Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-128/2022 16.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, eyni zamanda, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi-vəkili Vəkil3, Üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanındakı Cavabdeh məxsus ümumi sahəsi 678 kv.m olan, 2 mərtəbəli fərdi yaşayış evi kimi inşa edilən qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını, cavabdehin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 188ci maddəsinin (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmasını və bu barədə prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəbişov X11 rayonu Ceyranbatan qəsəbəsində 1980-ci ildən etibarən yaşayır. Hal-hazırda, iddiaçı təqaüddədir. İddiaçının məhkəməyə müraciət etməyinin səbəbi qonşuluğunda, yəni Gündüz Abdullayev küçəsi 7 saylı evin arxasında Elbrus adlı sahibkarın inşa etdirdiyi, Cavabdeh məxsus ümumi sahəsi 678 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi kimi icazə verilmiş, lakin təsdiq olunmuş layihədən kənar aparılan tikinti ilə əlaqədardır. Tikintinin aparılmasından görünür ki, tikinti böyük ticarət obyektinə, şadlıq evinə, kütləvi insan toplaşan obyektə bənzəyir. Həmin tikintidə şəhərsalma norma və qaydaları, Tikinti Məcəlləsinin tələbləri, ərazinin 20% sıxlığı, aparılan tikinti ilə qonşu tikililərlə yanğına qarşı ara məsafəsi gözlənilməmişdir. Hazırda, həmin sahədə aparılan qanunsuz tikili iddiaçının öz mülkiyyətində olan mənzildən istifadəsinə də maneələr yaratmışdır. Eyni zamanda, ərazidə davam etdirilən tikinti işləri nəticəsində toz, səs-küy və sairə xoşagəlməz hallar da mənzildə yaşayan sakinləri narahat edir və onların hüquqlarını pozur. İddiaçı tikinti başlanan dövrdə Abşeron Rayon İcra Hakimiyyətində olmuş, həmin tikintidə Şəhərsalma norma və qaydalarının, Tikinti Məcəlləsinin tələblərinin, ərazinin 20% sıxlığının, aparılan tikinti ilə qonşu tikililərlə yanğına qarşı ara məsafə gözlənilmədiyini yazılı surətdə Abşeron Rayon İcra Hakimiyyətinə xx.xx.2020-ci il tarixli məktubunda da bildirmişdir. Həmin tarixdə tikinti ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə də iddiaçı məlumat vermiş, tikinti ilə bağlı tədbir görülmədiyi halda xx.xx.2020-ci il tarixdə Dövlət Arxitektura Komitəsinə həmin tikintidə qanunvericiliyin tələblərinin gözlənilmədiyini yazılı surətdə bildirmişdir. Abşeron Rayon İcra Hakimiyyəti məktuba cavab olaraq 626 saylı xx.xx.2020-ci il tarixdə məktub ünvanlamış, məktubda tikinti işlərinin dayandırılmasının Elbrus adlı şəxsə tapşırılması, həmin şəxsin də İcra Hakimiyyəti nümayəndələrinə tikinti inşa işlərini dayandırmayacağını bildirməsi qeyd olunmuşdur. Lakin Abşeron Rayon İcra Hakimiyyəti buna göz yumaraq, tikintinin qanunauyğun aparılmadığını bilərək tikinti ilə bağlı heç bir tədbir görməmiş, tikinti işləri isə davam etdirilmişdir. Məlum olduğu kimi, tabeliyində olan ərazilərdə özbaşına aparılan tikinti quraşdırma işlərinə inzibati icraat yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma Nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.2 və 4.2 bəndlərinə əsasən, yerli səviyyədə qanunsuz tikililərlə bağlı ilkin tədbirlərin görülməsi və onların qarşısının alınması yerli İcra Hakimiyyəti və bu sahədə dövlət nəzarətini həyata keçirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yerinə yetirilməlidir. "xxxx" MMC layihə təşkilatı tərəfindən Cavabdeh fərdi yaşayış evi kimi layihələndirilmiş layihənin baş planında da ərazinin 20% sıxlığı, qonşu tikililərlə yanğına qarşı ara məsafəsi gözlənilməmişdir. Layihə isə bu halda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. Tikintinin layihələndirilməsindən, tikintinin aparılmasından, ərazinin yerləşməsindən görünür ki, bu tikili qabaqcadan Abşeron Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq qeyri-yaşayış obyekti kimi tikilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçı Abşeron Rayon İcra Hakimiyyətinə tikintinin layihədən kənar aparılması, tikintinin dayandırılmasını yenidən yazılı surətdə bildirmiş, yenə də Abşeron Rayon İcra Hakimiyyəti tikinti ilə bağlı heç bir tədbir görməyərək, təqaüdçü olmağını bilərək iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Halbuki, təqaüdçü olmağını iddiaçı Abşeron Rayon İcra Hakimiyyətinə məktubunda da bildirmişdir. Dövlət Şəhərsalma Arxitektura Komitəsinə iddiaçının ünvanladığı xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq, xx.xx.2020-ci il tarixli məktubda Arxitektura Komitəsinin Abşeron Rayon İcra Hakimiyyətinə tikinti ilə bağlı bir iş günü ərzində Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinə yazılı məlumat verilməsini, tikinti ilə bağlı görülmüş işlərin nəticəsi olaraq iddiaçını məlumatlandırmağı bildirilmişdir. Lakin yenə də Abşeron Rayon İcra Hakimiyyəti Komitənin məktubuna cavab olaraq tikinti sahibinin inşa işlərini dayandırmayacağını bildirmiş, məhkəməyə müraciət etməsini yenidən tövsiyyə etmişdir. xx.xx.2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin 1-ci ərazi X14 İdarəsinə və Tikintidə X6 Agentliyinə də həmin tikintinin təsdiq olunmuş layihədən kənar aparılması, Şəhərsalma norma və qaydalarının, Tikinti Məcəlləsinin tələblərinin, ərazinin 20% sıxlığının, aparılan tikinti ilə qonşu tikililərlə yanğına qarşı ara məsafə gözlənilmədiyini yazılı surətdə məlumat vermişdir. Həmin İdarənin iddiaçıya ünvanlandığı 37/C-00303 saylı xx.xx.2020-ci il tarixli məktubunda da inşaat işlərinin qonşu tikililərlə yanğına qarşı ara məsafələrinə riayət edilmədən aparıldığı öz təsdiqini tapmışdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin iddiaçıya ünvanlandığı 37/B-03217 saylı xx.xx.2020-ci il tarixli məktubunda da tikintinin layihədən kənarlaşma ilə yerinə yetirildiyi faktı öz əksini tapmışdır. Lakin Abşeron Rayon İcra Hakimiyyətinə, tikintiyə nəzarət edən qurumlara müraciət etməyinə baxmayaraq, bu günə kimi tikintinin özbaşına aparılması ilə bağlı heç bir tədbirlər görülməmiş, yalnız iddiaçıya səthi məktublar ünvanlanmışdır. Bu səbəbdən də, iddiaçı hesab edir ki, belə olan halda cavabdeh tərəfindən yaradılan maneələrin qarşısı alınmalı, bu maneələrin yaradılması cavabdehə qadağan edilməli və ünvan 2 ünvanındakı Cavabdeh məxsus, ümumi sahəsi 678 kv.m olan, 2 mərtəbəli fərdi yaşayış evi kimi tikilmiş qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə X6 Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-03985 saylı mütəxəssis rəyi ilə tanış olmuş və qərardadda qoyulmuş suallar cavablandırılmışdır. Belə ki, rəyə əsasən, ara məsafənin pozulması, həmçinin, yanğın təhlükəsizliyinin tələblərinin, tikintinin külli miqdarda ppzuntuya yol verilməklə aparılması müəyyən edilmişdir. Bununla da aparılmış tikilinin qanunsuz olaraq həyata keçirilməsi açıq-aşkar görünür. Abşeron rayonu ərazisində yerləşən evlərdə çatlar varsa, bu, o deməkdir ki, həmin ev ya düzgün tikilməmiş və ya ona kənar təsirlər mövcuddur. Həmin çatların məhz qanunsuz tikili olan hissədə, yəni ona çarpaz şəkildə yerləşən yerdə yaranması həmin tikilinin inşası zamanı yaranması istisna deyildir. Bu, ola bilər ki, fərdi yaşayış evi üçün nəzərdə tutulmuş, lakin sonradan qeyri-yaşayış obyekti kimi fəaliyyət göstərəcək tikilinin inşası zamanı onun özülünün qazılması, texniki avadanlıqların istifadə edilməsi anında yaranması mümkündür. Beləliklə də, iddiaçının mənzilində gözlə görünəcək dərəcədə çatlar yaranmışdır. İddiaçı və onun oğlu tikili inşa edilərkən qonşuluq prinsipinə uyğun olaraq halallıq vermiş, cavabdeh tikili inşa edilərkən müəyyən vədlər vermiş, lakin sonradan qanunun tələblərinə uyğun olmayan şəkildə tikili inşa etdirməyə başlamışdır. Cavabdeh tərəfindən inşa edilməsi nəzərdə tutulan tikilinin qanunsuz olması öz təsdiqini tapmışdır. Bu səbəbdən də, hesab edir ki, cavabdehin göstərilən əməllərində cinayət tərkibinin əlamətləri vardır ki, bu halların da məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. İddiaçının subyektiv hüququnun pozulması ilə bağlı kifayət qədər faktlar var. Həm ekspert rəyi, həm də ara məsafəsi, yanğın təhlükəsizliyi məsələsi burada rol oynayır. Belə ki, həmin ərazidə yanğın, fövqəladə hal baş versə onun aradan qaldırılması çətinliyi yaranacaqdır. Qanunsuz və qeyri-yaşayış sahəsi olması ilə bərabər iddiaçının mülkiyyətindəki tikilinin də təhlükəsizliyinə maneə yaradır. Bu hal iddiaçının da narahatlığına səbəb olur, çünki dövlət vətəndaşın mənzil hüququna təminat verir. Tikili qanunsuz olmaqla yanaşı, təhlükəsizlik qaydalarına da cavab vermir. Belə ki, həmin tikilinin hər an uçmaq təhlükəsi var, yanğın olduqda onun söndürülməsi çətinlik yaradır ki, bu da özü ən böyük təhlükədir. Tikili keyfiyyət baxımından da qanunsuz tikilidir. Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin izahatı əsasında belə bir fikir formalaşır ki, pozuntu olsa da əhəmiyyətli dərəcədə pozuntu olmadığı qeyd olunur. Halbuki, istənilən halda, yəni əhəmiyyətli olub-olmamasından asılı olmayaraq burada ilkin növbədə, iddiaçının subyektiv hüququ pozulur. Panellər həmçinin, birbaşa sağlamlığa ziyan mənbəyidir. Bu səbəbdən də, ümumilikdə, qanunvericiliyin tələbləri pozulmaqla inşa edilmiş tikili sənədləşdirilə bilməz. İddiaçı tərəfindən cavabdehə fərdi yaşayış evinin inşasına icazə verilsə də, tikinti işləri aparılandan sonra ara məsafəsinin olmadığı, böyük tikili olması müəyyən olunduğundan göstərilən hal artıq iddiaçının narazılığına səbəb olmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə qarşı Cavabdeh tərəfindən verilmiş etirazdan görünür ki, iddia ərizəsi Cavabdeh qarşı verilsə də mübahisələndirilən tikili cavabdehin və onun qonşuluğunda olan X4 mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Birlikdə qeyd olunan torpaq sahəsi 0.0380 ha-dan ibarətdir. Qanunvericiliklə tikilinin iki ayrı-ayrı şəxsə məxsus torpaq sahəsində inşa edilməsinə qadağa yoxdur. Hesab edir ki, ekspert rəyində bu halın nəzərə alınmaması həmin rəyin dəqiqliyinin olmamasına gətirib çıxarır. İkinci hal da ondan ibarətdir ki, cavabdeh tərəfindən inşa etdirilmiş tikilinin qeyri-yaşayış olması faktiki olaraq müəyyən oluna bilər, lakin bu, hüquqi cəhətdən müəyyən olunmuş hal kimi qəbul edilə bilməz. Belə ki, tikili işləri görülsə də, müvafiq layihə təsdiq olunsa da, həmin tikili üzərində hüquq qeydiyyata alınmamışdır. Tikiliyə dair sənədlər texniki sənədlər kimi qəbul olunmalıdır. Ekspert rəyinə əsasən tikililər arasında ara məsafəsinin 6 metrdən ibarət olmasının vacibliyi qeyd edilmişdir. Lakin bu hal kompleks şəkildə araşdırılmamışdır. Həmçinin, ara məsafəsi 5.4 metr deyil, daha çoxdur və dəqiq müəyyən olunmayan ara məsafəsi əsasında verilmiş rəyin nə dərəcədə əsaslı olması şübhə doğurur. Rəydə qeyd olunmuşdur ki, Cavabdeh məxsus qeyri-yaşayış obyektinin hündürlüyü 6.9 metrdir. Yuxarıda göstərildiyi kimi, tikilinin qeyri-yaşayış olması həmin tikili üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından sonra müəyyən oluna bilər. Tikinti qanunvericiliyinə görə inşa edilmiş tikilinin inşası üçün məlumatlandırma icraatı nəzərdə tutulur. Az DNT 2.6-1 in 1 nömrəli əlavəsinin 1 müddəasında qeyd olunur ki, yaşayış, (Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş fərdi yaşayış evləri istisna olmaqla), ictimai və sənaye müəssisələrinin köməkçi binaları arasında yanğın əleyhinə məsafələri cədvəl 1 üzrə, sənaye və kənd təsərrüfatı binaları arasında məsafələri qüvvədə olan normativ sənədlərin (SNiP İİ-89 və SNiP İİ-97) tələblərinə əsasən qəbul etmək lazımdır. Lakin rəyə əsasən, ara məsafənin 6 metr olmalı olduğu müəyyən olunmuşdur. Hesab edir ki, burada səhv nəticəyə gəlinmişdir. Həmçinin, buna da diqqət edilməlidir ki, ekspert özü iddiaçının mövqeyindən təşəbbüs göstərərək qoyulmuş suallardan kənara çıxaraq hətta hansı məntiqləsə hasarın da iddiaçıya məxsus evdə əmələ gələn çatların da cavabdehin inşa etdirdiyi tikilinin inşası səbəbindən baş verdiyi qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən, tikilinin yerləşdiyi qəsəbədə inşa edilmiş tikililər texniki cəhətdən qanunvericiliyin tələblərinə cavab vermir. Düzdür, bu hal cavabdehin hər hansı bir şəkildə qanunverici tərəfindən təsbit olunan qaydalara riayət etməməsi üçün əsas deyil. Lakin nəzərə alınsa ki, tikinti üçün təsbit olunan qaydalar (ara məsafəsi və s.) iddiaçı tərəfindən də pozulmuş, həmçinin, rəy hesab edir ki, yarımçıq və ümumən qərəzlidir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil3 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə X6 Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-03985 saylı mütəxəssis rəyi ilə tanış olmuş və o, özü də standart ölçüdə olan ölçü vasitəsi ilə ölçü işini aparmışdır. Tikilinin inşası ilə iddiaçıya məxsus olan evdə çatların olması mümkün deyildir. Rəydə çatların olması öz təsdiqini tapsa da, lakin həmin çatların məhz tikilidən əmələ gəlməsi müəyyən olunmamışdır. Torpaq sahəsində tikilən tikilinin inşası layihə ilə təsdiq olunmuşdur. O, özü də həmçinin, əraziyə baxış keçirmiş və müəyyən etmişdir ki, həmin yerdə pəncərə görünüşü yoxdur, sadəcə divar vardır. İkincisi, balkonlar və çıxıntılar iddiaçının evi tərəfinə deyil, çölə tərəf baxır. O, bunu rəyə əsasən deyil, faktiki olaraq öz fikrinə əsasən qeyd edir. Həmçinin, hüquqlarını təmsil etdiyi şəxslə fərdi söhbət əsnasında müəyyən olunmuşdur ki, cavabdeh həmin tikilini qeyri-yaşayış obyekti kimi nəzərdə tutsa da, hazırki müddətdə iqtisadi vəziyyətlə əlaqədar olaraq, qeyd olunan tikilinin təyinatı üzrə fəaliyyət göstərməsi nəzərdə tutulmamışdır. O, tikilinin içinə daxil olmamışdır. Cavabdehə məxsus tikilinin iddiaçının balkonuna hər hansı bir maeəçiliyi yoxdur. İddiaçı tərəfindən cavabdehə məxsus tikilinin inşası zamanı səs-küy, toz-torpağın olması qeyd olunsa da, tikilinin aparılması zamanı göstərilən hallar tam normaldır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, cavabdehə məxsus olan məlumatlandırma xarakterli fərdi yaşayış evi kimi inşa edilmiş və əldə olunmuş məlumata əsasən, sonradan həmin tikilinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təyinatı dəyişdirilmişdir. Təyinatın dəyişdirilməsi qanunla İcra Hakimiyyətinin səlahiyyətinə daxildir. Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən həmin obyektlə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinə heç bir məlumat daxil olmamışdır. Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu barədə yazılı şəkildə rəy tərtib olunmuşdur. Rəyi müdafiə edərək qeyd edir ki, hasara olan məsafə 4.4 m təşkil etməli, evə olan məsafə isə 5.4 m təşkil edir ki, bu ölçü halbuki, 6 m təşkil etməlidir. Yerli baxışda mütəxəssislər iştirak etmiş və o, mütəxəssislərlə danışıqlar aparmış, iddiaçıya məxsus sərhədləri müəyyən edən hasarda və evdə çatların olduğu bildirilmiş lakin həmin çatların bilavasitə cavabdeh tərəfindən inşa edilmiş tikilinin təsiri nəticəsində yaranmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçıya məxsus evdə çatların əmələ gəlməsi evə biləşdirilmiş artıma tikililərin mişar daşları ilə evin divarına birləşdirici hissələrinə yaranışdır ki, bu isə tikintinin qüsurlu aparılması ilə əlaqədardı, cavabdehin tikintisi ilə əlaqədar deyildir. Tikilinin qanunsuz tikilməsi bir yana, elə qanunsuz tikililər vardır ki, onlar qanunvericiliyin tələblərinə uyğun şəkildə tikinti norma və qaydalarına uyğun inşa edilir. Düzdür cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış obyekti tikinti norma və qaydalarına cavab vermir, lakin iddiaçının evinə də hər hansı təhlükə yaratmır. Hazırda cavabdeh tərəfindən inşa edilmiş tikiliyə münasibətdə gələcəkdə müafiq qurum tərəfindən istismara qəbul aktı verilə bilər. Bu da qanunvericiliyə uyğundur. Belə bir tərcübəıər olmuşdur. Məhkəmə iclasında üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının göstərdiyi zədələrin yaranma səbəbi kimi cavabdeh tərəfindən inşa edilmiş tikilinin vurduğu ziyan qeyri-müəyyəndir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. xx.xx.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində Cavabdeh ev tikdirmək istədiyini ona bildirmiş və o, həmin zaman Abşeron rayonunda məsul işdə çalışdığı üçün sənədləşmə işlərinin aparılmasında yardım edəcəyini bildirmişdir. İlk növbədə, iddiaçının oğlu ilə o, görüşmüş, razılığını almış, eyni zamanda, səlahiyyətli qurumlardan da icazəni almışdır. Tikinti işlərinin həyata keçirilməsindən sonra iki dəfə iddiaçı tərəfindən şikayət edilmiş, sonradan o, iddiaçı ilə görüşəndə iddiaçı ona özünə məxsus olan evindən 1-2 m irəlidə tikinti işləri aparmağa icazə verdiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli **********03-10301 saylı texniki pasportun surətindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi 32 saylı ev İddiaçı mülkiyyətində olmaqla torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.0313 ha, faktiki sahəsi 0.0313 ha, tikinti altı sahəsi 0.01505 ha təşkil etməklə həmin torpaq sahəsinin üzərində ikimərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsində yerləşən 0.0313 ha torpaq sahəsində inşa edilmiş 32 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 172 saylı reyestr kitabının 79 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********03-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0.0215 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1008 saylı reyestr kitabının 66 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********86 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli A № 353689 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0.0215 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas alıcı və satıcı arasında xx.xx.2019-cu il tarixli 4ə-447 saylı alqı-satqı müqaviləsi olmuşdur. -xx.xx.2019-cu il tarixli LL-385/2019 qeydiyyat nömrəli lisenziyaya əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini Arxitektura və Dizayn MMC-yə verilmiş sifariş əsasında tərtib edilmiş eskiz layihəsindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli 4991-T saylı məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışı ilə Ceyranbatan qəsəbəsi ərazisində mülkiyyətdə olan 0.0215 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş ikimərtəbəli fərdi yaşayış evinin (243.36 kv.m) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşdırılmışdır: tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılmalı, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunmalı, tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilməli, qeyd edilən şərtlər vətəndaş tərəfindən pozularsa mövcud məlumatlandırma icraatının öz qüvvəsini itirmiş hesab edilməsinin hesab olunması qərara alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına xx.xx.2020-ci il tarixli 003 saylı icazə sənədindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0.0215 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikinti obyektinin istismarına icazə verilmişdir. Belə ki, həmin icazə sənədinə əsasən, tikinti obyektinin sifarişçisi və podratçısı Cavabdeh olmaqla, tikinti obyektinin layihəçisi Arxitektura və Dizayn MMC-dir. Tikinti obyektinin keyfiyyət zəmanəti müddəti 2 il olmaqla, təsdiq olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti laihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınmaqla torpaq sahəsində qeyri-yaşayış obyektinin tikinti obyektinin istismarına icazə verilmişdir. -Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin Cavabdeh, surəti Abşeron Rayon İcra Hakimiyyətinə və İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 37/B-63217 saylı məktubdan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, Abşeron Rayon İcra Hakimiyyətinin 16 dekabr 2019-cu il tarixli 1991-T nömrəli məktubu ilə Ceyranbatan qəsəbəsi ərazisində mülkiyyətdə olan torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. Fərdi yaşayış evinə baxış keçirilərkən pilləkən qəfəsəsinin və balkonun layihədən kənarlaşma ilə yerinə yetirildiyi müəyyən edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd edilən pozuntuların aradan qaldırılması tapşırılmışdır. -Abşeron Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlandığı xx.xx.2020-ci il tarixli 1679 saylı məktubdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciət memarlıq və tikinti şöbəsində araşdırılmış, tikinti aparan vətəndaşa qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş, tikinti işlərinin dayandırılması tapşırılmış, lakin vətəndaş imtiyaz səlahiyyətlərindən istifadə edərək tikinti işlərinin müvafiq məhkəmə qətnaməsi təqdim edilməyənə kimi dayandırmayacağını bildirmiş, qeyd olunanlar nəzərə alınaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçı ünvanlandığı xx.xx.2020-ci il tarixli 05/09-PA/C-11/4-4652 saylı məktubdan görünür ki, ünvan 8-nin arxasında Cavabdeh tərəfindən aparılan fərdi yaşayış evinin tikintisinin layihədən kənara çıxılması barədə İddiaçı təkrar müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuşdur. Müraciət Komitə tərəfindən təkrarən yerində araşdırılarkən müəyyən edilmişdir ki, sözügedən ünvanda iki mərtəbəli qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı tamamlama işləri aparılır. Layihə sənədlərinə baxış zamanı məlum olmuşdur ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən layihənin xx.xx.2019-cu il tarixində fərdi-yaşayış evi kimi təsdiq olunmasına baxmayaraq, sonradan həmin layihə qeyri-yaşayış kimi razılaşdırılmış, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozularaq, xx.xx.2020-ci il tarixində 003 nömrəli istismara icazə sənədi verilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq tikintiyə icazə proseduru başa çatdıqdan sonra obyektin istismarına icazə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş vahid formaya əsasən istismara hazırlıq aktının tarixi və qeydiyyat nömrəsi, həmçinin Tikintilərin Dövlət reyestri tərəfindən tikinti kodu barədə qeydlər aparılmadan obyektin istismarına icazə verilmişdir. Qeyd olunanları nəzərə alaraq, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli 003 nömrəli obyektin istismarına verilən icazəyə yenidən baxılmalı, aparılan tikinti işləri dayandırılmalı və qanunvericiliyin tələblərinə uyğun tikintiyə icazə icraatının həyata keçirilməsinin təmin edilməsi Abşeron Rayon İcra Hakimiyyətindən xahiş olunmuşdur. Əlavə olaraq, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci və 95.1.2-ci maddələrinə uyğun olaraq, qeyd olunan halda tikinti dayandırılmaqla 1 il ərzində tikintiyə icazənin verilməsi mümkündür. -Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 1-ci ərazi X14 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 37/C-00385 saylı məktubdan görünür ki, müraciətlə əlaqədar əməkdaşlar tərəfindən adıçəkilən ünvana baxış keçirilərək mövcud vəziyyəti səciyyələndirən akt tərtib olunmuş və fotoşəkilləri çəkilmişdir. Yanğın-texniki müayinə nəticəsində 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti Normalarının yanğın əleyhinə tələblərini ehtiva edən və məcburi olan 1 saylı əlavəsində qeyd olunmuş yanğına qarşı ara məsafələrinə riayət edilmədən inşaat işlərinin aparıldığı müəyyən edilmişdir. Məlumat üçün qeyd olunmuş ünvanda yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması halının aradan qaldırılaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə müvafiq göstəriş verilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə xx.xx.2020-ci il tarixli, xx/xx- 01548 saylı məktub ünvanlanmışdır. Həmçinin, X1 25-ci maddəsinə əsasən ünvan 7 ünvanında yerləşən Cavabdeh tərəfindən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi üçün tərtib edilmiş layihə sənədlərinin X14 Xidməti ilə razılaşdırılmadan aparılmasına görə Cavabdeh inzibati məsuliyyətə cəlb olunaraq barəsində xx.xx.2020-ci il tarixdə, MN № ******* saylı “İnzibati Xəta haqqında Protokol” tərtib edilmişdir. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə daxil olmuş Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin xx.xx.2022-ci il tarixli xx/xx-0166 saylı məktubundan görünür ki, ünvan 8 ünvanında Cavabdeh tərəfindən 2 mərtəbəli fərdi yaşayış evinin istismarına icazə verilib-verilməməsi barədə Fövqəladə Hallar Nazirliyinə və Agentliyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 2(012)-1783/2021 saylı müraciətə baxılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 15 dekabr 2019-cu il tarixdə Cavabdeh mülkiyyətində olan 0.0215 ha torpaq sahəsində tikintisi nəzərdə tutulmuş ikimərtəbəli fərdi yaşayış evinin memarlıqplanlaşdırma bölməsi və ərazinin baş plan bölməsi razılaşdırılmışdır. Lakin məlumatlandırma icraatı çərçivəsində Agentliyə məlumat verilmədiyindən Agentlik tərəfindən fərdi yaşayış evinin tikintisinə dövlət nəzarəti aparılmamışdır. Tikinti işləri başa çatdırıldıqdan sonra fərdi yaşayış evinin sənədləri dəyişdirilərək qeyri-yaşayış obyekti kimi razılaşdırılmış, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 003 nömrəli xx.xx.2020-ci il tarixli istismarına icazə sənədi verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cəbişov X11 rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi 28 saylı evin 18 saylı mənzilində, Cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbəsi C.Cabbarlı küçəsi 1 saylı evin 5 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3346 saylı rəyindən görünür ki, cavabdehə məxsus tikilinin texniki parametrlərinin (ölçüsü, konfiqurasiyası, mərtəbəliliyi və.s.) iş materiallarına əlavə edilmiş 2020-ci il tarixli eskiz layihəsinə (iş.v 90-101) uyğun olduğu, lakin həmin tikilinin inşası zamanı iddiaçının sərhəd hasarına münasibətdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5. bəndinin tələblərinə əsasən ara məsafəsinin saxlanılmadığı müəyyən olunmuşdur. AzDTN 2.6-1 in 1 nömrəli əlavəsindən görünür ki, odadavamlılıq dərəcəsindən asıl olaraq tikililər arasında yanğın əleyhinə məsafələr minimum 6 metr təşkil edir. İddiaçıya məxsus tikili ilə cavabdehə məxsus qeyri-yaşayış sahəsi arasında olan məsafənin 5,5 metr olmasını nəzərə alaraq, tikililər arasında olan məsafənin AzDTN 2.6-1 in 1 nömrəli əlavəsinə uyğun olmadığı müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə X6 Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-03985 saylı mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş 1 və 2-ci sualların cavabları: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69 maddəsinin 69.1, 69.1.1., 69.1.2., 69.2., 69.3., 69.4., 69.5., 69.5.1., 69.5.2., 69.5.3., 69.5.2-12., 69.5.3. bəndlərinə əsasən, Cavabdeh məxsus qeyri-yaşayış obyektinin hündürlüyü 6,9 metr olduğundan həmin tikilidən öz torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi (69.5.1. bəndində) 6.9 x 0.6 = 4.14 metr təşkil etməli idi. Faktiki olaraq cavabdehə məxsus qeyri-yaşayış obyekti ilə hasar arasındakı məsafə 0,85 metrdir. Bununla da ara məsafəsinin pozulduğu müəyyən olunmuşdur. Lakin qeyd etmək lazımdır ki, iş materiallarında olan 2020-ci il tarixli Eskiz Layihəsində bu binanın adı qeyri-yaşayış obyekti kimi göstərilmişdir. Cavabdeh məxsus torpaq sahəsinin çıxarışına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğunu nəzərə alaraq bu ərazidə qeyri-yaşayış obyektinin tikilməsinin mümkünlüyü hüquqi məsələ olduğundan, inşaat mütəxəssisinin səlahiyyətlərindən kənar olduğu üçün cavablandırılmamışdır. Yaşayış (Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş fərdi yaşayış evləri istisna olmaqla), ictimai və sənaye binalarının (həmçinin, qeyri-yaşayış binalarının) tikilməsi zamanı AzDTN 2.6-1* (Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması) normalarının 1 nömrəli əlavəsində göstərilmiş Cədvəl 1-in yanğın əleyhinə tələblərinə əsasən qəbul etmək lazımdır. Bu cədvəldən də göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus qeyri-yaşayış obyekti arasındakı yanğın əleyhinə məsafə qeyriyaşayış obyektinin təyinatından və hansı odadavamlıq dərəcəsinə aid olmasından asılı olaraq yuxarıdakı cədvəldə olan ölçüdə olmalı idi. Minimal halda bu ölçü 6,0 metr təşkil etməli idi. Faktiki olaraq 5.4 metrdir. Bu da yanğın əleyhinə tələblərin pozulduğunu göstərir. 3-cü sualın cavabı: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində göstərilmişdir: Maddə 89. Ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələri 89.1.61. yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyriyaşayış obyektlərinin tikinti layihələri, qeyri-yaşayış obyektinin ümumi sahəsi 500 kvadratmetrdən çox, yəni 685,08 kvadratmetr olduğundan Tikintidə X6 Agentliyinin nəzdində X2 Baş İdarəsinin rəyi alınmalıdır. 1-ci və 2-ci mərtəbə örtüyü zavod istehsalı olan çoxboşluqlu panellərlə örtülmüşdür. Panellərin montajı zamanı tələb olunan tikinti normalarına riayət olunmamış, panellərin baş hissələrinin birləşməsi dəmir-beton kəmərlərlə bağlanması qaydalarına əməl olunmamışdır; çoxboşluqlu örtük panelləri uzununa istiqamətdə rigellər üzərinə oturdulmuş və eninə rigellər üzərində panellərin arasında seysmik tələbata görə horizontal disk yaradılması üçün armatur karkas nəzərdə tutulmalı və betonlanmalıdır. Hazırda, yerində panellərin arası tikinti zibili ilə doldurulmuşdur ki, bu da yol verilməzdir; zavod istehsalı olan panellərin sertifikatı təqdim olunmamışdır; eyni zamanda tikilinin eyvanı üçün çoxboşluqlu panellərdən 1 m-ə qədər konsol yolverilməzdir; tikilinin ön fasadında 2-ci mərtəbə səviyyəsində fasad divarı çoxboşluqlu panellərin üzərində hörülmüşdür. Panellərin üst zonasında montaj armaturlu, alt zonasında isə işçi armaturlar yerləşdiyindən belə hal yolverilməzdir; İddiaçı məxsus hasarda müxtəlif istiqamətdə çatlar əmələ gəlmişdir. Mütəxəssis rəyindən görünür ki, qərardadın icrası ilə bağlı mütəxəssis rəyinə görə ödəmə 2800 manat, ƏDV daxil olmaqla 504 manat, ümumilikdə, 3304 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən torpaq sahəsində İddiaçı və Cavabdeh məxsus inşa edilmiş ikimərtəbəli fərdi yaşayış evləri olmaqla, həmin evlər yanaşı şəkildə inşa edilmişdir. İddiaçıya məxsus olan evə nəzər yetirən zaman iddiaçının evinə artırma şəklində eyvan inşa edilmiş və həmin eyvan evin inşa olunarkən evin divarına birləşdirilərək tikilib. Eyvandan aşağıya doğru evlə birləşdirici hissəsində çatların yaranması müşahidə edilmişdir. Nəzər yetirən zaman iddiaçıya məxsus olan fərdi yaşayış evinə edilmiş artırma nəticəsində balkonla evin divarı arasında birləşən nöqtələrdən çatların yaranması müşahidə olunmuşdur. İddiaçının fərdi yaşayış evi ilə cavabdehin inşa etdirdiyi tikili arşında məsafə ölçüsü aparılmış və məsafənin 5,75 m olması müəyyən edildmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi 0.0313 ha torpaq sahəsində inşa edilmiş 32 saylı ev İddiaçı mülkiyyətində olmaqla, həmin ünvan üzrə Cavabdeh tərəfindən ikimərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Sonradan cavabdehin müraciəti əsasında Abşeron rayon İcra hakimiyyəti tərəfindən tikilinin təyinatı dəyişdirilərək qeyri-yaşayış obyekti kimi tanınmışdır. Əvvəlcə yaşayış evinin tikintisinə etiraz etməyən iddiaçı, tikilinin təyinatı dəyişdikdən sonra aidiyyəti qurumlara müraciət edilərək cavabdeh tərəfindən qeyri-yaşayış obyektinin inşa edilməsi zamanı qanunvericiliyin tələblərinə, Tikinti şəhərsalma norma və qaydalarına, Tikinti Məcəlləsinin tələblərinə riayət edilmədiyini və bu halın iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə ziyan vurduğunu iddia edərək həmin tikilinin cavabdehin öz hesabına sökülməklə cavabdehin əməllərində cinayət tərkibinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsində yerləşən 0.0313 ha torpaq sahəsində inşa edilmiş 32 saylı ev İddiaçı, həmin ünvanda yerləşən 0.0215 ha torpaq sahəsi isə Cavabdeh xüsusi mülkiyyətində olmaqla, bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı, cavabdehə isə xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarış verilməklə tərəflərin həmin əmlaklar üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Mülki Məcəllənin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə Şəhərsalma və Tikinti Məcəlləsi adlanacaq) 3.0.33. maddəsinə əsasən, yaxın qonşular tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləridir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı ilə Cavabdeh mülkiyyətində olan, Abşeron rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev ünvanında yerləşən torpaq sahələrində, tərəflərin hər birinə məxsus yaşayış və qeyri-yaşayış tikililəri inşa edilməklə, tərəflər arasında qonşuluq münasibətləri yaranmış və tərəflərin birgə yaşayış qaydalarına, onların hər birinin qonşuluq hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına riayət olunmasına dair öhdəlikləri yaranmış, eyni zamanda, bu hüquq yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Hazırda, iddiaçı cavabdeh tərəfindən inşa etdirilmiş, tikintisi başa çatdırılmış qeyri yaşayış obyektinin qanunvericiliyin tələblərinə inşa edilmədiyini iddia edərək həmin tikilinin sökülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Cavabdeh məxsus olan Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0.0215 ha torpaq sahəsi üzərində inşa edilmiş ikimərtəbəli fərdi yaşayış evinin hüquqi təyinatına qiymət verərək qeyd etməyi zəruri hesab edir: İlkin olaraq, müəyyən olunur ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli 4991-T saylı məktub əsasında, Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində mülkiyyətdə olan 0.0215 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş ikimərtəbəli fərdi yaşayış evinin (243.36 kv.m) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən razılaşdırılmış olsa da, həmin qurum tərəfindən verilmiş tikinti obyektinin istismarına xx.xx.2020-ci il tarixli 003 saylı icazə sənədi ilə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0.0215 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikinti obyektinin istismarına icazə verilmişdir. Bununla da, fərdi yaşayış evi kimi inşası nəzərdə tutulmuş tikilinin sonradan təyinatının dəyişdirilərək qeyri-yaşayış obyekti kimi inşasına icazə verilməsi qanunvericiliyin tələblərinə uyğun olmamış, bununla da, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin, iddiaçı tərəfindən aidiyyəti dövlət orqanlarına müraciət etməsi nəticəsində təqdim olunmuş cavab məktublarına əsasən, cavabdehə məxsus fərdi yaşayış evinə baxış keçirilərkən pilləkən qəfəsəsinin və balkonun layihədən kənarlaşma ilə yerinə yetirildiyi müəyyən edilmişdir. Məhkəmə cavabdeh tərəfindən inşa edilmiş ikimərtəbəli qeyri-yaşayış sahəsinin hüquqi rejiminə qiymət verərək, qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, aidiyyəti qurum tərəfindən cavabdehə məxsus Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə razılıq verilsə də, sonradan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına xx.xx.2020-ci il tarixli 003 saylı icazə sənədi əsasında, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0.0215 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikinti obyektinin istismarına icazə verilmişdir. Beləliklə də, cavabdeh tərəfindən həmin torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsi iddiaçı ilə razılaşdırılmış olsa da, həmin yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilməsindən sonra iddiaçı tərəfindən aidiyyatı orqanlara şikayətlər verilməyə başlanılmışdır. İddia tələbindən göründüyü kimi, iddiaçı ona məxsus olan fərdi yaşayış evində yaranmış çatların mənbəyi olaraq, cavabdeh tərəfindən qonşuluqda yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin tikintisi nəticəsində yaranmasını göstərmişdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1. maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. maddəsinə əsasən, ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, sözügedən Qanunun 69cu maddəsinə əsasən, yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri öz əksini tapmış və müəyyən edilmişdir ki, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilməli, divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Bu səbəbdən də, hazırki iş üzrə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən cavabdehə məxsus olan tikilinin layihəyə uyğun, şəhərsalma, tikinti-texniki normalarına uyğun inşa edilib-edilmədiyini, tikinti-texniki normalarına uyğun inşa edilməmişdirsə qüsurların nədən ibarət olmasını, təhlükəsizlik qaydalarına riayət edilib-edilməməsini, həmçinin, qeyri-yaşayış binaları arasındakı məsafənin tikinti-texniki normalarına uyğun olub-olmamasını, uyğunsuzluq olduğu halda iddiaçıya məxsus evə zərər veribverməməsini müəyyən etmək üçün mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3346 saylı rəyi əsasında, cavabdehə məxsus tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5. bəndinin tələblərinə əsasən ara məsafəsinin saxlanılmadığı müəyyən olunmuşdur. Həmçinin, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə X6 Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-03985 saylı mütəxəssis rəyi əsasında, cavabdehə məxsus qeyri-yaşayış obyektinin hündürlüyü 6,9 metr olduğundan həmin tikilidən öz torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi (69.5.1. bəndində) 6.9 x 0.6 = 4.14 metr təşkil etməli olduğu halda, faktiki olaraq cavabdehə məxsus qeyri-yaşayış obyekti ilə hasar arasındakı məsafə 0,85 metr olduğu müəyyən olunmuş, bununla da ara məsafəsinin pozulduğu, eyni zamanda, yanğın əleyhinə tələblərin pozulması öz təsdiqini tapmışdır. Məhkəmə sözügedən mütəxəssis və ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi qəbul edərək nəzərə alır və cavabdehə məxsus fərdi yaşayış evinin qanunvericiliyin tələbləri əsasında nəzərdə tutulmuş tikinti-texniki normalara uyğun olmayan şəkildə inşa edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, qanunvericiliyin tələbləri, həmçinin, mütəxəssis və ekspert rəyi əsasında Cavabdeh mülkiyyətində olan Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında verilmiş Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0.0215 ha torpaq sahəsi üzərində inşa edilmiş və tikintisi başa çatdırılmış ikimərtəbəli qeyri-yaşayış sahəsinin qanunvericiliyin tələbləri pozulmaqla, yanğın təhlükəsizliyi qaydalarına, ara məsafəsi gözlənilmədən inşa edilmiş özbaşına tikili olması öz təsdiqini tapmış, lakin aidiyyəti qurum tərəfindən sözügedən tikilinin istismara qəbul aktı verildiyi təqdirdə, cavabdehin həmin tikiliyə münasibətdə “gözlənilən mülkiyyət hüququ” da istisna edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Belə ki, “X13rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Məhkəmə həmçinin, qeyd edir ki, cavabdehə məxsus ikimərtəbəli qeyri-yaşayış sahəsinə dair mülki iş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş eskiz layihəsi əlavə olunsa da, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, üçüncü şəxs-səlahiyyətli qurumun nümayəndəsinin izahatı əsasında həmin layihənin təsdiq edilmədiyi müəyyən olunmuşdur ki, bu da qeyri-yaşayış sahəsinin qanunsuz inşa edilməsinin sübutudur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin: 47.4.2. maddəsinə əsasən, sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin etməlidir. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 6-cı hissəsinə əsasən, memarlıq obyektinin layihəsi və layihənin texniki və ekoloji ekspertiza qaydaları memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırılmaqla mövcud qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Beləliklə, cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinin qanunvericiliyin tələbləri pozulmaqla inşa edilməsi öz təsdiqini tapmış olsa da, bu pozuntunun iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməsi ilə bağlı məhkəmə iddiaçının iddia tələbinə qiymət verərək qeyd etməyi zəruri hesab edir: Belə ki, mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı, həmçinin, tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış zamanı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin divarlarında çatların yaranması öz təsdiqini tapmışdır. Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən torpaq sahəsində İddiaçı məxsus inşa edilmiş ikimərtəbəli fərdi yaşayış evinə nəzər yetirən zaman iddiaçının evinə artırma şəklində eyvan inşa edilmiş və həmin eyvandan aşağıya doğru çatların yaranması müşahidə edilmişdir. Fərdi yaşayış evinə edilmiş artırmalar nəticəsində balkonla evin divarı arasında birləşən nöqtələrdən çatların yaranması müşahidə olunmuşdur. Göründüyü kimi, iddiaçının fərdi yaşayış evinə artırma şəklində əlavə edilmiş balkon ilə iddiaçının evinin divarını birləşdirən nöqtələrin düzgün şəkildə inşa edilməməsi divarlarda çatların yaranması ilə nəticələnmişdir. Başqa sözlə, cavabdehə məxsus tikilinin qanunvericiliyin tələbləri pozulmaqla inşa edilməsi müəyyən olunsa da, bu pozuntunun iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozulma, bilavasitə, bu pozuntu ilə iddiaçının fərdi yaşayış evində çatların yaranması arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmamış, iddiaçı tərəfindən də bu barədə mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, mütəxəssis rəyində iddiaçıya məxsus olan hasarın üzərində əsaslı şəkildə çatların yaranması müəyyən olunsa da. həmin çatların yaranma səbəbi qeyd olunmamış, bilavasitə cavabdehin inşa etdirdiyi tikinti ilə səbəbli əlaqəsi göstərilməmişdir. Beləliklə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsasını təşkil edən halları, yəni həmin çatların həqiqətən də pozuntu nəticəsində yaranmasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bununlada məhkəmə araşdırılması zamanı cavabdehə məxsus qeyri-yaşayış obyektinin iddiaçının hüquqlarını pozmasına dair hər hansı sübutlar müəyyən edilmədiyindən məhkəmə qeyd edir ki, həmin obyektin qeyri-qanuni olması və sökülməsi üçün məhkəməyə müraciət edilməsi səlahiyyəti qanunvericiliklə müafiq orqana həvalə edilmişdir ki, həmin orqanın məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, №695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən həmin Məcəllənin .... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməklə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin verilməsinə görə isə 3304 manat pul vəsaiti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Mütəxəssis rəyinə görə 3304 (üç min üç yüz dörd) manat pul vəsaiti İddiaçı tutulub Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin hesabına (“Azərinşaatlayihə” DBLKTİ, Bakı şəhəri Ə.Əliyev küçəsi 3, Vöen: **********, h/h: AZ34AZFİ38060AZ**********009, "xxxx" ASC, Kod: 503217, Vöen: **********, m/h: AZ81NABZ********************, Swift: BİK AZFİAZ22) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-128/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-128/2022
16.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver