkçi tikili və s.) mövcud olduğu və torpaq sahəsinin küçəyə nisbətdə sol tərəfinin sərhədd xəttinin mövcud olmadığı yəni, şərti olduğu müşahidə olunmuşdur. Həmçinin baxış zamanı mübahisə predmeti olan torpaq sahəsinin girişə nisbətdə sol hissəsində yerləşən fərdi yaşayış evinin və həmin evin ön hissəsində yerləşən torpaq sahəsinin ayrı-ayrılıqda giriş-çıxışı olmaqla təcrid şəklidə bölündüyü müşahidə olunmuşdur. Ekspert rəyində həmçinin qeyd olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin sənəd üzrə sahəsi 0.127920 ha təşkil edir. Belə olan halda qeyd olunan torpaq sahəsinin **********43-10301 reyestr nömrəli Çıxarışda qeyd olunan paylar üzrə sahələri aşağıdakı kimi müəyyən olunur: X8 (2/6 hissə) — 0.04264 ha (0.127920ha x2):6 İddiaçı (2/6 hissə) — 0.04264 ha (0.127920ha x2):6 Cavabdeh1 (2/6 hissə) — 0.04264 ha (0.127920ha x2):6 Qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə qeyd olunur ki, məhkəmə tikintitexniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə görə, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş – çıxış yolu olmalıdır. Qeyd olunanları və mübahisə predmeti olan torpaq sahəsinin faktiki yerləşmə vəziyyətini, hüdudları daxilində müxtəlif təyinatlı tikililərin mövcud olduğunu və yalnız bir təfədən yol (küçə) ilə əhatə olunduğunu nəzərə alaraq həmin torpaq sahəsinin üç hissəyə (hər biri 2/6 hissə olmaqla) naturada bölünməsinin məhkəmə tikinti-texniki ekspertzasının Həlli Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Torpaq sahəsindən Cavabdeh1 aid 2/6 hissədə payın onun tərəfindən inşa edilmiş ev və digər tikililər birlikdə naturada ayrılması texniki baxımdan mümkün deyildir. Lakin, mübahisə predmeti olan torpaq sahəsində mövcud olan faktiki bölgü 2/6 hissə paydan kənara çıxmaqla məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodları göstərilənlərə uyğundur. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə iclasında tərəflərə mübahisə predmeti olan torpaq sahəsində mövcud olan faktiki bölgü 2/6 hissə paydan kənara çıxmaqla mübahisənin həlli təklif olunsa da Cavabdeh1 razılıq verməmişdir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspertin rəyini sübut kimi qəbul edir və hesab edir ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri-50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı torpaq sahəsinin naturada bölünməsi və qanunsuz tikilinin sökülməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-7/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-7/2025
06.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver