Məhkəmə qərarları › İş №2(012)-1213/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1213/2024

12.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1213/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh, (üçüncü şəxslər "xxxx" ASC-yə, Abşeron Rayon İcra Hakimiyyətinə və Masazır Bələdiyyəsi) qarşı mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni evin sökülməsi, çəkilən xərclərin cavabdehdən tutulması və tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Cavabdeh, üçüncü şəxslər "xxxx" ASCyə, Abşeron Rayon İcra Hakimiyyətinə və Masazır Bələdiyyəsinə qarşı mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni evin sökülməsi, çəkilən xərclərin cavabdehdən tutulması və tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi, Paşa Təhməzov küçəsindən keçən 220 kv-luq Yüksək Gərginlikli “1-ci Hövsan, 1-ci Böyük Şor hava xəttinin 133/134 və 66/68 saylı dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş evin sökülməsi, söküntü işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2024-cü il tarixinə, saat 11:10-a və xx.xx.2024-cü il tarixinə, saat 15:50-ə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclaslarına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh, üçüncü şəxslər "xxxx" ASC-yə, Abşeron Rayon İcra Hakimiyyətinə və Masazır Bələdiyyəsinə qarşı mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni evin sökülməsi, çəkilən xərclərin cavabdehdən tutulması və tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 15:43-də ödənilmiş (qəbz 3********) 100 (yüz) manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar